• USD 1,7001 -0,01% EUR 2,0152 +0,14%
    • GBP 2,2597 -0,27% RUB 0,0291 0,00%

İslamiada: Bu gün 9 idman növündən 4-də medallar sahiblərini tapacaq

İslamiada: Bu gün 9 idman növündən 4-də medallar sahiblərini tapacaq

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bu gün 9 idman növü üzrə mübarizə gedəcək.

Publika.az xəbər verir ki, 4 növdə yeni medal dəstləri sahiblərini tapacaq.

Atletika / para-atletika və yarışlarının son günündə Azərbaycanın kişi təmsilçiləri daha çox medal qazanmaq imkanına malik olacaqlar. Qadınlar isə yalnız estafetdə çıxış edəcəklər.

Kişi sərbəst güləşçilər son 4 çəki dərəcəsində qalibləri müəyyənləşdirəcəklər. Azərbaycan təmsilçilərindən nəzərlər daha çox olimpiya və dünya çempionu Şərif Şərifovla (86 kq) Avropa və ikiqat dünya çempionu Hacı Əliyevin (61 kq) çıxışlarına yönəlib.

Uşu və zorxana növlərində mübarizəyə start veriləcək. Uşa üzrə 6 çəki dərəcəsində çıxış edən Azərbaycan təmsilçiləri ilk görüşlərini keçirəcəklər. Onların arasında "Kobra"ləqəbli Pərviz Abdullayevin döyüşü daha çox diqqət mərkəzində olacaq. Zorxanada isə komanda mübarizəsi üzrə qaliblər müəyyənləşəcək. Suya tullanma növündə də yalnız bir dəst medal qazanmaq imkanı var.

Basketbol 3X4 növündə 1/4 final görüşləri keçiriləcək. Həm kişilər, həm də qadınların yarışında Azərbaycanın rəqibi İndoneziya olacaq. Stolüstü tennisdə kişilər 1/4 final, qadınlar yarımfinal görüşünə çıxacaqlar.

Kişi voleybolçular arasında isə yarımfinal qarşılaşmalarına start veriləcək. Azərbaycan millisinin rəqibi Əlcəzair olacaq.

Qeyd edək ki, bu gün tennis yarışları da keçiriləcək. Amma Azərbaycan tennisçiləri elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırmaları səbəbindən oynamayacaqlar.

Atletika / para-atletika

Kişilər

10000: Final. Evans Kiplaqat, Hayle İbrahimov

Nüvə itələmə. Final. Tofiq Məmmədov

Uzununa tullanma T11. Final. Elçin Muradov, Zeyniddin Bilalov

Uzununa tullanma T12. Final. Oleq Panyutin, Kamil Əliyev

Nüvə itələmə: T12 Final. Rasim Babayev

Qadınlar

4X400 metr estafet: Zəkiyyə Həsənova, Alyona Xeyrutdinova, Anastasiya Komarova, Yelena Pextıryova, Lidiya Salixova, Valeriya Həsənova

Bakı Olimpiya Stadionu

Basketbol 3X3

1/4 final

Kişilər

15:00. Azərbaycan - İndoneziya

15:30. Kot dİvuar - Türkiyə

18:30. Qətər - Səudiyyə Ərəbistanı

19:00. Türkmənistan - Mali

Qadınlar

14:00. Mali - Fələstin

14:30. Suriya - Türkmənistan

17:30. Türkiyə - Əlcəzair

18:00. Azərbaycan - İndoneziya

Basketbol Arenası

Suya tullanma

Kişilər

10 metr platforma: Artyom Danilov

10:00. Seçmə mərhələ

17:00. Final

Bakı Su İdmanı Mərkəzi

Stolüstü tennis

16:30. Kişilər komanda: 1/4 final. Azərbaycan (Çenxi Vanq, Xinyu Yanq, Xinhanq Yu) - Fələstin (Husam Albaz, Abdulha Alsaqqa, Hatem Vadi)

16:30. Qadınlar komanda: 1/2 final. Azərbaycan (Xinqtay Çen, Jinq Ninq, Miao Vanq) - Pakistan (Ayşa İqbal Ansari, Şabnam Bilal, Rahila Kaşif)

"Sərhədçi" İdman Olimpiya Mərkəzi

Voleybol

17:00. Azərbaycan - Əlcəzair

19:30. İran - Türkiyə

Bakı Kristal Zalı-1

Sərbəst güləş

61 kq

1/8 final. Hacı Əliyev - Saparmırat Muradov (Türkmənistan)

70 kq

1/4 final. Murtuzəli Müslümov - Zafer Dama (Türkiyə)

86 kq

1/8 final. Şərif Şərifov - Nazar Jabur Boosi əl-Müşəttat (İraq)

125 kq

1/4 final. Cəmaləddin Məhəmmədov - Raja Alkrad (Suriya)

Heydər Əliyev adına Arena

Uşu

48 kq

1/4 final. Orxan Hətəmov - Ammar Alsami (İordaniya)

56 kq

1/8 final. Elçin Eminov - Avazbek Amanbekov / Mohammad Karim Faqiri (Əfqanıstan)

60 kq

1/4 final. Ruslan Pirəliyev - Abdullah Abdullah (Pakistan)

65 kq

1/4 final. Bayram Şəmmədov - Yazid Hasanain (İordaniya)

70 kq

1/8 final. Vüqar Kərəmov - Ahmad Zaker Baxşi (Əfqanıstan)

75 kq

1/8 final. Pərviz Abdullayev - Rehmet Ovezberdıyev (Türkmənistan)

Bakı İdman Zalı

Zorxana

16:00. Komanda hərəkətləri: Azərbaycan, Uqanda, Banqladeş, Qırğızıstan, Pakistan, Tacikistan, İraq, Əfqanıstan, İran

Bakı Kristal Zalı-2

Report

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>