İslamiada
Ağacan Abıyev: “İdmançılarımızı qaralayanları Maştağaya göndərmək lazımdır”
“IV İslam Həmrəyliyi Oyunları dünya idman tarixinə adı qızıl hərflərlə yazılmış mötəbər yarışlardır”.
Bunu Publika.az-a Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Ağacan Abıyev bildirib.
O deyib ki, IV İslam Həmrəyliyi Oyunları Beynəlxalq Olimpiya Komitəsi tərəfindən də yüksək qiymətləndirilir:
“Mən bu oyunları izləyirəm və burada dünyanın bir çox ölkələrindən də qonaqlar iştirak edir. Onlar da bu oyunların təşkilindən tam razıdır. Xarici qonaqlarla söhbətlərim olur. Onlar da Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının möhtəşəmliyindən bəhs edirlər”.
Deputat IV İslam Həmrəyliyi Oyunlarında ən çox qızıl medal qazanan Azərbaycan idmançıları ilə bağlı bəzi şəxslərin sosial şəbəkələrdə qarayaxma kampaniyası aparması məsələsinə də toxunub:
“Onlar bu ölkənin düşmənləridir. Əgər bir adam bu ölkədə yaşayır, bu dövlətin çörəyini yeyir, suyunu içir, adını azərbaycanlı qoyur, ancaq Azərbaycanın uğurlarına sevinmirsə, deməli xəstədir. Bu cür adamların yeri dəlixanadır. Maştağada onlar üçün yaxşı yer var. Onlara psixoloji kömək etmək lazımdır. Ümumiyyətlə, Azərbaycanın, Vətənin uğurlarına sevinməyənləri normal adam hesab etmək olmaz. Bu cür adamlar bizə müraciət etsə, biz onlara kömək etməyə hazırıq. Hətta, bu cür düşünən adamları tez bir zamanda düz yola gətirmək olar. Belə adamlarda əsas çatışmazlıq savaddır. Gərək adam hərtərəfli inkişaf etsin. İslam Həmrəyliyi Oyunlarına milyardlarla əhali baxır. Əgər hansısa Azərbaycan vətəndaşı bu uğurları görə bilmirsə, o bədbəxtdir. Bunu bilmək üçün də alim olmağa ehtiyac yoxdur, Vətənpərvər olmaq və normal gözlə baxmaq lazımdır. Mən tam əminəm ki, əsl ziyalı o adamlar kimi düşünmür və IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsini təqdir edir”.
Vasif Həsənli
-
Cənubi Qafqaz19:12
Ermənistan KİV-i Bağanis Ayrımla bağlı yeni MƏLUMAT YAYDI
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Hadisə18:30
Yanan bazardan son görüntülər - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı