Nazir: “Ruslan Lunyov yorğun olduğundan sonuncu yarışa çıxmayıb”
Bizi izləyin

İslamiada

Nazir: “Ruslan Lunyov yorğun olduğundan sonuncu yarışa çıxmayıb”

“Məncə, bu qədər mükafatdan sonra Ruslan Lunyovun yarışa qatılması özü böyük şey idi”.

“Məncə, Ruslan Lunyov dünya kubokunda yaxşı nəticə göstərib. Çünki o, İslamiadada 3 gün yarışdı və dərhal Münhenə yollandı. 54 ölkə arasında 11-ci olmaq yaxşı nəticədir”.

Publika.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov IV İslam Həmrəyliyi Oyunlarının yekunlarına həsr olunan mətbuat konfransında çıxışı zamanı İslamiadada 5 qızıl medal qazanan Ruslan Lunyovun Almaniyanın Münhen şəhərində keçirilən dünya çempionatında 11-ci yer tutmasına münasibət bildərərkən deyib.

Nazirin sözlərinə görə, Lunyov çox yorğun olduğundan sonuncu yarışa çıxmayıb.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə məsələyə belə aydınlıq gətirib:

“Məncə, bu qədər mükafatdan sonra Ruslan Lunyovun yarışa qatılması özü böyük şey idi”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm