Yaşar Bəşirov: “Nəyə qadir olduğumuzu dünyaya göstərdik”
Bizi izləyin

İslamiada

Yaşar Bəşirov: “Nəyə qadir olduğumuzu dünyaya göstərdik”

“Bundan əvvəlki İslam Həmrəyliyi Oyunlarında iştirak edən biri olaraq Azərbaycanda keçirilən yarışların digərlərindən çox fərqləndiyini deyə bilərəm”.

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov deyib.

Onun sözlərinə görə, bu yarışda həm təşkilatçılıq, həm də idman sahəsində nə qədər inkişaf etdiyimizi bütün dünyaya sübut etdik: “Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları sayca dördüncüsü olsa da, onların üçü baş tutub. Birinci Oyunlar Səudiyyə Ərəbistanında keçirildi, qızıl, gümüş və bürünc medallarla geri qayıtdıq, İndoneziyada keçirilən yarışda bizim idmançılarımız üçün çox yaxşı keçdi. Təkcə karate üzrə 3 qızıl medal əldə etdik. Biz ölkəyə qayıdanda prezident seçkilərinə 3 gün qalsa da, ölkə başçısı bizi şəxsən qəbul etdi. Ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunları isə təşkilatçılıq baxımdan əvvəlkilərdən çox fərqli idi. Səudiyyə Ərəbistanda, İndoneziyayada da açılış mərasimlərində iştirak etmişəm və onlarla müqayisədə fərq çox böyükdür. Xüsusən, təşkilatçılıq baxımdan əziyyət göz önündə idi. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Birinci Avropa Oyunlarında görülən işlərin əks sədası bütün dünyaya yayılmışdı. Bu oyunlarda da təşkilatçılıq yüksək səviyyədə idi. Ölkəmiz idman dövləti olaraq dünyada tanınır. 75 qızıl medalla birinci yeri tutmaqla islam dövlətləri arasında da öndə olduğumuzu sübut etdik. Bu liderliyi hər zaman qoruyacağıq. Hesab edirəm ki, bu vaxta qədər heç bir dövlət belə yarış keçirməyib, bundan sonra da mümkün olmayacaq. Həm təşkilatçılıq, həm Prezident İlham Əliyevin bu sahəyə dəstəyi, həm də idmançılarımızın əzmi həmrəy şəkildə uğur qazanmağımıza səbəb oldu. Həm idmançılar, həm məşqçilər, həm də Mehriban Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi, Prezident İlham Əliyevin dəstəyi ilə nəyə qadir olduğumuzu göstərdik. Azərbaycan Olimpiya Oyunlarında geri qalmayan bir yarış təşkil etdi”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm