Varlı kişiləri yoldan çıxaran podium gözəlləri - FOTOLAR
Bizi izləyin

Layihə

Varlı kişiləri yoldan çıxaran podium gözəlləri - FOTOLAR

Biz hamımız yaxşı bilirik ki, gözəl qadınlar həmişə diqqət mərkəzində olur və hər kəs tərəfindən sevilirlər. Təəccüblü deyil ki, onlara ən zəngin kişilər də laqeyd qala bilmirlər. Yaraşıqlı olmasalar da, pul hər şeyi həll edir. Beləliklə, Publika.az-ın “9 don” rubrikasında varlı kişiləri yoldan çıxaran modellər haqqında danışacağıq.

Kendra Spirs

Sizin hətta 30 yaşınız olsa belə, şahzadəyə ərə getmək imkanınız var. Ancaq xoşsimalı amerikalı model Kendra Spirs risk etmir və daha gənc yaşda evlənir. İyirmi dörd yaşı olanda qız müsəlman dünyasında tanınmış iş adamı Rəhim Ağa Xan ilə ailə qurur. Rəhim Ağa Xan böyük biznes-imperiyasının sahibidir. Şahzadənin iki milyarddan çox sərvəti var. İndi Kendranın sərəncamda bir neçə yüz cins atlar və Cenevrədə iqamətgahlar, həm də bütün Sardinya var. Rəhim Ağa Xan vəhşi əyalətin lüks kurort şəhərinə çevrilməsində bilavasitə iştirak edib.

Kendra Spirsın zəngin iş adamı Rəhim Ağa Xan ilə olan nikahı bir çox səbəblərə görə, maraqlıdır. Həyat yoldaşından 17 yaş kiçik olan 25 yaşlı top model Amerikada dünyaya gəlib. Kendra bir vaxtlar çılpaq fotoları ilə gündəmə gəlsə də, sevimli ər arvadının modellik karyerasına hörmətlə yanaşır. Çünki onun babası, atası və qardaşı da dünyanın ən cazibədar qızları ilə ailə qurublar. Görünür, bu nəsilin ənənəsinə çevrilib.

Bu ənənənin təməlini Rəhim Ağanın babası qoyub. Babası vaxtı ilə Hollivudun məşhur aktrisası olan Rita Heyvortla evlənib. Şahzadənin atası ingilis modeli Sara Kroket-Pulla, Rəhim Ağanın kiçik qardaşı isə gözəlçə Kristi Vayt ilə ailə qurub. Vəliəhd şahzadə özü də bu ənənəyə sadiq qalaraq modellə evlənir.

Digər dinə və məzhəbə qulluq edən model evlənəndən sonra ərinə görə islam dinini qəbul edir. Geyim üslubunda da bəzi dəyişikliklər edir. Model milli geyimlər geyinməyə başlayır. Ana olduqdan sonra isə modellik fəaliyyəti ilə vidalaşmağa qərar verib. Yeri gəlmişkən, Kendra indi şahzadə titulunu daşıyır və var gücü ilə bu ada layiq olmağa çalışır. Çəkilişləri azalıb, əvəzində isə 2015-ci ilin aprelində oğlu İrfanı dünyaya gətirərək öz əsas analıq missiyasını yerinə yetirib.

Nataşa Poli

Nataşa Poli dünyanın ən tanınmış modellərindən biridir. 2009-ci ildə o, dünyanın ən çox qazanan modelləri siyahısına daxil olub. 2010-cu ildə isə “Vogue” jurnalının üz qabığına çəkilməsinə görə rekord məbləğdə pul qazanıb. 2011-ci ildə isə Pirelli təqviminə çəkilib.

Lakin onun biznesmen Piter Bakkerlə ailə qurması böyük marağa səbəb olmuşdu. Nataşanın fanatlarını ancaq bir sual düşündürürdü: “Qız bu eybəcərdə nə tapıb?” Amma modeli həyat yoldaşının görünüşü narahat etmir. Yəqin ki, sərvəti onu qane edir. Bakker hollandlara xas idrakla Polinin həyat tərzini qəbul edir.

O, hollandiyalı iş adamı Piter Bakkerlə 2003-cü ildə tanış olub. Poli Amsterdamda, Piter Hollandiyada yaşayırdı. Lakin bu, cütlüyün münasibətlərinə təsir etmirdi. Onlar uzun illər sevgili olduqdan sonra nəhayət ki, münasibətlərini rəsmiləşdirməyə qərar verirlər.

Model “Chanel”, “Christian Dior”, “Christian Lacroix”, “Karl Lagerfeld” və “Gianfranco Ferre” kimi moda evlərinin dəb nümayişlərində çıxış edəndə milyarder evdə qızına dəyəlik edir. Piter həm də daha çox səxavətli həyat yoldaşıdır. Gözəl arvadını həmişə bahalı hədiyyələrlə sevindirir.

Jizel Bündhen

Bir neçə ay əvvəl modellik karyerasına (ancaq podiumda) son verən Jizel Bundhenin adı Ginnesin “Rekordlar” kitabına düşüb. Onun adının bu kitaba düşməsinin səbəbi isə olduqca maraqlıdır. Belə ki, o, modellər arasında ən çox pul qazandığına görə kitaba daxil olub. O, şou dünyasının ən varlı qadınları siyahısında 16-cıdır. Onun sərvəti isə nə az, nə çox 150 milyon dollardır. Özünün kifayət qədər sərvəti olan model “Forbes”-in reytinqə görə, Amerikanın ən varlı futbolçusu Tom Baradi ilə evlidir. Onun yaraşıqlı və ucaboylu həyat yoldaşı “Vanity Fair” jurnalının ən yaxşı geyinən kişi reytinqinə də başçılıq edib.

Model amerikalı futbolçu Tom Baradi ilə 2009-cu ildə ailə qurub. Cütlüyün bu evlilikdən bir qızı və bir oğlu var.

Natalya Vodyanova

Natalya Vodyanova da məsum gözəlliyi sayəsində məşhurlaşan modellərdən biridir. Hazırda dünyanın ən varlı kişilərindən biri ilə birlikdə olsa da, özü çox kasıb ailədə böyüyüb. Onun həyatının ağlasığmaz süjetini Zoluşka haqqında nağıl ilə müqayisə etmək olar. Çünki oxşarlıq göz qabağındadır. Əgər nağılda Zoluşka şahzadə ilə evlənirsə, müasir dövrün “Zoluşkası” da dünyanın ən varlı kişilərinin diqqətindən kənarda qalmır. Hətta deyərdim ki, Nataliya Vodyanovanın həyatı Zoluşka nağılından daha təsirlidir. Ən azından o, hələ davam edir. Üstəlik, məsum simalı gözəlin 4 uşaq anası olmasına inanmaq mümkün deyil.

11 yaşında satıcı işləyən Nataliya Vodyanova 2003-cü ildə britaniyalı aristokrat və İngiltərənin 3-cü ən varlı kişisi Castin Portman ilə ailə həyatı qurub. Bu nikahdan onun 3 övladı dünyaya gəlir: oğlu Lukas (14 yaş), qızı Neva (9 yaş) və oğlu Viktor (8 yaş). Dünyanın ən varlı kişilərindən biri ilə evlənən Nataliyanın xoşbəxtliyi uzun davam etmir. 2011-ci ildə model həyat yoldaşı ilə artıq birlikdə yaşamadıqlarını və boşandığını elan edir.

Cazibədar modelin ikinci tərəf müqabili də dünyanın ən zəngin kişilərindən biridir. O, 2011-ci ildən çox milyardlı varis sahibi Antuan Arno ilə görüşür. Antuan Arno "Louis Vuitton" brendinin kommunikasiya şöbəsinə başçılıq edir, eyni zamanda, kişi ayaqqabıları, lüks və eksklüziv aksessuarlar istehsal edən "Berluti" şirkətinin baş meneceridir. O, zinət əşyalarının istehsalı üzrə ən iri şirkətlərin sahibi Bernar Arnonun oğludur. "Forbes" jurnalının versiyasına görə, Bernar Arno planetin ən varlı adamlarının siyahısında dördüncü yerdədir.

Düzdür, onlar münasibətlərini hələ rəsmiləşdirməyiblər. Lakin barmağından brilyant qaşlı üzük əskik olmur. Ötən il cütlüyün bir oğlu da dünyaya gəlib.

Natalya dünyanın ən dövlətli kişiləri ilə görüşsə də, o pulda gözü olmadığını xeyriyyə işləri ilə sübut edir. Həm də modellik karyerasını davam etdirir. Model çəkildiyi reklamlardan kifayət qədər böyük pul qazanır.

Behati Prinslu

Behati Prinslu 15 yaşından modelliklə məşğul olur. O, karyerasının ilk illərindən dizaynerlərin və dəb redaktorlarının diqqətini çəkir. Behati “Louis Vuitton”, “Chanel”, “Dior”, “Versace”, “D&G”, “Lacoste”, “Just Cavalli”, “Zac Posen”, “Burberry”, “Carolina Herrera”, “Vera Wang”, “Max Mara”, “DKNY”, “Y-3”, “Stella McCartney”, “Marc Jacobs”, “Michael Kors”, “Moschino”, “Givenchy” kimi moda evləri ilə əməkdaşlıq edir. 2009-cu ildən isə “Victoria's Secret”-in mələklərindən biri kimi çıxış edir.

Bütün bu qabiliyyətlərindən əlavə, 26 yaşlı dələduz gözəl minlərlə qızın heyranlıqla baxdığı kişini də yoldan çıxara bilib. O, 2009-cu ildə məşhur “Maroon 5” qrupunun üzvü və Levinlə ailə qurub. “Forbes”-in reytinqə görə, Adam Levin də dünyanın ən çox qazanan musiqiçilərindən biridir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm