Milyonlar qazanan və ya qocalmayan cazibədar modellər - FOTOLAR
Bizi izləyin

Layihə

Milyonlar qazanan və ya qocalmayan cazibədar modellər - FOTOLAR

Deyilənlərə görə, “dünyanın ilk super modeli” adını qeyri-adi gözəlliyinə görə 60-cı illərdə Tviqqi qazanıb. Onun davamçıları isə aradan 10 il keçəndən sonra yetişiblər. Sindi Krouford, Naomi Kepmbel, Linda Evanqiliya, Tatyana Patiç, Klaudiya Şiffer, Keyt Moss və başqaları məhz ondan sonra dünya şöhrətli modellər siyahısına daxil olublar. Bu gün həmin modellərin çoxunun yaşı 40-ı ötüb. Buna baxmayaraq, ötən əsrin cazibədar modellərinin fotolarına baxanda onların çox cüzi dəyişdiyinin şahidi olursan. Onlardan bəziləri hələ də modellik karyerasını davam etdirir, bəziləri isə uşaqlarının tərbiyəsi ilə məşğuldur.

Publika.az-ın “9 don” layihəsi çərçivəsində həmin modelləri yad etməyə qərar verdik. Görək, illər bu modellərin gözəlliyindən nə aparıb?

Naomi Kempbell

Naomi Kempbell modellik karyerasına 15 yaşında başlayıb. Model agentliyinin işçisi onu London küçələrinin birində görüb və dərhal əməkdaşlıq təklif edib. Qaradərili gözəl bu fürsəti əldən verməyərək təkliflə razılaşıb. Bir ildən sonra isə moda həftələrində iştirak etmək üçün Parisə yollanıb. Məşhur moda evlərinin dəfilələrində çıxış edən modelin gözəlliyi tezliklə dünyanın hər yerinə yayılıb, şəkilləri isə dəb jurnallarının üz qabığını bəzəyib.

Naomi Kempbell dəfələrlə dünyanın ən cazibədar qadınları siyahısına daxil olub. Lakin “qara pantera” ləqəbli model moda tarixinə daha çox səs-küylü qalmaqalları və sevgi macəraları ilə düşüb. Aqressiv model gah jurnalistləri təhqir etməsi, gah da hava limanının işçilərinə hücum etməsi ilə gündəmə gəlib.

Sevgi məsələsinə gəldikdə isə model həmişə ən yaraşıqlı kişilərlə görüşməyə üstünlük verib. Həmin kişilərin siyahısında çirkin birinin adına rast gələ bilməzsiniz. Buraya aktyor Robert Deniro, rəqqas Xoakin Kortes, iş adamı və biznesmen Vladislav Doronin daxildir. Təəssüf ki, bu siyahıda cazibədar modelin kaprizlərinə dözə bilən və ona evlilik təklif edən kişi olmayıb. 45 yaşlı Naomi Kempbell heç vaxt ərdə olmayıb və uşağı yoxdur.

Sindi Krouford

Məşhur xallı gözəl Sindi Krouford karyerası ərzində 600-dən çox jurnalın üz qabığına çəkilib. Sindi “Versace”, “Escada”, “Revlon” və bir çox digər brendlərin siması olub. Bundan başqa, model milyonlarla qadınlara ideal bədənə sahib olmağın yollarını izah edib. O, uzun illər fitnes proqramının aparıcısı olub. Həmin verilişdə Sindi qadınlara hansı məşqin nəyə xeyirli olduğu barədə ətraflı məlumat verib.

Sindi Krouford da digər həmkarı kimi ötən əsrin ən seksual və arzuolunan qadınları siyahısına daxil olub. Dünyanın yarısından çoxunun arzuladığı bu qadın bir vaxtlar aktyor Corc Kluni ilə görüşüb. Daha sonra yaraşıqlı aktyor Riçard Girlə evlənib. Lakin bir-biri ilə yola getməyən cütlük 90-cı illərin ortalarında boşanmağa qərar verib. 1988-ci ildə isə model biznesmen Rendi Herberə ərə gedib. Modelin biznesmenlə nikahı uğurlu alınıb. Onların bu nikahdan iki oğlu və bir qızı var.

Ailə qurduqdan sonra Sindi modellik karyerasına fasilə verib. İndi onu nadir hallarda jurnalların üz qabığında görmək olar. Halbuki 50 yaşı olmasına baxmayaraq, hələ də bəzi markaların reklamlarına dəvət alır. Yeri gəlmişkən, qeyd edək ki, Sindi Kroufordun 14 yaşlı qızı da model kimi fəaliyyət göstərir.

Kristi Tarlinqton

İtaliyanın “Vogue” jurnalının üz qabığına çəkiləndə bu iri gözlü modelin 18 yaşı var idi. Sonra bir-birinin ardınca “Cosmopolitan”, “Elle”, “Glamour”, “Bazaar Harpers” jurnallarının da üz qabığında göründü. Daha sonra “Calvin Klein”, “Christian Dior”, Dolce and Gabbana” kimi brendlərin siması oldu.

1990-ci ildə məşhur fotoqraf Piter Lindberq Naomi Kempbeli, Sindi Kroufordu, Linda Evanqeliyanı, Tatyana Patiçi Kristi Tarlinqtonla birlikdə “Vogue” jurnalının üz qabığına çəkib. Həmin illərdən etibarən super modellərin erası başlayıb.

46 yaşlı Kristi indi aktyor Edvard Bernslə evlidir. Cütlüyün iki uşağı var. Model ideal formada qalmaq üçün mütəmadi olaraq yoqa ilə məşğul olur.

Linda Yevanleqiya

Supermodel Kanadada italyan mühacir ailəsində anadan olub. Bu qız heç kimin ola bilmədiyi kimi fərqli ola bilir. Çünki o, saç rəngini və imicini tez-tez dəyişir.

Model uzun illər “Yves Saint Laurent”, “Calvin Klein”, “Chloe”, “Versace”, “Ralph Lauren” və “Chanel” kimi böyük moda evləri ilə işləyib. O, 90-cı illərin ən çox qazanan modellərindən biri olub.

Modelin şəxsi həyatı karyerası qədər uğurlu alınmayıb. 50 yaşlı model milyarder Fransua-Anri Pinodan olan oğlunu tək böyüdüb. Lakin milyarder öz oğlu üçün ona yüksək məbləğdə aliment ödəyib.

Tatyana Patiç

Almaniyalı modelin də adı ötən əsrin ən gözəl qadınları siyahısında çəkilir. Tatyana 2000-ci illərin sonunadək “Jean Paul Gaultier” və “Chanel”-lə əməkdaşlıq edib.

49 yaşlı Tatyana Patiçin şəxsi həyatı barədə məlumat çox azdır. Onun 2000-cı illərin əvvəllərində bir oğlu doğulduğu məlumdur.

Keyt Moss

Britaniyalı Keyt öz ilk milyonunu qazananda cəmi 20 yaşı var idi. Bir qədər sonra isə britaniyalı gözəl dünyanın ən yüksək maaşlı modeli olub. “Chanel”, “Calvin Klein” və digər moda evləri ilə ən bahalı müqavilələr imzalayıb. Conni Deppin və Leonardo Dikaprionun keçmiş sevgilisi indiyədək dünyanın ən çox tələb olunan modelidir. 41 yaşlı model son illərdə “Burberry”-nin reklamlarına çəkilir.

Son bir neçə aydır ki, Keyt Mossun həyat yoldaşı Ceym Xinsondan ayrıldığı barədə xəbərlər dolaşır. O, bu yaxınlarda verdiyi müsahibəsində isə hər kəsi şoka salan açıqlama verərək bildirib ki, uzun illərdir dostluq etdiyi Viktoriya Bekhemin həyat yoldaşı Devidə aşiqdir. Hətta onunla evlənməyə belə razıdır.

Stil ikonası kimi tanınan Keyt Moss bir vaxtlar narkotik maddə aludəçisi olaraq həm həbs, həm də karyerasını itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Bundan sonra cazibədar model uzun müddət müalicə kursu almağa və yeni həyata başlamağa qərar verib.

Klaudiya Şiffer

Klaudiya Şiffer avqustun 25-i 1970-ci ildə Almaniyanın Raynberq şəhərində anadan olub. Gözəl sarışın 90-cı illərdə karyerasının zirvəsini yaşayırdı. Həmin illərdə o, gündə təxminən 50 min dollar qazanırdı. Elə indi də alman model öz ölkəsinin ən varlı qadınları siyahısına liderlik edir.

44 yaşlı modeli gənclik illərində sarı saçları, uzun ayaqları və mavi gözlərinə görə, “Barbi gəlinciyi” adlandırırdılar. 3 uşaq anası olan Klaudiya gözəlliyini xoşbəxt ailəsi və uşaqları ilə əlaqələndirir. O, deyir ki, qadınlar özlərinə güvənmədikcə və hörmət etmədikcə nə edirsə-etsin, çirkin görünürlər. Model “Həmişə xoşbəxt olmağa çalışın ki, gözəlliyiniz itməsin!”, - fəlsəfəsi ilə yaşayır. Seksual ulduz qadınlara formada qalmaq üçün idmanla məşğul olmağı tövsiyə edir. İdmana vaxtı olmayanlara: “Axşam gəzintilərinə çıxın, yaxınlıqdakı mağazaları piyada gəzin, lift əvəzinə pilləkəndən istifadə edin, ən əsası uşaqların arxasınca qaçın!”, - söyləyir.

Şəxsi həyatına gəlincə, Klaudiya Şiffer gənclik illərində sehrbaz Devid Koperfeldlə görüşüb. Ancaq onların münasibəti çox davam etməyib. Ailə həyatı isə uğurlu hesab edilə bilər. Belə ki, 2001-ci ildə model Britaniyalı rejissor Metyu Vonla ailə qurub. Onların bu nikahdan 2 qızı və 1 oğlu var.

El Makferson

Əlli yaşlı avstraliyalı top model və aktrisa kimi fəaliyyət göstərən El Makferson, güman ki, cavanlıq iksiri içib. Yaşı çox olsa da, o, indi də bikinidə mükəmməl görünür. Model həmkarlarından və jurnalistlərdən “Heykəl” ləqəbini alıb. Çünki o, son 20 ildə qətiyyən dəyişməyib. Makferson paparassilərdən qətiyyən qorxmur. Bikini ilə, hətta makiyajsız pozalar verir. Etiraf edir ki, yaşlandıqca gözəl qalmaq onun üçün çətinləşir. Özünə icazə bildiyi yeganə dadlı yemək isti şokoladdır. Qocaldıqca kosmetik vasitələrin istifadəsini minimuma endirir. 8 saatdan az yatmır.

Üç uşaq anası olan model 6 dəfə “Sports İllustrated Swimsuit” jurnalının üz qabığı üçün çəkilib. Bundan başqa, o, “Elle Machperson İntimates” adlı qadın alt paltarlarının da dizayneridir. Model hazırda milyarder Cefri Sofferlə evlidir.

Polina Porizkova

Çexiyalı gözəl Avropanı 18 yaşında fəth edib. “Sports Illustrated Swimsuit” jurnalının üz qabığına çəkilən Polinanın modellik karyerası çox az davam edib. Çünki ikinci uşağı dünyaya gələndən sonra modellik karyerasından imtina edib. Bundan sonra sadəcə aktrisa kimi fəaliyyətini davam etdirən Polinanın kino karyerası elə də uğurlu alınmayıb.

50 yaşlı Polina Porizkova musiqiçi Rik Okeyseklə evlidir.

Ember Valetta

Amerikalı gözəl karyerasına vətənində deyil, Milanda başlayıb. O, “Vogue” jurnalının üz qabığına düz 40 dəfə çəkilərək rekord qırıb. Buna görə də, Ember öz dövrünün ən bahalı modellərindən biri kimi tanınmaqdadır. Model karyerasında ən müxtəlif markaların reklam kampaniyasında iştirak edib.

Əldə etdiyi şöhrətdən başı gicəllənən model gənclik illərində narkotik maddələrə və içkiyə qurşanıb. Bu barədə ancaq 2014-cü ildə açıq danışıb.

41 yaşlı model voleybolçu həyat yoldaşı Kristian Makkaudan bu yaxınlarda boşanıb. Onun bu nikahdan bir oğlu var.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm