• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İnsana ölümdən sonra yeni həyat vəd edən daş - FOTOLAR

  • Layihə
  • 5 Avqust 2015 14:45
  • 3 444 Baxış
İnsana ölümdən sonra yeni həyat vəd edən daş - FOTOLAR

Lacivərd daşı (Lapis lazuli) çox qədim zamanlardan bəri istifadə edilən qiymətli daşlardan biridir. Tünd göy rəngdəki bu yarışəffaf daş xüsusilə Qədim Misirdə çox məşhur olub və fironların ən sevimli daşı hesab edilib.

Bəs, görəsən, lacivərd daşı hansı xüsusiyyətlərinə görə, bu qədər yüksək qiymətləndirilib. Publika.az-ın "Mücrü" layihəsində bu dəfə lacivərd daşı haqqında heç yerdə eşitmədiyiniz məlumatları əldə edəcəksiniz.

Göy üzünü əllərinizə alın

Lacivərd digər daşlardan fərqli olaraq bir mineraldan deyil, bir neçə fərqli mineralın birləşməsindən yaranıb. Ona görə də saf daş hesab edilmir. Buna baxmayaraq o, dünyanın ən qiymətli daşlarından biridir. Əvvəllər onu sapfirlə səhv salıblar, ancaq sonradan tam fərqli daş növü olduğu anlaşılıb. Daş, adətən, tünd göy rəngdə olur. Ancaq çıxarıldığı bölgədən asılı olaraq rəngi açıq ola bilər.

Картинки по запросу lapis lazuli stone jewelry

"Lapis" latınca daş mənasını verir. "Lazuli" isə əvvəllər daşın çıxarıldığı yerin adı olub. Sonradan bu söz daşın rəngi ilə əlaqələndirilib və göy mənasında işlədilib. İngilis dilində "göy mavisi" mənasını verən "azure" kəliməsi də "lazuli" sözündən törəyib.

Rənginə görə, ona qədim zamanlarda "göy daşı" da deyiblər. Həqiqətən də, bu daşın görünüş ulduzlu səmanı xatırladır. Sanki göy üzü yerə enib və biz onu əlimizə alıb

Картинки по запросу lapis lazuli stone jewelry

Ən keyfiyyətli lacivərdi harada tapmaq olar?

Lacivərd, adətən, kirəc daşlarının müxtəlif maddələrin təsiri ilə dəyişməsi nəticəsində yaranır. Elə həmin daşların altında yerləşir. Onu çıxarmaq üçün əvvəlcə kirəc daşları parçalanır, daha sonra yandırılır və üzərinə soyuq su tökülərək daşın ani dəyişikliklərə məruz qalması təmin edilir. Beləliklə, lacivərd daşı kirəclərin altından üzə çıxır.

Tünd göy rəngli, üzərində sarı parıltılar olan daşlar daha dəyərli hesab edilir. Ancaq sarı parıltıları həddən artıq çoxdursa, daşın qiyməti düşür.

Картинки по запросу lapis lazuli stone jewelry

Lacivərd daşı xlorid turşusuna məruz qaldıqda "H2S" qazı ifraz edir. Bu qaz lax yumurta iyi verir.

Ən keyfiyyətli və bahalı lacivərd daşı Əfqanistanın Bədaxşanda bölgəsində çıxarılır. Bura dünyanın ən qədim lacivərd yataqlarından biridir. Şili, And dağları da zəngin lacivərd yataqları ilə tanınır. Rusiya, Anqola, Pakistan, ABŞ və Kanada kimi ölkələrdə lacivərd yataqları olsa da, buradan çıxarılan daşlar o qədər də qiymətli hesab edilmir.

Ölümdən sonra yeni həyat arzulayanların daşı

Babillilər və misirlilər bu daşa böyük əhəmiyyət veriblər. Misirlilər bu daşın göy üzündən xəbərlər gətirdiyinə və ali qüvvələrlə təmas qurmağı asanlaşdırdığına inanıblar. Misir krallarının və onların övladlarının məzarları lacivərd daşı ilə bəzədilib. Beləliklə fironların və övladlarının öldükdən sonra ulduzlara, xüsusilə də, Sirius ulduzuna gedəcəyi güman edilib. Məhz buna görə də, firon Tutankamonun da məzarı lacivərdlə bəzədilib. Onun məzarından lacivərddən hazırlanmış müxtəlif bəzək əşyaları tapılıb.

Картинки по запросу lapis lazuli stone jewelry

"Ölülər kitabı" lacivərd daşı haqqında nə deyir?

Qədim Misir ayinləri, duaları və dini mətnlərindən ibarət külliyyat olan "Ölülər kitabı"nın 140-cı bölümündə bu daşın çox təsirli bir tilsim olduğu yazılıb. Kitabda yazılanlara görə, qızıldan hazırlanmış göz şəklindəki qəlibin içərisinə yerləşdirilmiş lacivərd daşı çox güclü bir tilsimdir. Hər ayın son günündə bu göz simvoluna qurban verilir və beləliklə, gözün sahibi pisliklərdən qorunur.

Картинки по запросу lapis lazuli stone jewelry

Azərbaycan tarixində lacivərd daşı ilə bağlı maraqlı faktlar

Bu qiymətli daşla bağlı Azərbaycan tarixində də çox maraqlı faktlar var. Şumer dastanlarında qiymətli lacivərd daşının Azərbaycan ərazisində yaranmış ilk dövlətlərdən biri olan Arattadan gətirildiyi qeyd edilib. Tədqiqatçılar Arattanı lacivərd yataqları olan əraziyə şamil edirlər. Belə məlum olur ki, Aratta əhalisi lacivərd çıxarılması və yonulması ilə məşğul olub. Azərbaycanda lacivərd yataqlarının olması barədə orta əsr coğrafiyaşünası Həmdulla Qəzvini (XIV əsr) yazırdı: "Lacivərdin ən yaxşı yataqları Bədəxşandadır (Əfqanıstan). Lakin bir yataq Mazandaranda (Xəzərin cənub şərqi) və Azərbaycandakı Dizmarda (Təbriz yaxınlığında), digəri Kirmanda vardır". Yəqin ki, qədim zamanlarda Bədəxşandan da lacivərd gətirilir, Arattada boşaldılır və buradan İkiçayarasına ixrac edilirmiş. Eyni zamanda Mazandaran və Azərbaycandakı lacivərd yataqları da Arattanın nəzarəti altında idi.

Картинки по запросу lapis lazuli stone jewelry

Bir çox Şumer və Akkad yazılı mənbələrində lacivərd daşı "krallara layiq daş", "zənginliyin simvolu" kimi adlarla təqdim edilib.

Evləri, məzarları və qadınları bəzəyib

Lacivərd bəlkə də yeganə daşdır ki, ondan sadəcə zinət əşyaları yox, həm də maraqlı ev aksessuarları hazırlayıblar. Qədim Misirdə bu daşdan xüsusilə nəzərə qarşı muncuqlar hazırlanıb. Assuriyalılar və babillilər isə bu daşdan möhür hazırlayıblar. Arxeoloji araşdırmalar zamanı e.ə 3300-3100-cü illərə aid yaşayış məskəni olan Nakada bölgəsində lacivərddən hazırlanan zinət əşyaları tapılıb.

Картинки по запросу lapis lazuli stone jewelry

Məlumata görə, misirli qadınlar bu daşı toz halına salıb göz kölgəsi kimi istifadə ediblər.

Lacivərdin sağlamlıq üçün faydaları

Lacivərd də bir çox qiymətli daş kimi sağlamlığa yaxşı təsir edir. Onun faydalı xüsusiyyətlərini saymaqla bitirmək olmaz. Bu daş insanın yaddaşını gücləndirir, özünə inam yaradır. İnsanlarla daha asan ünsiyyət qurmağa kömək edir. Sümükləri gücləndirir. Tiroid vəzinə yaxşı təsir edir. Təzyiqi sabitləyir. Depressiyada olan və ağır itki ilə üzləşən insanları sakitləşdirmək təsiri var. Uşaqların qorxusunu alır. Həmçinin, uşaqlarda tənəffüs yolları xəstəliklərinin aradan qalxmasına kömək edir. Zehni açır. Yaradıcılığı artırır.

Картинки по запросу lapis lazuli stone jewelry

Romalılar lacivərd daşının güclü bir afrodizyak olduğuna inanıblar. Bəzi insanlar isə ruhu günahlardan azad etmək üçün bu daşdan istifadə ediblər.

Qədim zamanlarda lacivərd daşını döyüb toz halına saldıqdan sonra süd ilə qarışdırıb dəri səpgilərinə çəkiblər. Mədə problemlərini aradan qaldırmaq üçün də bu daşın tozundan istifadə edilib.

Daşın buğa, tərəzi, oxatan və sutökən bürclərinə uğur gətirdiyinə inanılır.

Ulduzların diqqət mərkəzində

Lacivərdin bu faydalarından xəbərdar olan Hollivud ulduzları da bu daşa böyük maraq göstərirlər. Dünyaca məşhur "Breaking bad" serialının ulduzu Anna Qann, həmçinin, aktrisa Zoi Kraviç lacivərd daşına düşkün olan məşhurlardandırlar.

Diqqət:bu daş əks təsir doğura bilər

Lacivərd daşından çox istifadə etmək olmaz. Çünki bir müddət sonra bədən daşa öyrəşdiyi üçün onun faydalı xüsusiyyətləri öz təsirini itirəcək.

Bu daşın yaydığı enerji həssas insanlarda başın hərlənməsinə, ürək bulanmaya səbəb ola bilər.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR