• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Cinsi problemləri həll etməyin yeni üsulu

  • Layihə
  • 12 Avqust 2015 23:58
  • 1 987 Baxış
Cinsi problemləri həll etməyin yeni üsulu

Cütlüklərin ayrılmasının, ailələrin dağılmasının əsas səbəbləri arasında cinsi problemlər üstünlük təşkil edir. Statistika göstərir ki, hər 3 cütlükdən birinin boşanma səbəbi cinsi həyatdakı anlaşılmazlıqlardır.

Cinsi istəksizlik, kişilərdə erreksiya ola bilməmə kimi hallar ən çox rast gəlinən cinsi problemlərdəndir. Aparılan araşdırmalar nəticəsində bütün cinsi problemləri aradan qaldırmağın yeni üsulu tapılıb. Sekspatoloqlar seks həyatındakı problemlərin “seks detoksu” üsulu ilə həll olunduğunu bildirirlər. Bəs, “seks detoksu” nədir? “Ailə dostu” layihəsində bu sualın cavabını tapacaqsınız.

Orqanizmdəki toksinlərdən xilas olmaq və özünü daha sağlam hiss etmək üçün detoks pəhrizlərə müraciət edirik. Seks həyatındakı problemləri həll etmək üçün də detoks üsuluna müraciət etmək lazımdır.

Seks detoksunun qızıl qaydaları:

1. Zövqlərimiz daim dəyişir. Bu gün geyindiyimiz paltarı, sabah bəyənməyə bilərik. Unutmayın ki, sekslə bağlı zövqləriniz də dəyişə bilər. Ən çox xoşaldığınız pozadan ya da seks vərdişlərinizdən bezə bilərsiniz. Bu çox normaldır. Əgər bunun seks həyatınıza mənfi təsir etməsini istəmirsinizsə, sekslə bağlı dəyişən zövqünüzdən partnyorunuzu xəbərdar edin. Nəyi bəyənib bəyənmədiyinizi onunla bölüşün. Sizin istəkləriniz kimi partnyorunuzun zövqü də dəyişə bilər. Bunu danışaraq həll edə bilərsiniz. Yeniliklərə açıq olun.

2. Seks, sadəcə, yataq otağını əhatə edən bir fəaliyyət deyil. Bir çox cütlük bu mövzuda səhv addım atır. Onlar fiziki yaxınlıq qurmaq üçün yataq otağına getməyi gözləyirlər. Partnyorunuzu öpmək, onu qucaqlamaq üçün yataq otağına getməyinizə ehtiyac yoxdur. Gün ərzində fürsət tapdıqca onu qucaqlayın, öpün, kiçik komplimentlər deyin. Bunların heç biri üçün pul lazım deyil. Əgər diqqət görmək istəyirsinizsə, diqqət göstərin. Bir-birinizlə zarafatlaşın, gülüşün, onu əyləndirin. Əmin olun ki, gecə sizi zövq dolu saatlar gözləyir. Çünki verdiyiniz hər qram sevginin qarşılığını artıqlaması ilə alacaqsınız.

3. Partnyorunuz hər an seksə hazır olmaya, seks istəyinizi rədd edə bilər. Bunu özünüzə təhqir kimi qəbul etməyin. Partnyorunuzun bu davranışı sizi sevmədiyi, sizdən zövq almadığı anlamına gəlməz. Sadəcə olaraq, hər insanın orqanizmi fərqlidir. Hormonların səviyyələri insanın nə qədər ehtiraslı olacağını müəyyənləşdirir. Ortaq nöqtə tapmağa çalışın.

4. Partnyorunuzla bir problem haqqında, o cümlədən də seks həyatınızdakı problemlər haqqında danışanda diqqətli olun. Belə ki, problemin kimdən qaynaqlandığını və ya səbəbini vurğulamayın. Bunun əvəzinə problemin həll yollarından danışın. Dürüst olun.

5. Seks həyatında problem yaşayanların çoxu cinsi əlaqəyə girməkdən çəkinir. Bəzi cütlüklər sekslə bağlı problemləri həll olunana kimi cinsi əalqəyə girməkdən vaz keçirlər. Bu çox məntiqsiz addımdır. Çünki kiçik bir problemin daha da böyüməsinə, hətta münasibətlərinizin soyumasına səbəb olursunuz. İndi fikiləşin. Çirkli qabları mətbəxdə qoyub getsəniz, siz evə qayıdana kimi öz-özlərinə yuyulub təmizlənə bilərlərmi? Əlbəttə ki, yox. Problemlə üzləşməli və onu həll etməlisiniz. Yataq otağınızdakı problemi ancaq cinsi əlaqəyə girərək, səhvlərinizi və düzlərinizi müəyyənləşdirərək həll edə bilərsiniz.

6. Rənglər, səs və qoxu insan psixologiyasına ən çox təsir edən ünsürlərdir. Biz yeməyimizi ən şıq restoranda yeməyi, kokteylimizi dəniz mənzərəli çimərlikdə içməyi xoşlayırıq. Çünki gözəl mənzərə yediklərimizin, içdiklərimizin dadını daha da gözəlləşdirir. Bu qayda seks üçün də keçərlidir. Əgər cinsi zəiflik hiss edir, cinsi istəksizlikdən əziyyət çəkirsinizsə, yataq otağınızın dekorasiyasını dəyişdirin. Divarları sizi həyəcanlandıran rənglərə boyayın, böyük güzgülər qoyun, sizə xoş təsir edən rəsm əsərləri asın. Kiçik qoxulu mumlardan istifadə edin. Əgər yatağınızı da dəyişdirmək istəsəniz, daha bərk yataq alın. Çünki mütəxəssislər belə yataqda seksin daha çox həzz verdiyini bildirirlər.

7. Yataq otağında geyindiklərinizə fikir verin. Özünüzü daha cazibədar və seksual hiss edə biləcəyiniz geyimlər geyinin. Beləliklə, həm partnyorunuzu təəccübləndirəcəksiniz, həm də özünüzə olan inamınızı yüksəldəcəksiniz.

Günay Əzizbəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR