Bu daşı pul kisəsində saxlayın və möcüzəyə şahid olun! - FOTOLAR
Bizi izləyin

Layihə

Bu daşı pul kisəsində saxlayın və möcüzəyə şahid olun! - FOTOLAR

Hər həftə sizi qiymətli daşlardan biri ilə tanış edirik. Bu dəfə isə yarımqiymətli daşlardan biri olan sitrindən (nəcəf) bəhs edəcəyik.

Qədim zamanlardan bəri bərəkət simvolu olan bu daş haqqında heç yerdə eşitmədiyiniz məlumatlar əldə etmək istəyirsinizsə, diqqətiniz Publika.az-ın "Mücrü"sündə olsun.

Adını sitrus meyvələrindən alıb

Sitrin kristal kvars daşının bir növüdür. Sarının müxtəlif çalarlarında olur. Qəhvəyiyə çalan növləri də var. Rəngini tərkibində az miqdarda olan dəmirə borcludur. Sitrus meyvələrini xatırladan bu daşın adı yunanca "limon" mənasını verən "sitron" sözündən götürülüb.

Nəcəf daşı əvvəllər "tacir daşı" adı ilə məşhur olub. Belə adlandırılması tacirlərin həmin daşı öz kassalarında saxlamaları ilə izah olunur. Onlar daşın bərəkət gətirdiyinə inanıblar. Deyilənə görə, daşı pul kisəsində və ya kassada saxladıqda sahibi xərclədiyindən qat-qat artıq qazanmağa başlayır.

Topaz və sapfirlə səhv salınır

Nəcəf daşı, adətən, ondan daha bahalı olan topaz ilə qarışdırılır. Hətta bəzən yanlışlıqla sitrini topazın bir növü hesab edirlər. Buna səbəb topazın eynilə sitrinə bənzəyən sarı və qəhvəyi çalarlarda növlərinin olmasıdır. Ancaq sitrinlə topaz fərqli daşlardır. Onların nə tərkibləri, nə də şəfalı xüsusiyyətləri üst-üstə düşür.

Sitrin bəzən ən dəyərli daşlardan biri olan sapfirlə də səhv salınır. Qeyd edək ki, sapfir almağa imkanı olmayanlar alternativ olaraq nəcəfdən istifadə edə bilərlər. Çünki onların həm görünüşü, həm də şəfalı xüsusiyyətləri oxşardır.

Sitrin əsasən, Braziliya, İspaniya, ABŞ, Rusiya, Madaqaskar kimi ölkələrdə çıxarılır.

Həm mənəviyyata, həm də sağlamlığa müsbət təsir edir

Sitrin qədim zamanlardan bəri zərgərlərin sevimli daşlarından biri olub. Daşın bu qədər sevilməsinə səbəb təkcə rənginin gözəlliyi və parlaqlığı deyil. Nəcəf həm də şəfalı xüsusiyyətləri ilə seçilir. Sitrin qaşlı zinət əşyası ilə bir tərəfdən bütün diqqəti üzərinizə çəkərkən, digər tərəfdən sağlamlığınıza fayda verə bilərsiniz.

Sitrin daşı həm mənəvi, həm də fiziki baxımdan yararlıdır. Ancaq digər daşlardan fərqli olaraq mənəvi təsiri daha güclüdür. Bunu nəzərə alaraq, əvvəlcə daşın mənəvi dünyamızda etdiyi inqilablardan bəhs edək.

Arzuları çin, yuxuları şirin edir

*Qədim zamanlardan bəri sitrinin insanın ruhunu təmizləyib paklaşdırdığına inanılıb.

*Neqativ enerjini pozitiv enerjiyə çevirir.

*Əsəbləri sakitləşdirir.

*Hissləri qüvvətləndirir

*Depressiyadan çıxmağa kömək edir.

*Ailə fərdləri arasındakı münasibətləri yaxşılaşdırır.

*Qorxuları yox edir.

*Özünəinamı artırır.

*Asılılıqdan xilas olmağa kömək edir.

*Qısqanclıq duyğusunu aradan qaldırır.

* İntihara meyilin qarşısını alır

*Kabus görməyə qoymur. Xüsusilə də, gecələr kabus görən uşaqlara kömək edir. Bunun üçün sitrin daşını uşağın yastığının altına qoymaq lazımdır.

*Yuxuya getməkdə çətinlik çəkənlər bu daşdan faydalana bilər.

*Sitrin yaradıcılıq qabiliyyətini artırır. Xüsusilə də, yazarlar bu daşdan çox istifadə edirlər. Çünki sitrin zehni açaraq, xəyal gücünü inkişaf etdirir. Dizaynerlər və heykəltəraşlar da kreativ ideyalar tapmaq üçün sitrindən faydalanmalıdırlar.

* Qüvvətin və gücün simvolu hesab edilən sitrin daşı insanı mənəvi cəhətdən gücləndirir.

* Təcrübələrdən dərs çıxarmağa imkan verir.

*Diləklərin reallaşması, arzuların çin olması üçün sitrin daşını əlinizdə bərk sıxıb xəyal qurmağınız kifayətdir.

*Sitrin daşı gəzdirən insan asanlıqla sevgi və hörmət qazanır.

Göz, böyrək, ciyər, ürək problemləri ilə üzləşənlər...

Nəcəf sağlamlıq üçün nələrə qadirdir, bilirsinizmi? Bir daş parçasının bunları edə bilməsi həqiqətən də, möcüzədir. Sitrin bədənə enerji verir. İmmunitet sistemini gücləndirir. Tiroit vəzinin normal işini təmin edir. Antioksidant effekti verir. Yəni, orqanizmi zəhərli maddələrdən təmizləyir, toksinlərin atılmasını təmin edir. Bu xüsusiyyəti ilə dəriyə də fayda verir. Çünki toksinlərdən təmizlənən bədəndə dəri daha təzə və parlaq görünür. Sitrin sızanaqları azaldır, dərinin yaşlanmasının qarşısını alır. Göz xəstəliklərindən qorunmaq üçün yaxşı vasitədir. Böyrək, ciyər, həzm sistemi və ürək üçün inanılmaz dərəcədə faydalıdır. Sitrindən masaj yağlarını daha təsirli hala gətirmək üçün də istifadə edilir. Bu daş yağa enerji verərək onun bədənə daha tez hopmasını təmin edir. Sitrin qəbul etdiyiniz dərmanların daha yaxşı təsir etməsinə səbəb olur.

İlan zəhərinə qarşı nəcəf

Qədim zamanlarda sitrindən ilan zəhərinə qarşı istifadə ediblər. Sitrinin insanı yaralanmaqdan və hücumlardan qoruduğuna inanılır. Ona görə də, təhlükəli işlərdə, kəsici alətlərlə işləyənlərə bu daşdan istifadə etmək tövsiyə olunur.

Kimlər nəcəfdən faydalana bilər?

Sitrin noyabr ayında dünyaya gələnlərə daha tez təsir edir. Onun şəfalı xüsusiyyətlərini qoç, əkizlər, şir, qız, tərəzi, əqrəb bürclərindən olanlar daha tez hiss edirlər. Tünd sarı rəngli sitrin oxatan və balıq bürcünün uğurlu daşıdır.

Hollivudun göz bəbəyi

Yuxarıda sadaladığımız xüsussiyyətlər sitrini Hollivud ulduzlarının ən sevimli daşına çevirirb. Qırmızı xalıya iz qoymaq istəyən gözəllər şıqlıqlarını sitrin daşlı zinət əşyaları ilə tamamlayırlar. Keyt Uinslet, Emma Uatson, Qvinet Peltrou – stilləri daim göz önündə olan bu gözəllər topaz və sapfir kimi daha bahalı daşlar əvəzinə sitrini seçirlər.

Kembric hersoqinyası da sitrin fanatı çıxdı

Bahalı daş-qaşlara düşkün olan Kembric hersoqinyası Keyt Middletonun sitrin daşına heyran olması bizi təəccübləndirdi. İngiltərə taxt-tacına iki varis verən bu gözəl xanımın 3-4 çeşid sitrinli zinət əşyası var. O, bu daşı adətən, sırğalarda xoşlayır. Keyt Middletonun dəyərli daşları bir kənara qoyub, yarıdəyərli hesab edilən nəcəfə üstünlük verməsi bu daşın faydalı xüsusiyyətlərindən xəbərdar olduğunu göstərir.

Sitrin alarkən bunlara diqqət edin!

Sitrin gümüş və ya qızılla birlikdə istifadə edilməlidir. Zinət əşyasının dizaynı elə olmalıdır ki, daş mütləq dəriyə dəyməlidir. Sitrin qaşlı zinət əşyasının enerjinizlə uyğunlaşması üçün onu ilk dəfə cümə axşamı taxmalısınız. Əgər sitrini çox uzun müddət istifadə etsəniz, onun enerjisi tükənə bilər. Hətta topladığı neqativ enerjini sizə əks etdirməyə başlayar. Bu baş ağrısına və ürəkbulanmasına səbəb olar. Ona görə də vaxtaşırı nəcəfi təmziləmək lazımdır. Bunu iki cür həyata keçirmək olar. Birinci üsula görə, daşı torpağa basdırıb 2 saat saxlamaqla onu təmizləmək olar. Alternativ olaraq sitrini ametistin yanında saxlayın.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm