• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Titanik”in 40 yaşlı gözəli: “Kişi obrazında olmaq istəyirəm” – FOTOLAR

  • Layihə
  • 26 Oktyabr 2015 17:15
  • 1 451 Baxış
“Titanik”in 40 yaşlı gözəli: “Kişi obrazında olmaq istəyirəm” – FOTOLAR

12 dəfə "Oskar" mükafatına layiq görülən və kino tarixinə adını qızıl hərflərlə yazdıran "Titanik" filmi, demək olar ki, hər birimizin yaddaşında silinməz izlər qoyub. 90-cı illərdə qızlar Cekə, oğlanlar da Roza aşiq idilər.

İllər sürətlə keçdi. "Titanik"də Roz obrazını canlandıran aktrisa Keyt Uinslet indi 40 yaşındadır. Ancaq hələ də məşhurlaşmağa başladığı illərdəki qədər gözəl və cazibədar görünür. İllər sonra müsahibə verən ulduz olduqca səmimi açıqlamalar verib.

Publika.az-ın "Şirin söhbət" layihəsində bu dəfə gözəlliyi ilə illərə meydan oxuyan Keyt Uinsletin müsahibəsini təqdim edirik:

- Yaşınızla bağlı ən çox nəyi sevirsiniz?

- Özümü hər bir şəraitdə xoşbəxt hiss edirəm. Çünki həyatın çox dəyərli olduğunu öyrənmişəm. Heç nə üçün narahatlıq keçirmirəm. Həyatımdakı insanı qucaqlamağı, öyrəndiklərimi uşaqlarımla və birlikdə işləmə fürsəti əldə etdiyim gənc qadınlarla paylaşmağı sevirəm. 20 yaşımda olanda üstümdə cəmiyyətin təzyiqini hiss edirdim. 30 yaşımda bu narahatlığım aradan qalxdı. İndi 40 yaşım var və ilk dəfə özümü azad hiss edirəm.

- Gənclik illərində yaşlılıq haqqında düşünürdünüzmü? Belə gənc qalacağınızı təsəvvür edirdinizmi?

- 20 yaşımda 40 yaşında olan qadınlara baxıb həmin yaşa çatanda onlardan qat-qat qoca görünəcəyimi düşünürdüm. Amma yanılmışam, xəyal etdiyimdən daha gənc görünürəm. Hazırkı yaşım mənə həyat təcrübəsi qazandırdı. İndi özümü olduqca sakit hiss edirəm.

- Həyatınızı nələr gözəlləşdirir? Xoşbəxtlik üçün kiçik ipuclarınız varmı?

- Həyatım həmişə gözəl deyil. İşləyən qadınlar üçün həyat çətindir. Hamını xoşbəxt etmək, qidalandırmaq və bunları edərkən ağlını itirməmək asan deyil. Dünyada ən çox sevdiyim şey insanlarla birlikdə əylənməkdir. Əziz həyat yoldaşım və üç uşağım həyatımı gözəlləşdirir. Xoşbəxtliklə bağlı ipuclarım isə belədir: özünüzə qarşı həddən artıq tələbkar olmayın, özünüzü başqaları ilə müqayisə etməyin və ən əsası hər günü qiymətləndirin.

- Stiliniz fransız xanımlarını xatırladır.

- Kaş parisli qadınlar kimi zəhmət çəkmədən şıq görünə biləydim. Sanki həmişə külək saçlarını kafi miqdarda dalğalandırır, üzlərində gözə xoş görünən makiyaj, üstlərində məkana uyğun geyimlər olur. Bunu necə edirlər? Mən də çalışıram, amma onlar kimi qüsursuz görünmək üçün çox çalışmalı oluram. Bəlkə də bundan sonrakı həyatımda dünyaya fransız qadını kimi gələrəm. Ya da bir fransız kişi olaram. Onlar da ən az qadınlar qədər şıq görünürlər.

- Fransa mədəniyyətini niyə bu qədər çox sevirsiniz?

- Uşaq olanda ailəmlə birlikdə bir neçə dəfə Fransanın cənubuna tətilə getmişdim. Gənclik illərimdə isə Provansda oldum. Səhər saat 10-da pivə verilən kəndlərdə gəzdim. Orada yediyim balıq şorbası dünyanın ən dadlı şorbası idi. Oradakı qəhvəni başqa heç yerdə içə bilməzsiniz. Dar arxa küçələrdə sobadan yeni çıxmış, ağızda əriyən kruasanlar yedim. Xatırladıqca qanadlanıb oraya uçmaq istəyirəm. Deyəsən, Fransanın ən çox yeməklərini və şərablarını sevirəm. Gözəl memarlıq abidələri və salatlarla davam edən günorta yeməkləri möhtəşəmdir.

- Gündəlik olaraq etdiyiniz gözəllik prosedurlarınız varmı?

- Çimdikdən sonra belə üzümü soyuq su ilə təkrar yuyuram. Yumşaq təmizləyici vasitədən istifadə edirəm. Beləliklə, məsamələr daralır, dərim daha təravətli olur. Hər səhər T bölgəsinə zərdab çəkirəm. Dərim həssasdır, mənə uyğun olmayan məhsuldan istifadə etsəm, üzüm qızarır.

- Bəs gözəllik sirriniz nədir?

- Dəri üçün ən faydalı şey təmiz havadır. Ona görə də, gecə yatanda otağın pəncərəsini açıq qoyuram.

- Heç özünüzə yaraşmayan makiyaj etmisinizmi?

- İllər öncə film festivallarından biri üçün hazırlaşırdım. Makiyajı özüm etməyə qərar verdim. Nəticə dəhşətli dərəcədə pis olmuşdu. Dumanlı qara göz makiyajı etmişdim və 1 şüşə cin içmiş pandaya bənzəyirdim. Bir daha əsla belə səhv etmərəm. Dumanlı makiyaj mənə yaraşmır.

- Makiyajda ən çox nəyə diqqət edirsiniz?

- Göz ətrafına tonal kremi çox çəkməməyə. Çünki tonal krem göz ətrafındakı qırışları üzə çıxarır.

- Fiziki və psixoloji baxımdan sizi ən çox yoran rollar hansılar olub?

- "The Reader" filmindəki rolum psixologiyama çox pis təsir etmişdi, zehni baxımdan yorulmuşdum. Fiziki baxımdan isə ən çox "Titanik"də çətinlik çəkmişdim. Çünki çəkilişlər 7 ay boyunca soyuq havada aparılmışdı. Bəzi səhnələr gecə çəkilirdi. Gəminin yırğalandığı səhnələrdə divarlara çırpılır və yaralanırdıq.

- Karyeranız baxımından əldə etmək istədiyiniz bir uğur, çatmaq istədiyiniz bir hədəf varmı?

- Bir gün kişi obrazını canladırmaq istəyirəm.

- Moda ilə maraqlanırsınız?

- Bəzən modaya uyğun geyinirəm, bəzən isə heç vecimə olmur. Gündəlik həyatda nə geyinəcəyim barədə çox da fikirləşmirəm. Gün içində enerjimi xərcləməli olduğum o qədər problem var ki...

- Hansı sizin üçün daha uyğundur, dəbli libas, yoxsa cins şalvar və rahat bir kofta.

-Təbii ki, ikincisi.

- Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?

- Uşaqlarımla vaxt keçirirəm. Ailəmlə açıq havada gəzmək məni inanılmaz dərəcədə xoşbəxt edir. Hərəkətli insanam, sörfinqi sevirəm. Yemək bişirməyi və macəra yaşamağı da xoşlayıram. Amma yeni şeyləri təcrübədən keçirmək məni bir az qorxudur.

- Dünyada nəyi isə dəyişdirə biləcək qüdrətə sahib olsaydınız, nəyi dəyişərdiniz?

- Doğuşun bu qədər çətin olmaması üçün nə isə edərdim.

- Ən imkansız xəyalınız nədir?

- Uça bilmək.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR