Sevgi andını pozmayan məşhurlar - FOTOLAR
Bizi izləyin

Magazin2

Sevgi andını pozmayan məşhurlar - FOTOLAR

Şou nümayəndələrinin sevgi münasibətləri haqqında yazılanları oxuyanda onların ailə münasibətlərinə oyun kimi baxdıqları qənaətinə gəlirsən. Buna baxmayaraq, məşhurlar arasında da nümunə ola biləcək cütlüklər var. Hansi ki, 15 ildən artıqdır birlikdədirlər. Publika.az-ın “Te amo” layihəsinin bu sayı əbədi sevgi andını pozmayan cütlüklərdən bəhs edir.

Devidlə Viktoriya Bekhem - 16 il

Devid müsahibələrinin birində həyat yoldaşı ilə tanışlığı barədə zarafatyana: “Həyat yoldaşım məni futbol oyununda, mən isə onu televizorda bəyənmişəm. Dərhal başa düşdük ki, biz bir-birimiz üçün yaradılmışıq”.

1997-ci ildə bir futbol matçında tanış olan cütlük bir il sonra nişanlanıb. 1999-cu ilin iyulunda keçirilən təmtəraqlı toy mətbuatın gündəmini uzun müddət məşğul edib. Bu izdivac, deyəsən, daha çox məşhur futbolçunun işinə yarayıb. Bu illər ərzində o, həyat yoldaşının səyi nəticəsində dünyanın ən yaraşıqlı və zövqlü kişisinə çevrilib. Viktoriya isə ərinin üzərində təsirinin böyük olduğunu yaxşı başa düşür və qısqanclıq etmir. O, ərinin təsadüfi əlaqələrinə göz yummağa hazır olan bir qadındır. Yeri gəlmişkən, qeyd edək ki, məşhur ər-arvad bədəninə “Hər şeyi yenidən başlayaq” yazılmış döymə yazdırıb. Bu xoşbəxt nikahdan 4 uşaq - Bruklin, Romeo, Kruz adlı 3 oğlan və Harper adlı bir qız dünyaya gəlib.

Uill Smitlə Caca Pinket Smit 17 il bir yerdə

Dekabrın 31-də cütlük evliliklərinin 18-ci ilini qeyd etməyə hazırlaşır.

“Beverli Hillzdən olan şahzadə” filminin çəkilişlərində tanış olan cütlük düz 7 il sonra evlənməyə qərar verib. Mətbuatda bəzən boşanma xəbərləri yayılsa da, hələlik öz təsdiqini tapmayıb. Uill Smitlə Caca Pinket Smitin bir qızı və bir oğlu var.

Sindi Kroufordla Rendi Gerberin 17 illik məhəbbəti

Cütlüyün tanışlığı modelin Riçard Girdən ayrıldığı ərəfəyə düşüb. Gerber Sindinin təsəlliyə ehtiyac duyduğu bir zamanda onun qarşısına çıxıb. Milyarder kədərli modelə təskinlik verərək onu özünə aşiq edib. Sindi özü də etiraf edir ki, onların münasibətləri dostluqdan başlayıb. O “Bu, həyatımda dostluqla başlayan ilk münasibətdir. Bütün qadınlara bu variantı sınamağı tövsiyə edirəm. Onda nikahın təməli də sağlam olur” – deyə bildirib. Sindi ilə biznesmen Rendi Gerber tanışlıqlarından 3 il sonra evləniblər. Sindi Krouford biznesmenlə ailə qurduqdan sonra özünü bütünlüklə ailəsinə həsr edib. O, peşəkar model olmaqla yanaşı, nümunəvi həyat yoldaşı və gözəl anadır. 1999-cu ildə cütlüyün oğlu Presli Uolker, 2001-ci ildə isə qızı Kaya Cordan dünyaya gəlib.

Sara-Cessika Parkerlə Metü Broderik: 18 ilin vəfalı dostları

Sara ilə Metü 1992-ci ildə tanış olublar. Onların da münasibətləri, Sindi ilə Gerber kimi dostluqla başlayıb. Düz beş il sonra başa düşüblər ki, onları ancaq dostluq münasibətləri bağlamır. Cütlük 1998-ci ildə təntənəli şəkildə evlənib. Mətbuat tez-tez onların münasibətlərinin üstündən qara buludlar keçdiyini yazsa da, Sara hər dəfə təkzib edərək bu söz-söhbətlərdən bezdiyini açıqlayıb. Çıxan şayiələrin əksinə olaraq onlar yenə birlikdədirlər.

Hyu Cekman Debora-Li Fernessin 19 illik məhəbbəti

Bu cütlüyün sevgi romanı 1995-ci ilə - “Korelli” serialının çəkilişlərinə təsadüf edir. Yaraşıqlı gənc ilk baxışdan özündən 13 yaş böyük həmkarına dəlicəsinə vurulub. Lakin Cekman cazibədar aktrisadan rədd cavabı almaqdan elə qorxub ki, sevgisini etiraf edə bilməyib. Heç 1 ay keçməyib ki, aktrisa özü Cekmana zəng edərək telefonda ona aşiq olduğunu deyib. Həmin vaxtdan artıq 19 il keçib. Onların hər ikisi müsahibələrində bir-birinə hələ də ilk günkü kimi aşiq olduğunu söyləyirlər.

Devid Boi və İman 23 il birlikdə

Məşhur ifaçı ilə Somalidən olan supermodel 1990-cı ildə ortaq dostlarının iştirak etdiyi tədbirdə tanış olublar. İlk görüşdən bir-birinə aşiq olan cütlük iki il sonra münasibətlərini rəsmiləşdirib. İman uzunömürlü nikahın sirrini belə izah edib: “Ailə hər zaman birinci yerdə durmalıdır, qalan hər şey ikinci dərəcəlidir. Sizin prioritetləriniz üst-üstə düşürsə, deməli, siz axtardığınız insanı tapmısınız”.

Tom Henkslə Rita Uilson 27 il birlikdə

Tom Henks və Rita Uilson məşhur teleşouda tanışlıqdan cəmi bir neçə ay sonra - 1988-ci il aprelin 30-da evləniblər. Onlar iki oğul böyüdürlər və bir-birini hələ də dəlicəsinə sevirlər. Henks 27 illik nikahlarının sirrini daimi ünsiyyətdə görür.

Bono və Elison Hyuson 33 il birlikdə

Bono ilə Elison Hyuson uşaqlıq məhəbbətinin bir ömür boyu davam edə biləcəyini göstərən ən nümunəvi cütlükdür. İnanmaq nə qədər çətin də olsa, onlar 40 ildir birlikdədir, 33 ildir ər-arvaddırlar. Elisonla Pol Hyuson ilk dəfə rok konsertində tanış olublar. Həmin vaxt Bono artıq kifayət qədər məşhurlaşmış ulduz idi. Xeyriyyəçi kimi tanınan məşhurların dörd uşağı var.

Meril Striplə Don Hammerin 37 illik ölməz eşqi

Hollivudun əfsanəvi aktrisasının ən səciyyəvi cəhətlərindən biri sədaqətli olmasıdır. Üç dəfə "Oskar" mükafatı almış aktrisa həm uğurlu karyerası ilə, həm də uzunömürlü nikahı ilə öyünə bilər. Yeri gəlmişkən, qeyd edək ki, 37 ildir evli olan Meril Striplə Don Hammer Hollivudun ən nümunəvi cütlüyü kimi göstərilir.

Aktrisa ilə heykəltəraş 1978-ci ildə ilk tanışlıqdan cəmi altı ay sonra evləniblər. Meril müsahibələrinin birində uzun və xoşbəxt münasibətlərinin sirrini bölüşüb: "Aranızda mövcud olan bütün problemlər, hətta ən mənasız hesab etdiyiniz məsələlər haqqında mütləq danışmalı və onları müzakirə etməlisiniz. Tərəf-müqabilinizi nəyin narahat etdiyini öyrənməlisiniz. Bir sözlə, onunla maraqlanmalısınız. Daha sonra bir-birinizə məsləhət verməli, səhvlərinizi açıq şəkildə etiraf etməlisiniz. Müzakirə uğurlu münasibətlərin əsas açarıdır".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm