• USD 1,7001 0,00% EUR 2,0116 +0,66%
    • GBP 2,2843 +0,83% RUB 0,0290 +1,03%

Saç əkilməsi haqqında bilmədikləriniz

  • Layihə
  • 3 May 2016 18:15
  • 2 915 Baxış
Saç əkilməsi haqqında bilmədikləriniz

Statistik məlumatlara əsasən dünya əhalisinin 56 faizi saç tökülməsinə meyllidir. Saçı tökülənlərin 95 faizini kişilər təşkil edir. Maraqlıdır, niyə daha çox güclü cinsin nümayəndələri saç tökülməsindən əziyyət çəkir? Türkiyəli həkim Melike Külahçı bu və saç əkilməsi ilə bağlı suallara aydınlıq gətirib.

- Kişilərin saçları niyə qadınlarla müqayisədə daha çox tökülür?

- Kişilərin saç tökülməsinə cavabdeh olan testosteron hormonu zaman ötdükcə və daxildəki maddələr mübadiləsindən asılı olaraq dihidrotestorstorona çevrilir ki, nəticə etibarilə tük kökündə qan dövranı pozulur. Bu hormon saçlara siqnallar göndərir və bu zaman hormonların toksik təsiri başlayır. Follikulyar tük kökü ətrafında mikrosirkulyasiya pozulur, qidalanma zəifləyir. Normal tüklər getdikcə daha nazik tüklərlə əvəz olunur. Son mərhələdə saç tökülür, dazlıq yaranır.

- Saç əkdirmə əməliyyatından öncə nələrə diqqət edilməlidir?

- Hər bir əməliyyat kimi bir həftə əvvəl aspirin, coraspin, spirt, vitamin E kimi qan durulaşdırıcı maddələrdən uzaq durulmalıdır. Əməliyyata yaxın siqaret çəkmək də olmaz.

- Saç əkdirmə əməliyyatında yaş məhdudiyyəti varmı?

- 18 yaşını keçmiş sağlam insanlara saç əkilməsi həyata keçirilə bilər. Adətən yaşı 30-u keçmiş 100 kişinin 70-ində saç tökülməsi ilə bağlı problemlər yaranır. Əgər əvvəllər saç tökülməsindən əziyyət çəkən kişilərin ancaq 20 faizi həkimə müraciət edirdisə, indi bu problemlə qarşılaşan kişilərin 35 faizi cərrahi müalicəyə maraq göstərir. Günümüzdə ən çox 28-48 yaş arası kişilərin saç əkdirməsini müşahidə edirik.

- Saç əkdirmə prosesi neçə saat davam edir?

- Saçın əkilməsi prosesi 3-8 saat arası davam edə bilər. Xəstələr əməliyyat zamanı qəzet oxuya, televiziya izləyə, yemək yeyə və xüsusi ehtiyacları üçün ayağa qalxa bilərlər. Bizə müraciət edən insan başqalarının onun saç əkdirdiyini öyrənməsini istəmirsə, müəyyən fasilələr verə bilərik. Bu da orta hesabla 15 günə qədər davam edir.

- Saç əkilməsi ağrılı prosesdir?

- Saç əkdirmə əməliyyatı anesteziya ilə həyata keçirilir. Xəstə əməliyyat zamanı yalnız anesteziyanı hiss edir. Proses zamanı hər hansı ağrı hiss etmir. Əməliyyatdan sonra bəzən ağrılar yaranır. Bu ağrıları həkimin təklif etdiyi ağrı kəsicilərlə qarşısını ala bilərsiniz.

- Əkilən saçların ömrü nə qədərdir?

- Müasir cərrahi üsulların ən böyük üstünlüyü tellərin insanın özünə aid və canlı olmasıdır. Bu əməliyyatların nəticələri daimidir. Cərrahi müalicə prosesi tamamlandıqdan sonra həmin insan saç tökülməsi problemimdən birdəfəlik xilas olur.

- Əkilən saçlar niyə hər kəsdə təbii görünmür?

- Bu, tətbiq olunmuş texnikadan asılıdır. Saç kökü doğru yerdə qoyulubmayıbsa, bərabər şəkildə paylanmaması nəticəsində təbiilikdən uzaq görünür. Xüsusi ilə çox seyrək və səliqəli əkilməmiş tellər süni görünür.

- Saç əkdirmə əməliyyatından sonra jele, sprey, saç boyası kimi məhsullar istifadə edilə bilərmi?

- Saç əkdirmə əməliyyatından sonra ilk 3 ay ərzində belə məhsullar istifadə edilməməlidir. 3 aydan sonra heç bir qadağa yoxdur.

- Bu əməliyyatın əks göstərişləri varmı?

- Saç əkdirmə əməliyyatının da digər cərrahi əməliyyatlar kimi əks təsir və müəyyən riskləri var, amma bunlar əhəmiyyətsiz və nadir görülən risklərdir. Məsələn, saç əkdirmə əməliyyatından sonra saçlarda bir müddət nazikləşmə görülə bilər. Bu, keçici haldır. Saç əkilən nahiyə 10 gün ərzində qabıq verə bilər. Həmçinin qaşınma hallarının da olması normaldır. Saç əkilmiş nahiyədəki qızartılar xəstənin fizioloji xüsusiyyətlərindən asılı olaraq 2- 8 həftəyə qədər qala bilər.

- Hansı hallarda xəstəyə saç əkilməsi məsləhət görülmür?

- Saç əkilməsi hər yaşda edilə bilər, amma təzyiq, şəkər, qaraciyər və ya ürək xəstəliyindən əziyyət çəkən insanlara məsləhət görülmür. Bunun üçün bir sıra analizlər aparılmalıdır, əgər analizlərin nəticələri müsbət olarsa, edilə bilər.

- Saç əkdirmə üsulları hansılardır və necə edilir?

- Saç əkdirmə üsulu fut və fue olmaqla iki şəkildə tətbiq oluna bilər. Hər iki üsulda də boyun hissəsində iki qulaq arasında olan sağlam saç folekulları daz nahiyələrə əkilir.

- Saçlar əməliyyatdan nə qədər müddət sonra çıxmağa başlayır?

- Saç əkdirmə əməliyyatından 3 ay sonra ilk tüklər çıxmağa və uzanmağa başlayır. 6 aydan sonra əkilən saçların 75 faizi, bir il sonra 95 faizi çıxır.

- Əməliyyat bir neçə seans tətbiq oluna bilərmi?

- Saç əkdirmə prosesi başın böyüklüyünə görə bir neçə seans təkrarlana bilər. Amma boyun bölgəsindən alınan tellərin sağlam donorun olub-olmamağına xüsusi diqqət etmək lazımdır.

- Əkilmiş saçların tökülmə ehtimalı nə qədərdir?

- Alınan saç kökləri boyun hissəsində yerləşən və genetik olaraq heç vaxt tökülməyən xüsusiyyətinə malik köklər olunduğundan sonrakı illərdə tökülmə hallarına demək olar ki, rast gəlinmir. Ancaq 60 yaşdan sonra saçlar bir qədər nazikləşə bilər.

- Saç əkdirmə əməliyyatına adətən kişilər maraq göstərir. Bəs bu əməliyyat qadınlara da tətbiq edilə bilərmi?

- Bu əməliyyat qadınlara da tətbiq oluna bilər. Amma əvvəlcə saç tökülməsinin səbəbləri araşdırılmalı, mütləq hormonal problem olub-olmadığı yoxlanılmalı, qalxanabənzər vəzilərinin az və ya çox işləyib işləmədiyini müəyyən etmək lazımdır. Əməliyyat edilib-edilməsi xanımın səhhətindən asılıdır.

Aytən

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>