• USD 1,7000 0,00% EUR 1,9906 0,00%
    • GBP 2,2728 0,00% RUB 0,0276 0,00%

Çəkiclə gəzən, 40 yaşında məzun olan 100 çətirli dahi – FOTOLAR/VİDEO

  • Layihə
  • 2 Avqust 2016 17:45
  • 7 498 Baxış
Çəkiclə gəzən, 40 yaşında məzun olan 100 çətirli dahi – FOTOLAR/VİDEO

Publika.az dahilərin, məşhurların həyatından bəhs edən "Dahi ömrü" layihəsini təqdim edir. Layihənin budəfəki qonağı minimalist əsərləri ilə tanınan fransız bəstəkar Erik Satidir. Özündən sonra gələn sürrealizm və repetitif musiqi cərəyanlarında bir çox əsər yazıb və romantik dövrə damğasını vurub.

Bəstəkar haqqında az bilinən maraqlı məlumatları təqdim edirik.

Sati yazdığı bir əsərin notunda parçanı 840 dəfə təkrar etdirib

1893-cü ildə yazdığı “Vexations” adlı bu əsər tək bir cümlədən ibarətdir. Parçanın düyməli alətlər üçün yazıldığı düşünülsə də, notda bununla əlaqədar hər hansı məlumat olmayıb.

Satinin gizli dini

O, 1891-ci ildə yaxın dostu Cozef Peladanın qurduğu gizli bir təriqətə üzv olub. Satinin bu dövrdə etdiyi bəstələr daha sonradan Olivier Messiaen başda olmaqla bəzi məşhur bəstəkarların musiqisində böyük rol oynayıb. Bir müddət sonra Peladanla arasında problem yaşayır və bu təriqətdən ayrılaraq "Eglise metropolitaine de Art de Jesus Conducteur" adını verdiyi dini təriqəti qurur.

Bir qadınla bir ömür

21 yaşında "Le Chat Noir" da ev pianoçusu olaraq çalışdığı müddətdə Suzanne Valadon adlı qadınla tanış olan Sati qadının üzbəüz qonşusu olduğunu öyrənir. O gün tanış olur və Suzanneya evlənmək təklifi edir. Birlikdə keçirdikləri 6 ay müddətində Sati ancaq post-tonal musiqi işləri ilə məşğul olduğu üçün Suzanne onu tərk edir.

Küçələrdə çəkiclə

Debussy və Ravel kimi bəstəkarlarların böyük şöhrət və sərvət qazandığı bir dövrdə Sati teatrlarda piano çalan kasıb bir bəstəkar olaraq həyatını davam etdirib. Bu səbəblə Parisin mərkəzdən ən uzaq yerinə köçüb. Gün ərzində 10 km-dan çox yol getdiyindən özünü qorumaq üçün əlində çəkic ilə gəzib. Sonrakı illərdə şöhrəti artsa da, Sati həyatının sonuna qədər çəkiclə gəzib.

40 yaşında məzun

1881-ci ildə Paris Konservatoriyasına daxil olan Sati müəllimləri tərəfindən "məktəbin ən tənbəl şagirdi" olaraq adlanıb. Bu səbəblə məktəbə davam etməyən bəstəkar 1905-ci ildə, yəni 40 yaşında geri qayıtdığı konservatoriyanı birinci olaraq bitirib.

Həbsə həyatı

Pablo Picasso tərəfindən dekorasiyası qurulan "Parade" adlı baletin 1917-ci ildə reallaşan qala gecəsində rekord sayda bilet satıldığı üçün insanların çoxluğundan çaxnaşma yaşanıb. Bu səbəbdən bəstəkara "mədəni anarxiya" günahı ilə səkkiz gün həbs cəzası veriblər.

Yenilik gətirən arxafon

"Furniture Music" adını verdiyi bu iş sonralar ambient musiqi, səs yerləşdirməsi, muza və lobbi musiqisi kimi anlayışların ortaya çıxmasında bəstəkarın böyük payı olub.

100 çətirli mənzil

Sati dünyasını dəyişdiyində, ev sahibi mənzildən bəstəkarın 100-dən çox çətirini çıxarıb. İndiyə kimi niyə bu qədər çətirin olması heç kimə bəlli deyil.

Dilrubə Vaqifzadə

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>