Evlərinin qapılarını açıq qoyub yatan milyonçular - FOTOLAR
Bizi izləyin

Layihə

Evlərinin qapılarını açıq qoyub yatan milyonçular - FOTOLAR

Dünyada ən yaxşı təbiəti, gözəl mənzərəsi, eləcə də, ən bahalı ölkəsi Norveçdir. Qiymətlərin yüksək olmasına baxmayaraq, oraya mütləq getmək lazımdır. Niyə? Çünki Norveç bir çox təbii möcüzələrin vətəni hesab olunur. Bura başgicəlləndirici şəhərlərə, qədim tarixə və xoşbəxt əhaliyə malik bir diyardır. 2001-ci ildən etibarən Norveç insan inkişafı göstəricisinə görə birinciliyi əldən vermir. Həmçinin rəy sorğularına görə bura dünyanın ən sakit və sülhsevər ölkəsi hesab edilir. Norveç həyat keyfiyyətinə görə də bir çox reytinqlərdə ilk yerlərdə dayanır.

Publika.az “Yolçu” layihəsi çərçivəsində bu həftə oxucuları Norveçin görməli yerləri ilə tanış edir. Yolumuz uzundur, odur ki, yolçu yolda, gözlər yazıda gərək...

Хардангер-фьорд, Норвегия.jpg

Norveç Krallığı Şimalı Avropada, Skandinaviya yarımadasının qərb hissəsində və ona yaxın adalarda yerləşən dövlətdir. Ölkənin adı qədim Skandinaviya dillərində "şimala yol" deməkdir. Ölkənin paytaxtı Oslo şəhəridir. Şimal ərazisi boyu uzanan fiordlar Norveç təbiətinin ən ecazkar fenomenlərindən sayılır.

Bura bir çox enerji resursları ilə zəngindir. Həmin resurslardan düzgün istifadə sayəsində norveçlilər dünyanın ən zəngin milləti adını qazanıb. Əhalisinin sayı 5 milyondan çox deyil. 1,5 milyondan çox insan isə Oslo və onun ətraf rayonlarında yaşayır. Əhalisinin sayı 30 mindən çox olan şəhərlərsə böyük şəhər hesab olunur.

Город Утне, Норвегия.jpg

Fiordlar

Norveçin "Fiordların kralı" adlandırılması təsadüfi deyil. Fiord tipli sahillərə əsasən Norveçdə rast gəlinir. Fiord buzların 12 milyon il əvvəl əriməsinin başa çatmasından ibarət olan təbiət hadisəsi, eləcə də çay dərələrini və tektonik çökəklikləri dənizin basması nəticəsində yaranan ensiz, dərin, yamacları dik və qayalıq dəniz körfəzidir. Dolayısı ilə Norveç fiordları kəşf olunması lazım olan ən mükəmməl ölkədir.

Xoşbəxtlər ölkəsi

Image result for norway people

Haqqından danışdığımız məmləkət kifayət qədər bahalı ölkədir. Odur ki, pullarınızı boş yerə səpələmək istəmirsinizsə, səfərdən əvvəl bütün xərcləri qəpiyinizə qədər hesablayın. Bunun üçün neçə ip ucu verə bilərək. Məsələn, Oslo Hava Limanı ilə mərkəz arası nəqliyyat üçün ən ideal seçim flytogetdir (sürətli qatar). Onunla 20 dəqiqədə şəhər mərkəzində olacaqsınız. Yerli supermarketlərdə ərzaq məhsullarının qiyməti olduqca bahadır. Burada tikinti, taksi, gözəllik salonları kimi digər xidmət növləri də hədsiz bahalığı ilə seçilir. Benzinin 1 litri isə 2 dollardır. Bu da avtonəqliyyat vergilərinin kifayət qədər yüksək olması ilə izah edilir. Avtonəqliyyat əsasən dizel yanacağı ilə işləyir. Avtomobilin kirayə haqları Avropada mövcud olan orta qiymətlərdən 2-3 dəfə yüksəkdir. Ən maraqlısı odur ki, Norveç yollarında bahalı avtomobilləri nadir hallarda görmək olar. Buna baxmayaraq, Norveçdə avianəqliyyat qiymətləri son dərəcə ucuz və xidmətin keyfiyyəti digər Avropa ölkələrindən xeyli üstündür. Yeri gəlmişkən, Norveç neft məhsulları ixracına görə Avropada ikinci yeri tutur. Neft hasilatı ilə məşğul olan “Statoil” və “Shell” kimi nəhəng şirkətlər Norveçə aiddir. Büdcəyə daxil olan dövlət gəlirlərinin əsas hissəsini neft məhsullarının satışından daxilolmalar təşkil edir. Elektrik qiymətləri isə Norveçdə çox bahadır. Orta statistik ailə ay ərzində elektrik enerjisinə 700-800 avro ödəyə bilər.

Вид на сады и Фольгефонну, Норвегия.jpg

Dünyanın ən xoşbəxt əhalisinin orta aylıq əməkhaqqı 5-7 min avrodur. Bu səbəbdən də Norveçdə qiymətlərin bahalığını, xüsusi ilə də araq butulkasının dəyərinin 70-100 avro olması normal hesab edilir.

Maral ətindən steyk

Avropanın ən bahalı hamburgerləri Norveçdə satılır. Ona görə də “fast-food” restoranlarından birinə baş çəkəndə ŞOK qiymətlərə özünüzü əvvəlcədən hazırlayın. Yeməkdən söz düşmüşkən, şimal ölkəsinin sərt təbiəti və yerli məhsulları onun mətbəxini özünəməxsus edib. İlk növbədə norveçlilər balıq yeməklərinə üstünlük verir. Qızıl balıq məhsullarının əsas ixracı da Norveç sayılır. O cümlədən Norveçin siyənək, treska, skumbriya kimi balıq növləri də populyardır. Ən məşhur balıq yeməyi rakfiskidir.

Image result for norway food

Bu ölkədə balıq növləri o qədər çoxdur ki, digər ət məhsulları ikinci plandadır. Bir çox hallarda qarışıq yeməklərdə “dəniz mövzusu” davam edir. Bununla belə balıq əlavə edilməyən sığın, donuz, maral, kəklik, digər quşların ətindən ləziz yeməklər də hazırlanır. Ət yeməkləri adətən paxla, kələm, kartof kimi müxtəlif qarnirlərlə verilir. Təzə maral ətindən hazırlanan steyk isə Norveçin ən bahalı milli yeməyidir.

Image result for deer meat norway

Dünyanın ən xoşbəxt əhalisi qızardılmış kolbasanı da çox sevir. Bu qəribə yeməyi haqlı olaraq Norveç zövqünün nadir nümunəsi adlandırmaq olar. Sizin belə bir dada dünyanın heç bir yerində rast gəlməyəcəyinizi əminliklə demək olar! Bu yemək demək olar ki, Norveç mətbəxinin bütün xüsusiyyətlərini özündə tam əks etdirir. Onun hazırlanması qaydası çox fərqlidir. Onu əvvəlcə qıpqırmızı olana qədər qızardırlar, daha sonra isə qaynamış suya atır və dərhal çıxardırlar.

Image result for norway food

Bütün bunlara baxmayaraq, norveçlilər öz menyusu və ekzotik yeməkləri ilə öyünə bilməz. Əhalinin əksəriyyəti yeməyə həyat və enerjinin saxlanması vasitəsi kimi yanaşır. Buna görə də yeməklərin tərkibinə və keyfiyyətinə qarşı çox tələbkar yanaşır. Məsələn, hər bir xalqın ən məşhur yeməyi çox kalorili olur. Norveçlilər isə ziyafətlərdə əsas yemək kimi süfrəyə sıyıq təqdim edir, ən dəbdəbəli qonaqlıqları sıyıqsız keçmir.

İçkiləri

Norveçlilərin ən populyar içkisi qəhvədir. Onların kartofdan hazırladığı akvavit ən tünd Skandinaviya spirtli içkisi sayılır. Pivə və akvavit bir çox ət və balıq yeməkləri ilə servis edilir. Maraqlıdır ki, Akvavit satışdan əvvəl Avstraliyaya aparılır və geri qaytarılır. Çünki uzun səyahətlərdən sonra çəlləklərdə qalan içkiyə ağacın qoxusu hopur və tündləşir.

Varlı və çox sadə

Əksər norveçlilər sadə, lakin çox rahat evlərdə yaşayır. Adətən onlar göy-ağ və ya qırmızı rənglərdə boyanır. Evin damında istiliyin saxlanması üçün təbii otlardan ibarət qazon yerləşdirilir. Ümumiyyətlə, norveçlilərdə şəxsi mülkiyyətə hörmət hissi çox inkişaf edib. Ona görə də gündüzlər şəhərkənarında heç kim evlərinin qapılarını bağlamır. Burada dilənən kasıblara rast gəlmək çətin məsələdir. Demək olar ki, onların çoxu immiqrantlardır. Ötən əsrin 90-cı illərində bu cür hallar da yox səviyyəsində idi. Bunun qarşısını almaq üçün son zamanlarda hökumət başqa ölkələrdən gələn immiqrantlara qoyduğu kvotanı qaldırıb. Onların əksəriyyəti inteqrasiya olmaq, işləmək istəmir, Norveç dilini öyrənmir, özlərini ədəbsiz aparır, müəyyən qruplara daxil olur və mövcud sistemi istismar edirlər.

Qışda Norveçə gəlmək məsləhət deyil!

Norveçə isti aylarda gəlməyə çalışın. Günün batması və doğuşu arası maksimum 3 saat olduğu üçün gün işığında daha çox yer görə biləcəksiniz. Bundan əlavə, ən peşəkar xizəkçilər də etiraf edir ki, xoş havada daha yaxşı xizək sürmək olar. Hava temperaturunun da 22 dərəcə olması hər bir səyyah üçün idealdır.

Norveç xizək sürmənin vətəni hesab olunur. Müasir xizək sürmədən ilk dəfə Norveçdə istifadə olunub. İngiliscə işlədilən və dilimizdə “xizək sürmə” kimi istifadə olunan “ski” sözü qədim Skandinaviya dilindən götürülüb və “bölünmüş ağac parçası” mənasını verir. Siz hətta yayın ortasında belə xizəklə sürüşə bilərsiniz.

Восхождение, ледник Фольгефонна, Норвегия.JPG

Oslo

Kiçik bir şəhərdə olduğunuzu unutmayın. Bütün Oslonun sizin olduğu xəyallarına qapıla bilərsiniz. Dünyanın ən yaşıl paytaxtına gedəndə şparqalkaya ehtiyacınız ola bilər. Məsələn, Grünerlokkayı ziyarət etmədən qayıtsanız, Osloda olduğunuz deməyin. Bu qəsəbənin hər məhəlləsi qrafiti ilə zəngindir. “Bla” adlı məkan xatirə şəkil üçün ideal məkandır.

Oslo

“Opera House” da Oslonun, hətta Norveçin rəmzlərindən biridir. Eyvanda qarşınıza açılan mənzərəni izləməkdən doymağayacaqsınız.

Image result for Opera House

Norveç və ya Skandinaviya deyiləndə gözünüzün önünə damları qarla örtülmüş rəngli, balaca evlər gəlirsə, onda Damstredetə yollanın.

Image result for Damstredet norway

Vikinqlərin gəmiləri muzeyi Norveçin paytaxtı Osloda yerləşir. Muzeydə vikinqlərin üç məşhur gəmisi təqdim olunub: Tyonskiy (X əsr), Qokstadskiy (IX) və Oseberskiy (təxminən VIII–IX əsrlər).

Vikingskipshuset

Oslo şəhərinin yaxınlığında 115 metrlik xizək və trampilin muzeyi də yerləşir. Biatlon üzrə dünya kubokunun mərhələsi də hər il məhz burada keçirilir.

Holmenkollen Jump Tower

Flam

Oslodan Flama 370 km məsafə var. Bu yolda temperatur bəzən 10-15 dərəcəyə düşür. Yollar dağlardan keçdiyi üçün oraya təxminən 6 saata çatacaqsınız. Amma təlaşa ehtiyac yoxdur. Bu marşrutda bir-birindən gözəl görməli yerləri izləyəcəksiniz.

Flam

Haukelifjelldə qar demək olar ki, heç vaxt qalxmır. Hərarət bir anda 10 dərəcəyə qədər düşə bilər. Çox soyuq olsa da, mənzərəsi gözəldir.

Image result for Haukelifjell norway

Latefoss dünyanın ən gözəl şəlalələrdən biridir.

Image result for Latefoss norway

Dünyanın ən uzun 3-cu Tuneli Flamla Qudvangen arasındadır.

Image result for Flam-Gudvangen

Fiordlar Odda adlı qəsəbədən başlayır.

Image result for odda

Myordal və Flomu birləşdirən dəmir yolu möcüzələr diyarını xatırladır. Qatarlar dağın sərt və çox gözəl tunellərindən keçir. Onun uzunluğu 20 kilometr təşkil edir.

Путешествие на поезде по Норвегии.jpg

Bergen

İlin ən az 300 günü yağış yağan Norveçin ikinci böyük şəhəri Bergendir. Bergen 2004-ci ildə “TIME” jurnalı tərəfindən Avropanın ən gizli 14 şəhərindən biri seçilib. Bergen sözü Norveç dilindən tərcümədə 7 təpə arasında şəhər deməkdir. Bəs, yağışlı və bir o qədər də rəngarəng şəhərdə nələr etmək olar?

Bryggen i Bergen

Fleybanen Funikulyoru 5-8 dəqiqə ərzində sizi Fleyen dağına qaldıracaq. Bu dağın hündürlüyü 320 metrdir. Siz nəinki funikulyordan, həm də Bergen şəhərinin gözəl mənzərəsindən alacaqsınız.

Fisketorget

Image result for Fisketorget norway

Səhər 07.00-də açılan balıqçı dükanlarından istədiyiniz balığı təzə ala və dərhal qızarda bilərsiniz. Burada balina əti, krevet, qırmızı alabalıq və s. balıq növlərinin dadı ilə tanış olmaq şansınız var.

Image result for Fisketorget norway

Torgalmenningen

Image result for Torgalmenningen norway

Nəqliyyata qapalı olan bu meydanda alış-veriş edə bilərsiniz. Dekorativ əşyaların satıldığı çox sayda məkan var. 45 nok (milli pul vahidi) qarşılığında Floyen təpəsinə çıxa və Bergenin əsrarəngiz mənzərəsini təpədən izləyə bilərsiniz. “Cafe Opera”da qəhvə içməyi unutmayın! Küçədə oturub şəhərin ritminə dalmaq üçün gözəl məkandır.

Image result for Torgalmenningen norway

Geyranger

Geiranger

Geyranger Lesund şəhərində kiçik turistik qəsəbələrdən biridir. Amma kiçik olduğuna baxmayın, bənzərsiz mənzərəsi sayəsində YUNESKO-nun dünya mirasları siyahısına daxil edilib. Həmçinin “Lonely Planet” Geyrangeri Skandinaviyada ən gözəl səyahət məntəqəsi kimi qiymətləndirib. Geyranger ölkənin qərb sahilində ən böyük fiorddur. Əhalisi təxminən 250 nəfərdir. Geyrangerə il ərzində təxminən 150 gəmi gəlir. Ümumi illik ziyarətçi sayı 300.000-dən çoxdur.

Buraya gəlmisinizsə, 255 metr hündürlükdən axan “Sevən Sisters” şəlalələrini baxmadan getmək günah olar.

Image result for Seven Sisters norway

Stavanger

Stavanger

Küləklər şəhəri kimi tanınan Stavanger Norveçin neft paytaxtı sayılır. Okeana yaxın olduğu üçün bu şəhərdə durmadan külək əsir. Şəhərin yaxınlığında NATO-nun hərbi bazası yerləşir. Şəhərdə çoxlu muzeylər, onların arasında və Arxeoloji muzeyi və ən qocaman neft Muzeyini misal çəkmək olar.

Bəs, Norveçin 4-cü ən böyük şəhərində nə etmək olar?

Marina məntəqəsindəki qədim Stavanger evlərinin yerləşdiyi küçəyə gedin və çoxlu şəkillər çəkdirin. Marinada bir-birindən gözəl kafelərdə dənizə baxaraq isti çay için.

Image result for Old Stavanger norway

Breiavatnet gölündə qağayıları və ördəkləri izləyərək bir az dincəlin.

Image result for Breiavatnet norway

Şəhəri gəzdikdən sonra yürüş üçün onun yaxınlığında yerləşən “Godalen Badeplassa” parkına yollanın.

Image result for Godalen Badeplass

Preikestolen dağı

Preikestolen

Mərkəzi stansiyadan minik avtobusu ilə 40 km məsafədəki Preikestolen dağına çıxıb möhtəşəm mənzərədən həzz alın. Preikestolen Stavangerdən təxminən 40 km məsafədə yerləşən əsl təbiət möcüzəsidir. Yerdən 604 m hündürlükdə yerləşən təbiət möcüzəsini görmək üçün burada dünyanın hər yerindən minlərlə insan axışır. Heyranedici qayaya dırmaşanda bəzi nüanslara diqqət edin: Ayaqqabı rahat olmalıdır. Özünüzlə xovlu və su aparın. Çünki tərləyə bilərsiniz. Yolda təbii bulaqlar rastınıza çıxacaq, istədiyiniz qədər su içə bilərsiniz. Yuxarısı çox soyuqdur, özünüzlə qalın jaket və ya kurtka aparın.

Trolltunqa

Norveçin simvolu sayılan Trolltunqa foto çəkdirmək üçün ən ağlasığmaz yerdir. Trolltunqa asanlıqla gedib çıxmaq mümkün deyil, bunun üçün sizdən alpinist dözümü tələb olunacaq. Qayanın təpəsinə təxminən 4 saata dırmanacaqsınız. Trolltunqaya çıxmaq istəyən səyyahlara tövsiyələr: Hava o gün günəşli olsa da, qalın geyinin və 700 metr yuxarı çıxdığınızı unutmayın. Palçığın içindən, daş-kəsəkli yollardan keçməyə hazır olun. Yüksəklikdə kiçik otellər qala, yaxud çadır qura bilərsiniz. Çünki 4 saatlıq yoldan sonra yorğunluğu atmağa ehtiyacınız olacaq. Yemək götürməyi də unutmayın. Amma ehtiyacdan çox alıb özünüzə əlavə yük etməyin.

Trolltunga

Kristiansand

Kristiansand

Kristiansand Norveçin ən sakit məkandır. Amma digər şəhərlərlə müqayisədə bura daha istidir və bu ölkədə dənizdə üzə biləciyiniz nadir şəhərlərdəndir. Bəs bu şəhərdə başqa nələr etmək olar? Çimərliklərdə dənizə girə və ya göy üzünü seyr edə bilərsiniz. Kristiansand heyvan parkında əvvəl görmədiyiniz bir çox heyvanı görə bilərsiniz.

Lotofen və Tromso

Image result for Lotofen norway

Norveçin təbiət möcüzəsi möhtəşəm yerlərini görmək üçün Şimala Lofoten adalarına qədər getməyə tənbəllik etməyin. Lofoten adalarının ən gözəl kəndi Reinedir.

Tromso isə ölkənin ən şimal məntəqəsidir.

Image result for tromso norway

Xardenger-ford

Hardangerfjorden

Bu dəniz körfəzi Skandinaviya yarımadasının sahilindən 113 kilometr aralıqdan yerləşir. Bura meyvə bağları sayəsində turistlər arasında çox məşhurdur. Xardenger-fiorda yazda - ağacların çiçək açdığı bir vaxtda getmək məsləhətdir. Məhz bu dövrdə çiçəklərin ətri hər tərəfə yayılır.

Dünyanın ən uzun tuneli

Image result for Leardal tuneli norway

Leardal tuneli 24.5 kilometr uzunluğundadır. Əlvan rənglərlə işıqlandırılmış mağara tuneli dörd bölməyə ayırır və bu sürücülərdə yaranmış həyəcanı azaltmağa kömək edir. Tuneldən keçmə müddəti 20 dəqiqəyə bərabərdir.

Verinqsfossen

Vøringsfossen

Eydfiord şəhərində Boreyu çayındakı Verinqsfossen şəlaləsi görənləri heyranlıq yaradır. Onun hündürlüyü 182 metr, suyun hündürlüyü isə 145 metrdir.

Briksdalsbrin buzlağı

Briksdalsbreen

Briksdalsbrin Avropanın ən böyük kontinental buzlağıdır. Onun sahəsi 487 kvadrat kilometr təşkil edir.

Min sevinc parkı

Tusenfryd

Əyləncə parklarının olmadan yaşamaq? Əlbəttə ki, yox. Norveçdə "Min sevincləri" parkı dünyanın ən yaxşı əyləncə parklarından biri sayılır. Yeri gəlmişkən onu da qeyd edək ki, bu park ən gənc insanları işəgötürən ən iri şirkətlərdən biridir. Parkda həmçinin su attraksion və daha onlarca digər əyləncə növləri var.

Kjeragbolten

Image result for Kjeragbolten

Image result for Kjeragbolten

Kjeragbolten qənbər daşın üzərində rahatlıqla durub şelfi edə bilərsiniz. İki dağ arasında yerləşən və ayaq basdığınız torpaqdan minlərlə metr yüksəklikdə dura biləcəyiniz başqa yer tanıyırsınız?

Fredrikstad

Image result for Fredrikstad norwey

Fredrikstad qalası möcüzələr diyarıdır. Fredrikstad Skandinaviyada ən yaxşı qorunmuş qala hesab olunur.

Göllər diyarı

Finlandiyada 60.000-dən çox göl var, lakin Norveç say etibarı ilə bu statistikada Finlandiyanı da ötüb keçib.

Norveç haqqında maraqlı faktlar

Image result for norway people

1. Norveç Yer kürəsinin ən xoşbəxt ölkələrindən biri hesab olunur.

2. Dünyanın təhlükəsiz yerlərindən biridir. Norveçin cinayət və həbslər üzrə statistikası olduqca aşağıdır.

3. Burada “allemannsrett” adlandırılan qanun mövcuddur. “Allemannsrett” sözü “all men’s right” ifadəsindən götürülüb. Bu ictimai hüquq hesab olunur və insanların becərilməmiş torpaqlar arasında “azad veyillənməsi”nə imkan verir. Bu o deməkdir ki, insanlar ucqar ərazilərdə (utmark) çadır qura və yürüş edə bilər.

4. Hətta şəhər əraziləri də yaşıllıqla zəngindir. Oslo Norveçin paytaxtıdır. Şəhər yaşıl təpələrlə əhatələnib. Amma təbii ki, bura betondan ibarət cəngəllik deyil.

5. Norveçdə gümüş ucuzdur, gümüşdən hazırlanan məmulatların keyfiyyəti isə yüksəkdir.

6. 24 saat görünən Günəş Şimal qütb dairəsində yay fəslində Norveçin şimalında müşahidə olunur.

7. Norveçin 51.600 mil məsafədə uzanan sahili və 50.000 adanın olması onu özünəməxsus edən xüsusiyyətlərdən biridir.

8. Demək olar ki, ölkənin bütün ərazisində yüksəksürətli İnternet mövcuddur. İqlim şəraiti və uzun məsafələr norveçliləri internetdə daha çox oturmağa vadar edir.

9. Gənc norveçlilər adətən qanunların son dərəcə çox olmasından, darıxdırıcı həyat, ağır iqlim və yüksək qiymətlərdən şikayətlənirlər. Lakin bununla yanaşı onlar özləri və öz ölkələri ilə fəxr edir.

P.S. Təhlükəsizlik kəmərlərini bağlayın, təyyarəmiz yerə eniş edir! Ümid edirik ki, biz sizi Norveçə yollanmağa ruhlandıra bildik və siz bu virtual səyahətdən razı qaldınız...

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm