Kişi geyimlərini xoşlayan qadınlar - FOTOLAR
Bizi izləyin

Layihə

Kişi geyimlərini xoşlayan qadınlar - FOTOLAR

Bu nə qədər qəribə səslənsə də, smokinq əvvəllər kişilərin gündəlik geyim kateqoriyasına daxil idi. Moda inqilabları nəticəsində smokinqi bu gün böyük cəsarətlə ziyafət geyimi və yaxud maraqlı kokteyl alternativi deyə bilərik. Tanınmış modapərəstlərin çoxu tədbirlərdə cah-cəlallı gecə ziyafətlərinə deyil, ciddi və kişi üslubunu xatırladan kostyumlara üstünlük verirlər. Onları nazik dabanlı ayaqqabı ilə tamamlayırlar.

Dünya ulduzları arasında ən çox Ancelina Coli kişi üslubuna müraciət edir. Coli kəpənəyi köynəyi arxasına keçirib açıq qoyaraq maraqlı və seksual obraz yaradıb. Klassik pencəklər uzun smokinqlə fərqlənir. Uzun smokinqlər hündürboylu qızlara yaraşmır. Onlar daha qısaldılmış variant seçə bilərlər. Smokinqi geyinməyin bir neçə variantı var: klassik (alicənab üsluba xas olan detallarla, ağ köynək və kəpənək), demokratik (mayka və ya idman köynəyi ilə), cəsarətli (çılpaq bədənə).

Aksessuarları da maksimum sadə seçmək lazımdır. Məsələn, minimalist klatç, füsunkar ayaqqabılar və xoş təsir bağışlayan bəzək əşyaları. Publika.az-ın qadın bölməsi kişi üslubunda geyinməyi xoşlayan qadınların fotolarını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm