Özündən yaşca kiçik kişilərlə görüşən qadınlar - Fotolar
Bizi izləyin

Layihə

Özündən yaşca kiçik kişilərlə görüşən qadınlar - Fotolar

Bəzən insana elə gəlir ki, tanınmış qadınlar heç vaxt qocalmayacaq. Xüsusən də, 40 yaşlı qadınlar 25 yaş cavan görünür və sevgili seçimində də özündən yaşca kiçik kişilərə üstünlük verirlər. Bəs bu qadınların özündən yaşca kiçik kişilərə üstünlük verməsinin səbəbi nədir? Bəlkə, tanınmış və məşhur qadınlar ikinci yarılarını tapmaqda çətinlik çəkirlər? Tabloid.az yaşca özündən kiçik kişilərlə görüşən qadınların siyahısını hazırlayıb. İlhamə Quliyeva nə qədər "Yaşın fərqi yoxdur" oxusa da, bu araşdırma bir daha təsdiq etdi ki, bu cür münasibətlər uzunömürlü olmur...

Seda Seyan və sevgililəri: Seda Sayanın həyatında olan kişilərin əksəriyyəti ondan yaşca çox kiçik olub. Məsələn, Atilla Altay, Erken Çelik 54 yaşlı ulduzdan yaşca çox kiçik olublar və bu münasibətlərin heç biri uzunömürlü olmayıb.

Seda Sayan'ın zor anları! Eski sevgilisini görünce...

Ebru Gündeş və Rza Zərrab: Ebru Gündeşin 44 yaşı olmasına baxmayaraq, çox gənc görünür. Gəncliyində kişilər ona dəli kimi aşiq idi. Amma özü ağ atlı şahzadəsini çox gec yaşlarda tapır. Rza Zərrab, hətta azəri qızı Güneldən ona görə ayrılır. Yaş fərqi onların münasibətlərinə təsir göstərmir, cütlüyün bir qızı var. Ebru Gündeş Rza Zərrab tutulan zaman ərini tək qoymur, onu xilas etmək üçün əlindən gələni edir, ona dəstək olur.

Bülent Ersoy və sevgililəri: Bülent Ersoy haqqında uzun-uzadı danışmağa ehtiyac yoxdur. Onun oriyentasiyası haqqında yəqin ki, xəbəriniz var. 62 yaşlı ulduz da cavan oğlanlarla görüşməyə üstünlük verir. Bir neçə dəfə nişanlansa da, sevgililəri onu tərk ediblər.

Alla Puqaçova və Maksim Qalkin: 65 yaşlı müğənninin həyat yoldaşı özündən 27 yaş kiçikdir. Bu qədər fantastik yaş fərqinə baxmayraq, Maksim Qalkin Allanı sevdiyini, ona aşiq olduğunu dəfələrlə müsahibələrində etiraf edib. Cütlük münasibətlərini möhkəmləndirmək üçün surroqat ana tuturlar. Cütlüyün 2 övladı var. Qeyd edək ki, Alla Puqaçovanın keçmiş sevgilisi Filip Kirkorov da ondan yaşca kiçik idi.

Lera Kudryaseva və İqor Makarov: 42 yaşlı rusiyalı aparıcı özündən 26 yaş kiçik hokkeyçi İqor Makarovla evlidir. Cütlüyün toyu keçən il təmtəraqlı şəkildə keçirilmişdi. Qonaqlar arasında Alla Puqaçova, Maksim Qalkin, Dima Bilan, Nataşa Koralyova kimi məşhur simalar iştirak etmişdi. Ən maraqlı məqam isə gəlinin mərasim zamanı 3 dəfə paltar dəyişdirməsi idi. Münasibətləri hələlik qaydasındır, boşanmaq haqqında söz-söhbət getmir.

Ceniner Lopez və Kasper Smart: 45 yaşı olmasına baxayaraq, Jeylo gözəl, sevilən, nailiyyətləri olan qadındır. O, varlı kişilərdənsə özündən kiçik və sadə kişilərlə görüşməyə üstünlük verir. Son sevgilisi Kasper də adi rəqqas idi. Onlar klip çəkilişində tanış olmuşdular. Özünü də Kasper kimi gənc, hətta ondan cavan hiss etdiyini bildirsə də, cütlüyün münasibətləri 2 ildən çox davam etmir. Təəssüf ki, Kasper dünyanın əksər kişilərinin heyran olduğu qadına xəyanət edir. Cütlük münasibətlərinə bu yaxınlarda son verib.

Paris Hilton və River Viperi: Paris Hiltonun görüşmədiyi kişi qalmayıb… Otel imperiyasının varisi sayılan Paris görünür ki, sevə və sevginin nə olduğunu hələ də bilmir. O, kişilərlə ancaq vaxtını yaxşı keçirə bilmək üçün birlikdə olur. Lakin 33 yaşlı sarışın özündən 11 yaş kiçik Riveri tanıdıqdan sonra bütün həyatı dəyişdi və onsuz Parisi heç yerdə görmək mümkün deyil. Paris Hiltonun sevgilisi olmaq bu yaraşıqlı gəncə məşhurluq gətirdi və dəb aləminin bütün qapılarını üzünə açdı. Model kimi tanınmağa başladı. Əslində, 22 yaşlı oğlan üçün bu qədər uğur heç də pis deyil…

Demi Mur və Qarri Murton: Demi Mur, özündən gənc olan əri Eşton Kaçter ilə qalmaqallı boşanmadan sonra kədərini daha cavan oğlanla dağıtmağa qərar verib. O, Lendsi Loxanın eks sevglisi ilə görüşməyə başlayıb. Demidən 19 yaş kiçik olan Qarri onu depressiyadan xilas edə bilir. Onlar mütəmadi olaraq görüşməsə də, paparassilər onları birlikdə eyni məkanda çəkib. Münasibətləri ciddi olmasa da, hər halda Demi, keçən ilki kimi pis görünmür.

Şeron Stoun və Martin Mika: 56 yaşlı cazibədar xanım Şeron Stoun nəinki, açıq dekoltedə gəzməyi özünə icazə verir, hətta 27 yaş özündən kiçik oğlanla da görüşür. Argentinalı model Martin, kürəyində dəftər-kitab və çantası ilə məktəbə gedərkən, Şeron 2 dəfə ailə qurmağa və 2 uşaq dünyaya gətirməyə vaxt tapa bilib. Əvvəlcə onların münasibətləri müzakirə belə olunmur və ciddi qarşılanmırdı. Amma artıq 2 ildir ki, onlar birlikdədirlər.

Meray Keri və Nik Kennon: Baxmayraq ki, Merayın sevgilisi özündən 11 yaş kiçikdir, onlar bir-birinə çox gözəl yaraşır və harmoniya təşkil edirlər. Bəzən sevgi məhz 40 yaşında gəlir, Meray da böyük sevgisini 40 yaşında tapır və 41 yaşında əkiz övladlarını dünyaya gətirib ana olur. Keri ilə sevgili olması Kennona yaradıcılığında da uğur gətirdi. Lakin düşünmürük ki, reper məşhurluq əldə etmək üçün Keri ilə görüşüb.

Madonna və Braxim Zaibat: 55 yaşlı Madonna həmişə özündən kiçik kişilərlə görüşüb. Onun axırıncı sevgilisi ondan düz 29 yaş balacadır. Onların münasibəti əls mozelyansdır(sosial statuslarına, yaşlarına görə tamamilə fərqlənən və s.) Madonna kifayət qədər tanınmış və bəlli yaşa çatmış qadındır. Sevgilisi isə tanınmayan adi rəqqasdır. Bəs, Braximdə nə Madonnanı özünə cəlb edib? Asanlqıla demək olar ki, onun gəncliyi, aktivliyi və parlaq dərisi Madonnanı özünə çəkib. Deyilənlərə görə, o Madonnaya evlənmək təklifi də etmişdi. Lakin toy barədə hələki heç bir xəbər yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm