• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ən dəbli prezidentlər - FOTOLAR

  • Layihə
  • 18 Mart 2015 10:10
  • 2 834 Baxış
Ən dəbli prezidentlər - FOTOLAR

Ölkə prezidentləri nə geyinirlər? Ciddi qaydalardan kənara çıxmayan prezidentlərin özünəməxsus üslubu varmı? Onlar hansı markaların geyimlərinə, ayaqqabılarına, aksessuarlarına üstünlük verirlər? Bəs, prezidentlər qarderobunu yeknəsəklikdən, monotonluqdan xilas etmək üçün nə edirlər?

Birinci xanımların geyim-kecimi böyük maraq doğurduğu üçün mütəmadi olaraq onların stilləri haqqında məlumat veririk. Bu dəfə isə prezident stillərini araşdırmışam. Publika.az-ın "Kokteyl" layihəsi çərçivəsində bu həftə ən dəbli və zövqlü prezidentlərin stillərini təhlil edəcəyik.

İlham Əliyev

İlham Əliyev Azərbaycana 3 dəfə prezident seçilib. O, bu illər ərzində yalnız siyasi fəaliyyəti ilə deyil, həm də yüksək səviyyəli, xarizmatik üslubu ilə seçilib. Prezident ilk növbədə kostyumları çox sevir. O, həmişə unikal və təkrarolunmaz görünür.

Azərbaycan Respublikasının prezidenti seçimində çox mühafizəkardır. Artıq uzun illərdir ki, o, ardıcıl olaraq tünd göy kostyumlarını, ağ köynəyini və tünd rəngli qalstuklarını başqa rənglərlə əvəz etmir. Buna baxmayaraq, rahatlığa da önəm verir.

O, birrəng və ya zolaqlı qalstuklar taxmadan heç bir tədbirdə iştirak etmir. Avropanın tanınmış modelyerlərindən geyinir.

İlham Əliyev hər zaman ciddi, xarizmatik və eleqant görünür. Görüşlərə, demək olar ki, həmişə klassik kostyumlar seçən Prezident gündəlik həyatda kişilərin əksəriyyəti kimi idman üslubuna üstünlük verir.

Qeyri-rəsmi tədbirlərdə daha azad və daha sadə geyimlər seçir. Prezidentlik statusunun tələblərindən dolayı minimalizm tərəfdarları kimi qara rəngə daha çox üstünlük verir. Bundan başqa, İlham Əliyevi hərdənbir dəri gödəkcələrdə də görə bilərik. Seçdiyi aksessuarlar isə onun individuallığını ifadə edir.

Ümumiyyətlə, Azərbaycan öz əsilzadə, nəcib və kübar prezidenti ilə fəxr edir.

Barak Obama

Barak Obamanı Amerikada rahat siyasi üslubun nümayəndəsi hesab edirlər. Məhz onun sayəsində siyasi xadimlər geyimlərində özlərinə sərbəstliyə icazə verirlər. Belə ki, Barak Obama qeyri-rəsmi tədbirlərə köynəyinin qollarını qatlamış vəziyyətdə, qalstuksuz gəlir.

Барак Обама

Onun bu stilini artıq digər siyasətçilər də təqlid edir. Rəsmi hallarda isə onun şəxsi dress-kodu var: birdüyməli pencək, uzun, enli şalvar və ağ köynək.

Барак Обама

Obama qalstuklarını, adətən, mavi rəngdə seçir. Lakin xatırladım ki, Amerika siyasətçiləri üçün parlaq qırmızı qalstuk taxmaq az qala məcburi sayılır.

Milli məhsula öz sədaqətini təbliğ etmək və öz istehsalçısına dəstək olmaq üçün prezident "Hart Schaffner Marx" Çikaqo firmasının kostyumlarına üstünlük verir, ayaqqabılarını "Johnston&Murphy", saatları isə "Jorg Gray" Amerika brendindən seçir.

Devid Kemeron

İngilis siyasətçiləri də, ABŞ siyasətçiləri kimi geyim seçimində əsl vətənpərvərdir. 2010-ci ildə Böyük Britaniyanın baş naziri postunu tutan Devid Kemeron da istisna deyil. Britaniyalı siyasətçi rəsmi tədbirlərdə bir düyməli kostyumlar, "Richard James" və "Paul Smith" brendinə məxsus köynəklər geyinir.

Дэвид Кэмерон

O, qalstuklarını da ingilis brendlərindən seçir. Parlaq göy və ya yaşıl rənglərə üstünlük verir. Devid Kemeron statusunu bildirən bütün aksessuarlardan imtina edib, ona görə də o saat, qol düymələri və zaponkalar taxmır.

Дэвид Кэмерон

Yeri gəlmişkən, o, güclü ölkə liderləri arasında yeganə insandır ki, ictimai yerlərdə bahalı olmayan markaların geyimlərində görünür. Londonlular keçmiş baş naziri, adətən, "Marks & Spenser", "Zara", "Uniqlo" və "Gap" paltarlarında görə bilər.

Dmitri Medvedev

Dmitri Medvedevin qarderobu əsasən göy və ya qara rəngli birdüyməli kostyumlardan, qırmızı və tünd göy rəngli ipək qalstuklardan ibarətdir. Rusiya mətbuatının yazdığına görə, o, əsl modapərəstdir. Dmitri Medvedev geyimlərini internet vasitəsilə şəxsən özü sifariş edir. Ayaqqabılarını "Bertulli" İtaliya brendindən seçir. Eyni ayaqqabı markasına Nikola Sarkozi də üstünlük verir. Kostyumlarını da yenə "Brioni" və "Kiton" kimi İtalyan brendlərindən almağa üstünlük verir.

Дмитрий Медведев

Bu ansamblını "Breguet", "Franck Muller" və ya "Patek Phillipe" kimi İsveçrə saat markaları ilə tamamlayır. Yeri gəlmişkən, baş nazir Vladimir Putin də, təxminən eyni saat markalarının vurğunudur.

Medvedev də öz növbəsində işgüzar tədbirlərə ekstremal idman növlərinin həvəskarlarının üstünlük verdiyi elektron saatlarda gəlməyə üstünlük verir. Yeri gəlmişkən, stilistlər rəsmi pencəyin altından idman saatları taxmağı yeni dəb tendensiyası adlandırırlar. Yəni, siyasətçilər bu zaman hər hansı dəb qanun pozuntusuna yol vermiş olmurlar.

Vladimir Putin

Vladimir Vladimiroviç qəşəng saat kolleksiyasının sahibidir. Onun kolleksiyasına "Breqwet", "IWC Big Pilote" və "Blacpain" brendlərindən olan saatlar daxildir. Ümumiyyətlə, aksessuarlar Putinin stilinin ayrılmaz hissəsidir. Eynəklər də onun dəyişməz atributudur. Məsələn, Rusiya prezidentinin kifayət qədər bahalı eynəklərdən ibarət kolleksiyası var.

Putin öz ölkəsinin nüfuzuna uyğun layiqli lider kimi geyinməyə çalışır. Mənim fikrimcə, kostyumları çox az kişi layiqli şəkildə daşıya bilir. Putin isə kostyumlarda çox yaraşıqlı görünür. Prezident qalstuklarını "Valentino" və "Moschino"-dan seçir. Onun sevimli rəngi tünd qırmızı tonlarıdır. Vladimir Putin bir dəsti 5 min dollara yaxın olan "Brioni" moda evindən geyinir.

İdman geyimləri və ayaqqabıları cəmiyyətin müəyyən təbəqələrinin nümayəndələrinin və ya idmançıların xarici görünüşünün fərqləndirici cəhəti olmaqdan çoxdan itib. Buna görə də Vladimir Putinin idman paltarında görünməsi artıq heç kəsi təəccübləndirmir. Lakin üslubların uzlaşmasına hər zaman fikir vermir. Məsələn, idman üslubunda geyinəndə bahalı İsveç saatlarından ayrılmır. Eyni zamanda idman ayaqqabı modelinin də klassik tərzdə və əsl dəridən olmasını xüsusi tələb edir. Putin həm də cins geyimlər həvəskarıdır.

Mixail Saakaşvili

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili xarizmatik və yaraşıqlı görüntüsü, həm də zövqü və özünəməxsus stil ilə həmkarlarından geri qalmır. Saakaşvilinin xarizmatik tərzini hətta italyan modelyer Roberto Kavali də tərifləyib.

Belə ki, tanınmış modelyer və dizayner Roberto Kavalli Tbilisi moda həftəsinə gələndə prezidentin qəbulunda olmuşdu. Məşhur modelyeri Gürcüstan prezidenti Mixail Saakaşvili şəxsən özü qəbul etmişdi. Bu görüşdə Kavalli prezidentin qüsursuz geyim tərzini bəyəndiyini, söhbət zamanı Saakaşvilinin mötəbər tərzə sahib olduğunu vurğulamışdı. Gürcü lideri də öz növbəsində modelyerin Gürcüstanda kifayət qədər pərəstişkar kütləsi olduğunu demişdi.

Saakaşvili də Rusiya prezidentləri kimi qırmızı və göy rəngli qalstuklar taxmağı xoşlayır. Prezidentlik dövründə İngiltərə brendlərindən geyinməyə üstünlük verirdi. Çıxışlarında adətən tünd göy və üstü cızıqlı pencəklərdə görünürdü.

Nikola Sarkozi

Fransanın keçmiş prezidenti Nikola Sarkozi Paris modelyerlərinə xəyanət edib. Belə ki, Fransa tarixində ilk dəfə o, xarici markalardan geyinib. Kostyumlarının əksəriyyəti "Kiton", "Stefano Ricci", "Brunello Cuccinelli" və "Brioni" kimi italyan brendlərinə addir. Sarkozi hətta andiçmə mərasiminə də "Prada" italyan brendinə məxsus olan kostyumda gəlmişdi.

Николя Саркози

Yeri gəlmişkən, prezident bəzən nizamnamənin qaydalarına zidd olan parlaq çalarlı kostyumlar geyinirdi. Lakin bu zaman ciddi və qara rəngli qalstuklara üstünlük verirdi.

Николя Саркози

Sarkozi də italyan ayaqqabı brendi "Bertulli"dən geyinir. Bu ayaqqabıların 7-9 santimetrlik dabanı onu vizual olaraq hündür göstərirdi. Saatlarını isə İsveçrənin "Rolex" markasından seçir.

Николя Саркози

AYTƏN

Xəbər lenti

DAHA ÇOX XƏBƏR