• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ana olanda sonra daha da gözəlləşən məşhurlar - FOTOLAR

  • Layihə
  • 23 Mart 2015 16:31
  • 1 538 Baxış
Ana olanda sonra daha da gözəlləşən məşhurlar - FOTOLAR

Qadınlar incəbelli modelləri ona görə qısqanır və paxıllıq edir ki, onlar doğuşdan cəmi bir neçə ay sonra əvvəlki bədən quruluşlarına qovuşurlar. Məsum simaları, xoş təbəssümü və cılız bədənləri modellərin ana olması haqqında heç bir məlumat vermir. Hətta doğuşdan bir ay sonra podiuma qayıdanlar da az deyil.

Bəs podiumlarda ideal formalarını nümayiş etdirən 90-60-90 ölçülü modellər hamiləlikdən sonra əvvəlki formalarına necə qayıdırlar?

Publika.az modellərin gözəllik sirlərini təqdim edir:

Douzten Kroz

instagram.com/doutzen

Niderlandlı model Doutzen Kroz iki dəfə ana olub. O, hər iki hamiləliyindən çox qısa müddət sonra ideal bədən ölçülərinə qovuşub. 2011-ci ildə ilk uşağını dünayaya gətirəndən 4-5 ay sonra "Victorias Secret"in şousunda iştirak edir.

Modeli əvvəlki formasına qaytaran əsas köməkçisi ABS deyilən güc məşqidir. Bu məşq əsasən kürək və qarın əzələlərini hərəkət etdirməyə yönəlib. Bundan başqa, Kroz rasionundan karbohidratları tamamilə çıxarıb. Model karbohidratları zülallı qidalarla əvəz edib. Dautzenin daha bir müttəfiqi meyvə suyu dekotsudur. Podiuma çıxmazdan əvvəl orqanizmini meyvə suyu dekotsu ilə təmizləyir.

Miranda Kerr

Hamiləlik bəzi qadınların xeyrinə olur. Məsələn, avstraliyalı model Miranda Kerrin bədən ölçüləri hamiləlikdən sonra bir az da gözəlləşdi və cazibəli forma aldı. O, 2011-ci ildə oğlu Flinni dünyaya gətirdikdən sonra ona "Victorias Secret"in möhtəşəm şousunda bahalı daş-qaşlarla bəzədilmiş əfsanəvi büstqalteri geyinmək nəsib olur.

Bu şouya hazırlamaq üçün Mirandaya doğuşdan sonra yarım ildən də az vaxt lazım olur. O, iki həftə dayanmadan hər gün yoqa, pilates və idmanla məşğul olur.

Miranda qida rasionuna da ciddi nəzarət edir. Səhər yeməyi təzə meyvə, yumurta və avokadodan ibarətdir. Naharda isə salat və tərəvəz nəzərdə tutulub. Şam yeməyinə buxarda bişən isə dəniz məhsulları, balıq və ya steyk daxildir.

Jizel Bündxen

instagram.com/giseleofficial

Jizel Bündxen öz bədəninin qayğısına hamiləlik zamanı qalır. O, hələ doğumdan əvvəl bədənin sonrakı bərpası üçün hazırlaşmağa başlayır. Model yoqa və meditasiya edir. Uşağın doğumundan dərhal sonra isə kunq-fu döyüş sənəti ilə (hər gün bir neçə saat) məşğul olur.

İşə tez qayıtmaq üçün model öz rasionunu dəyişmək məcburiyyətində qalır. O, gün ərzində enerji dəyəri 1500 kalori olan qida sisteminə keçir.

Haydi Klum

Bu 41 yaşlı qadına baxanda 4 uşaq anası olduğuna heç cürə inana bilmirsən. Hamiləlik vaxtı Haydi özünü heç nədən məhrum etmir, sevdiyi yeməklərə də yox demirdi. Dadlı yeməklərdən imtina etməyən model hər hamiləliyində 20 kq çəki alıb. Lakin təbiətin daha bir möcüzəsidir ki, "Victorias Secret"-in ən çox tələb olunan modeli doğuşdan sonra cəmi bir neçə həftə sonra podiuma çıxır. Bir ay ərzində əvvəlki formasına qayıdan model şouda vüqarla addımlayırdı.

Klum müsahibələrdinə hər dəfə inandırır ki, onun sirri daimi hərəkətdədir. Bundan əlavə gündəlik məşq və hazırlanmış xüsusi zülal pəhrizi ona incə qalmaqda kömək edir. Haydi bütün vaxtını uşaqlarla birlikdə keçirir, onlarla tullanır, oyun oynayır və qaçır.

Alessandra Ambrossio

instagram.com/alessandraambrosio

Müsahibələrinin birində Alessandra Ambrossio etiraf edir ki, doğuşdan sonra artıq çəkidən böyük zəhmət çəkmədən xilas olub. Lakin bədəninin əvvəlki elastikliyini qorumaq üçün şəxsi məşqçisi ona bu məsələdə böyük dəstək olur. "Qaçış və məşqlər çox cansıxıcıdır, lakin mənim məşqçim peşəkardır və məni necə həvəsləndirməyi yaxşı bacarır. Bu məşqlərim sambo və kapueyro döyüşlərinin sintezidir. Yeri gəlmişkən, məşqlər çox təsirlidir, başlıcası isə çox şəndir" –deyib.

"Victorias Secret"-in şoularında iştirak etmək üçün şirniyyat dəlisi olan model özünə bəzi məhdudiyyətlər qoymalı olub. Məsələn, o, xəmir xörəklərini və şəkəri özünə qadağan edib.

Adriana Lima

instagram.com/adrianalima

Adriana Lima hamiləlikdə aldığı çəkini doğuşdan 2 ay sonra ata bilir. Model hər gün sevimli idman növü – boksla məşğul olur. Bundan başqa, Adriananın siyahısına gücləndirilmiş kardio məşqləri də daxildir.

Nümayişə bir həftə qalmış çox ağır pəhriz saxlayır. Onun menyusu sudan və xüsusi seçilmiş zülal kokteylindən ibarətdir.

AYTƏN

Xəbər lenti

DAHA ÇOX XƏBƏR