Müasir dövrün şahzadə xanımlarının qüsursuz stilləri - FOTOLAR
Bizi izləyin

Layihə

Müasir dövrün şahzadə xanımlarının qüsursuz stilləri - FOTOLAR

Uşaqlıda sevə-sevə oxudğumuz və cizgi filminə baxdığımız “Zoluşka” nağılı istisnasız olaraq bütün qızların xatirələrində dərin izlər qoyub... Çoxumuz Zoluşkanın taleyini yaşayıb xoşbəxtlik quşunun bizim də başımıza qonmasını arzulamışıq.

Publika.az- ın “9 don” layihəsində çərçivəsində bu həftə müasir dövrün “Zoluşka”larını araşdırmışıq. Yazını da elə onlara həsr etmişik.

Kralların və şahzadələrin həyatları böyük maraq doğurduğu üçün həmişə diqqət mərkəzində olublar. Zaman dəyişir, amma xoşbəxtlikdən şahzadələr hələ də qalmaqdadır. Yeni dövr göstərdi ki, kral saraylarına və onların layiqli nümayəndələrinə olan maraq hələ də itməyib. Onlardan bəziləri gözəl interyerli saraylarda anadan olub və böyüyüb, bəzilərinin taleyi isə Zoluşka nağılına bənzəyir.

İstənilən halda şahzadələrin nəcib xanımları öyündükləri qüsursuz, bənzərsiz stilləri ilə dəb dünyasına öz hökmünü oxuyurlar.

Kraliça Letisiya

Королева Летиция

Bu yay ona ülyahəzrətləri deyə müraciət edirdilər, lakin kralın öz vəzifəsindən imtina etməsindən sonra Letsiya (yeri gəlmişkən, keçmiş jurnalist Filipp Asturski ilə nikah qədər məktəb müəllimi ilə evli olub) tamhüquqlu monarx olur. Kraliça Letisiya böyük nüfuza malik modapərəstdir. O, həm dəbdəbəli ziyafət libaslarında, həm də demokratik markalı geyimdə eyni dərəcədə effektli görünür. Letisiya özü bir neçə dəfə ispan brendi “Zara”-nın böyük pərəstişkarı olduğunu etiraf edib.

Şahzadə Sirivannavari

Принцесса Сириваннавари

Tayland kralının nəvəsi Sirivannavari özünə işsiz-gücsüz gəzməyə rəva bilmir. Kral nəvəsi modelyerliklə məşğuldur. O, parça dizaynı və geyim sənayesi haqqında dərin biliklərə Yaponiya universitetlərində yiyələnib. “Armani” və “Dior” kimi moda evlərində təcrübə keçib. Vətənə qayıtdıqda isə təvazökar xanım xüsusi olaraq özünün şərəfinə “Sirivannavari” brendini təsis edir.

Kraliça Raniya

Королева Рания

İordania kralı II Abdullanın xanımı kraliça Raniya müasir tarixdə ən gənc şahzadədir. Başına tac qoyaraq bütün dünyaya şahzadə elan ediləndə onun cəmi 29 yaşı var idi. Şahzadə olmazdan 1 il öncə Oman banklarının birində adi işçi idi. İordaniya kraliçası Raniyanı yaxın Şərqin incisi adlandırırlar.

Bəzi ərəb ölkələrində müsəlman qadınları çadrasız təsəvvür etmək nə qədər təəccüblü olsa belə İordanıyanın kraliçası Raniya bu ənənəni tamamailə əksinə getmyi bacarıb. İordaniyanın kraliçası öz gözəlliyi ilə sələflərinin hamısnı geridə qoyur, buna heç kim şübhə belə etmir.

Əslən Küüveytdən olan həkim ailəsində dünyaya gələn kraliça Raniya yalnız yaxşı təhsili ilə deyil, həm də öz sosial islahatları, humanitar missiyaları, ən nəhayət bənzərsiz zövq sahibi kimi tanınır.

Raniyanın qarderobu ənənəvi ərəb kostyumları və qərb tərzində paltarlarla zəngindir. Bu Şərq qadını vətəndaşlarla görüş qarşısına cins şalvarlarda gəlməyi özünə rəva görür, rəsmi gecələrdə isə Corc Armanidən geyinir. Yeri gəlmişkən, Armani kraliça Raniyanı öz ilham pərisi adlandırır. Onun digər sevimli dizayneri isə “Elie Saab”dır.

Hersoginiya Keyt Middleton

Герцогиня Кембриджская Кэтрин

Birləşmiş Krallığın sevimlisi müasir dövrün dəb ikonaları arasında çoxdan öz yerini tutub. İkinci dəfə ana olmağa hazırlaşan hersoginyanın hər çıxışı moda aləmində sensasiya doğurur. Keytin xoşbəxt təbəssümünə görə, ona bəzi dəb xətalarını da bağışlayırlar. Belə ki, Keyt Middleton rəsmi tədbirlərdə bir neçə dəfə eyni geyimdə iştirak edir və bundan qətiyyən narahat deyil. Keyt krallığın sevimli gəlini olsa da, bəzi ulduzlar kimi bir paltarı bir dəfə geyindikdən sonra ondan üz çevirmir. O, sevimli sadə paltarlarını aksessuarlarla uyğunlaşdıraraq onu bir neçə dəfə istifadə etməyə üstünlük verir.

Dəb ikonasının maraqlı bir cəhəti də ondan ibarətdir ki, o heç zaman dəbin tez ötüşən trendləri ilə ayaqlaşmır. Əksinə onun geyindiyi hər şey trendə çevrilir, ertəsi gün isə mağazalarda satış rekordu qırır.

Şahzadə Salva Ağa-xan

Принцесса Сальва Ага-Хан

Onun əsl adı Kenrda Sprisdir. O, vəliəhd şahzadə Rəhim Ağa-Xan ilə evlənməzdən əvvəl podiumun ən çox tələb olunan modellərindən biri idi. Müasir dövrün dəb qanunvericisi hesab olunan dizaynerlər də onun gözəlliyinə pərəstiş edirdilər. Rəhim Ağa-Xan Nəzərilər-İsmayılılar təriqətinin lideri, 4-cü Ağa Xan kimi tanınan 77 yaşlı şahzadə Kərim Şahın böyük oğlu və varisidir.

26 yaşlı qız evləndikdən sonra islamı qəbul edir, sənətini bir kənara qoyur və gözdən itir. Bunun səbəbi çox sadədir. Ülyahəzrətləri həyat yoldaşının varisini dünyaya gətirməyə hazırlaşır.

Kendra milyarder müsəlmanla evləndikdən sonra geyim stilindəki dəyişikliklər nəzərdən qaçmır. Model “casual” stili ilə vidalaşıb, milli paltarlar geyinməyə başlayır.

Şahzadə Tatyana

Принцесса Татьяна

Yunanıstanda monarxiya formal olaraq 1973-ci ildən ləğv olunub. Amma bu ölkədə kral və onun ailə üzvləri hələ də əvvəlki kimi sevilir.

2010-cu ildə cazibədar sarışın qız Tatyana Blantik şahzadə Nikolasın qanuni həyat yoldaşı olur. Ərə gedənə qədər şahzadə Tatyana moda sənayesində işləyirdi. O, hətta bir neçə il “Diane Von Furstenberg” moda evində çalışıb.

İndi isə o, dəbə olan iddialarını öz üzərində realizə edir.

Kraliça Maksima

Королева Максима

Argentina sakini, vunderkind və uğurlu maliyyəçi, indi isə Niderland kraliçası Maksima öz bacarıqları sayəsində hətta lazım gələrsə, ciddi protokola əməl edərək yeni vətənində yerləşmək məharəti ilə tanınır. Belə ki, parlament onların evlənməsinə icazə vermək istəmir, nikahın əleyhinə çıxırdı, hətta şahzadənin valideynləri toyda iştirak etməkdən imtina etmişdilər. Çünki gəlinin atası Xorxe Sorreqeta argentinalı diktator Videlin hakimiyyəti dövründə kənd təsərrüfatı naziri olmuşdu. Videlin hakimiyyəti dövründə isə minlərlə argentinalının repressiya məruz qaldığı heç kimə sirr deyil. Lakin şahzadə ilə Maksimanın evliliyə heç nə mane olmur.

Maksima bu gün dünyanın ən xoş və gözəl kraliçalarından biri hesab olunur. Maksima da hersoginiya Keyt kimi sevimli paltarlarını bir neçə dəfə geyinməyi ciddi qəbahət hesab etmir. Lakin Keytdən fərqli olaraq, latın amerikalı gözəl xanım rəsmi obrazlarına iri və təmtəraqlı zinət əşyaları ilə rəng qatmağı sevir.

Knyaginya Şarlin

Княгиня Шарлин

Monakonun yeni şahzadəsi Şarlinin öz məşhur sələfi Qreys Kelli ilə oxşar çəhətləri olması duyulur.

Peşəkar üzgüçü karyerası olmasına baxmayaraq, o idman üslubundan tamamilə uzaqdır. Şahzadə II Alberin həyat yoldaşı adi həyatda və rəsmi tədbirlərində, məşhur moda evlərindən geyinməyə üstünlük verir və bunun sayəsində zəmanəmizin ən yaxşı geyinən aristokrat xanımlarından biri adını qazanıb.

Şahzadə Mariya-Olimpiya

Принцесса Мария-Олимпия

Əlahəzrət xanımın cəmi 19 yaşı var, amma gənc Mariya-Olimpiya moda sənayesinin və nüfuzlu xadimlərin artıq diqqətini çəkir. Qız məşhur dərgilərin üz qabığında çəkilməyə də macal tapıb. “Instagram” bloqunda isə təxminən otuz min təqibçisi var. O, Nyu-Yorkda qrafik dizayn və incəsənət tarixini öyrənir, “Dior” moda evində isə təcrübə keçir.

Şahzadə Meri

Принцесса Мэри

Avstraliyalı Merinin qızlıq soyadı Donaldson idi. Lakin vəliəhd Frederik ilə tanışlıqdan və dəbdəbəli toy mərasimindən sonra ona Danimarkanın sevimlisi olmaq nəsib olur. Əhalinin 75 faizdən çoxu Merini tezliklə öz kraliçası kimi görmək arzusundadırlar.

Şahzadə Merini Keyt Midlletonun qüsursuz stili ilə müqayisə edirlər. Bu yaxınlarda britaniyalılar arasında keçirilən sorğu nəticəsində sensasiyalı nəticə əldə edilib. Sən demə, Dumanlı Albion sakinləri Merinin Keyt Middletondan daha gözəl stil sahibi olduğunu söyləmişlər.

Şahzadə Dina Əbdüləziz Al Səud

Принцесса Дина

Dina Əbdüləziz Al Səud Səudiyyə Ərəbistanının şahzadəsi olması, mənşəyi, həmçinin nəcib və heyranedici üslubu ilə öyünə bilər. O, moda həftələrinin daimi qonağıdır. Gözəl geyimək həvəsi şahzadə Dinanı bu peşə ilə yaxından maraqlanmağa və məşğul olmağa sövq edib. Onun Ər-Riyaddakı butikinə yalnız şəxsi dəvəti ilə gəlmək olar. Həyat yoldaşı üçün bütün geyimləri ülyahəzrətləri özü seçir. Şahzadə Əbdüləziz bin Nasir bin Əbdüləziz Al Səudun həyat yoldaşı təkcə biznes tərəfdaşlarının sevimlisi deyil, həm də dizaynerlərin ilham pərisidir. Məsələn, Kristian Lubuten öz ayaqqabılarının birini Dinanın şərəfinə buraxmışdı.

Şahzadə Şarlotta

Принцесса Шарлотта

Mərhumlar III Renenin və Qreys Kellinin nəvəsi Monako taxtına iddia etmir, ancaq dəb ikonası adını çoxdan qazanıb.

28 yaşlı Şarlotta Kaziraqi “Gucci”-nin reklam kampaniyasının siması olub. Bundan başqa, o, zəmanəmizin ən gözəl və yaxşı geyinən qadınlarının siyahısında dəfələrlə yer alıb. Qərb mətbuatının məlumatına görə, indi o, ikinci uşağının dünyaya gəlməsini gözləyir. Ən kiçik şübhə yoxdur ki, onun hamilə obrazları da hər zamankı stili kimi yaddaqalan olacaq.

AYTƏN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm