• USD 1,7023 0,00% EUR 1,9152 +0,55%
    • GBP 2,2116 -0,05% RUB 0,0301 +0,33%

Bu brenddən geyinən qadın kişilər üçün əsl ova çevrilir – FOTOLAR

  • Layihə
  • 13 Aprel 2015 11:45
  • 3 633 Baxış
Bu brenddən geyinən qadın kişilər üçün əsl ova çevrilir – FOTOLAR

Bir çox məşhur brendlərin yaradıcılarının və ya dizaynerlərinin homoseksual olması heç kimə sirr deyil. “Blumarine” moda evi isə ən yaxşı nümunəvi ailə biznesidir. Modapərəst xanımların sevimli brendinin yaradıcıları bir-birini sevən və hörmət edən Anna və Jan-Paolo cütlüyü olub. Publika.az-ın “Brendlərin tarixi” layihəsi çərçivəsində bu həftə “Blumarine” moda evinin tarixi inkişaf yolundan danışacağıq.

Əsl İtaliya şirkəti olan “Blumarine” italyan üslubunu və mədəniyyətini dünyanın hər yerində təbliğ edir. Brendin hər bir kolleksiyası dizaynerlərin səylə aşılamaq istədiyi müsbət emosiyalar doğurur. “Blumarine” müxtəlifliyi daim dəstəkləyir, eyni zamanda, üslubu və orijinallığı kütlə tərəfindən fərqlənməyə imkan verir. “Blumarine” brendi əvvəlcə Avropa xanımlarının rəğbətini qazanır, daha sonra isə Amerikada, Rusiyada və Asiya ölkərində tanınmağa belə başlayır.

İtaliya brendi “Blumarine”-nin (Blyumarin) tarixi 1977-ci ildən başlayır.

38 illik tarixi olan “Blumarine” şirkətini yaratmaq ideayası Anna Molinariyə aiddir. Anna Molinari 1949-ci ildə İtaliyanın cənub-qərbində Kapri şəhərində anadan olub. Anna Molinarinin valideynləri toxuculuq fabrikinin sahibi idi. Tikiş fabrikinin sahibinin qızı Anna üçün parçaların hazırlanma prosesini müşahidə etmək gündəlik həyatın bir hissəsi idi. Hələ uşaqlıqda Anna həvəslə öz kuklaları üçün geyimlər tikirdi. İllər ötdükcə Anna başa düşür ki, bu həvəsini böyüklər üzərində sınaqdan keçirmək istəyir. Dəb dünyasına olan hədsiz ehtirası Annanı geyim sənayesi ilə lap yaxından maraqlanmağa vadar edir. Lazımi texniki tikiş bacarıq və vərdişlərini də Anna elə validenylərindən öyrənəndən sonra şəxsi biznesini qurmağa qərar verir. O, dizaynerə xas olan ən yaxşı bacarıqlarını və vərdişlərini şəxsi biznesində tətbiq etmək istəyirdi.

Анна Молинари

1977-ci ildə Anna Molinari öz arzusunu nəhayət ki, reallaşdırır. O, əri Jan-Paolo Tarabini ilə birgə kiçik şəhərcikdə - Kapridə öz şirkətini açır. Moda sahəsində yaxşı təcrübəyə malik olan Anna kolleksiyaların hazırlanması və tikiş işi ilə, onun həyat yoldaşı Jan-Paolo isə maliyyə və inzibati məsələlərlə məşğul olurdu.

Cütlük göy rəngi və dənizdə istirahət etməyi çox sevirdi. Brendin adı “Blumarine” sözü də buradan qaynaqlanır. Şirkətin adı "blu" – göy, "marinе" - dəniz sözlərinin ahəngindən ibarətdir. Onların bu layihəsi çox uğurlu alınır. İstedadlı dizayner Anna Molinari İtaliya və Fransa təbiətinin gözəlliyindən, həmçinin dəniz və günəşdən ruhlanaraq, cəmi bir neçə ildən sonra yüksək moda həftəsində böyük uğurla qarşılanan kolleksiyalarını yaradır.

Анна Молинари

Anna Molinari müsahibələrinin birində göy rəngə olan sevgisini bu cür izah edib: "Göy rəngə meylim mənim dənizə olan məhəbbətimi ifadə edir. Bu, mənə azadlığı, böyük ümidlər, geniş üfüqləri və sərhədsiz arzuları xatırladır. Bu rəng müsbət əhval-ruhiyyə yaradır və hazırda çox populyardır".

1980-ci ildə Milanda moda həftəsi çərçivəsində ilk dəfə təmsil olunan kolleksiya tənqidçilərin də rəğbətini qazanır. Anna və Jan-Paolo hətta "İlin dizaynerləri" adını qazanır. İstedadlı cütlük bu hadisədən sonra Moda Həftələrində dami iştirak etmək hüququ qazanır. 1986-ci ildə Anna qadın geyimləri kolleksiyasını müstəqil şəkildə hazırlayır və onu Milan moda həftəsində təqdim edir. 1987-ci ildə firma "Miss Вlumarine" xəttini işə salır. Brendin bu xətti dörd yaşından on dörd yaşına qədər qızlar üçün ixtisaslaşmış geyim istehsalı ilə məşğul olur. Həmin ildə şirkət özünün bütün brendlərini "Вlufin S.p.A" vahid holdinqdə birləşdirir. Cütlük 1990-ci ildə ilk mağazasını Milanda açıb. 90-cı illərdə şirkət öz çeşidini genişləndirərək dəri məmulatları, zinət əşyaları, çimərlik geyimləri, eynək və ətriyyat istehsalına başlayıb. 1992-ci ildə brend ev üçün mebel və aksessuar xəttini təqdim edib.

1993-ci ildə italyan aktrisası Monika Belluççi “Blumarine”-nin siması seçilib.

Моника Беллуччи в рекламной кампании Blumarine (1990-е годы)

Моника Беллуччи в рекламной кампании Blumarine (1990-е годы)

1997-ci ildə cazibədar Adriana Lima “Blumarine” brendinin siması seçilib.

Адриана Лима в рекламной кампании Blumarine (1997 год)

Xüsusi qeyd etmək lazımdır ki, gələcəyin parlaq dizaynerinə o dövrün tanınmış dizayneri Franko Moskinonun böyük köməyi dəyib. Franko Moskino təzə açılmış brendin sahiblərindən öz dəstəyini əsirgəmir və dəstək olurdu. Anna Molinari Franko Moskinonun verdiyi öyüd-nəsihətdən sonra başa düşdü ki, yaxşı, nüfuzlu marka sahibi olmaq üçün ona bütün ruhunu və təxəyyülünü bağışlamalısan. Və əgər Franko Moskino yaradıcığılının əsas ştrixi yumor hissi idisə, onda Anna Molinari öz-özünə qəti qərara gəldi ki, onun üçün burada əsas mövzu qadın seksuallığıdır. Anna dizaynlarında qadınların seksual cizgilərini ön plana çıxarmağı sevirdi. Anna qadınları kobud, əxlaqsız və itələyici göstərmədən seksual tərəflərini və təbii gözəlliyini vurğulamağa çalışırdı. Anna Molinarinin sözlərinə görə, “Blumarine” moda evi qəmzəli, cilvəli və qadınsayağı geyimi özündə ehtiva etməklə qadınlığın əbədi olmasını göstərir.

Адриана Лима в рекламной кампании Blumarine осень-зима 2011/12

Dizayner indiyədək, hətta ərinin ölümündən sonra geyim kolleksiyalarında öz qadın fantaziyalarını həyata keçirməkdə davam etdirir. Lüks və ən nüfuzlu brendlər arasında Anna Molinari üslubu çox məşhurdur. Annanın qlamur libasları qadının təbii və gözəl bədən quruluşunu xüsusi vurğulayır. Onun parlaq geyimləri, cəsarətli, qısa yubkaları, dərin kəsikləri və hündürdaban ayaqqabıları qadının seksual, hətta bir qədər erotik obrazını canlandırır.

Адриана Лима в рекламной кампании Blumarine осень-зима 2011/12

Anna kolleksiyalarında sevimli bəbir naxışına tez-tez müraciət edir. “Blumarine” paltarında qadın hər bir kişinin məftun olduğu və ovlamaq istədiyi əsl “ov”-dur.

1995-ci ildə "Вlufin S.P.a" holdinqinin yeniyetmələr üçün geyim və aksessuar istehsalı ilə məşgul olan yeni "Вlugirl" xətti işə düşüb.

Həmin ildə qızı Anna və Jan-Paolo Rossela lüks geyim istehsalı ilə məşğul olan yeni "Аnna Мolinari" brendini açıb. Onun ilk kolleksiyası timsah dərisi, məxmər, atlas və s. bu kimi bahalı materiallardan hazırlanmışdı.

2000-ci ildə şirkət gəlinlik kolleksiyalarının istehsalı və hazırlanması, eləcə də cins, əlcək və çanta xəttini təqdim edib. 2001-ci ildə brendin banisi Anna Molinari "Isimbаrdi Fаshion Аward" mükafatı ilə təltif edilib, iki il sonra isə "Korе Lа" mükafatına layiq görülüb. Həmin dövrdən etibarən "Вlufin S.P.a" holdinqi məhkumlar üçün reabilitasiya mərkəzlərinə və ostreoproza qarşı mübarizə fonduna pul vəsaiti ayırmağa başlayıb.

2005-ci ildən "Blumarinе" firma mağazalarında İtaliya şirkəti ilə birgə istehsal olunan "Globаl Wаtch Industriеs" ilk qadın qol saatı satışa çıxır.

Часы Blumarine

2007-ci ildə Bazel sərgisində “Blumarine” yeni saat kolleksiyasını təqdim edib. Brendin bu saat kolleksiyası dəniz və göy rənglərindən tamamilə uzaq idi, lakin, zərifliyi, gözəlliyi, qalmur və əyləncəli üslubu ilə hər modeli bir-birindən kəskin şəkildə fərqlənirdi. Şirkətin loqotipi -“B” kolleksiyaların bütün modellərini nəzərəçarpacaq dərəcədə gözəlləşdirirdi. Model sanballı və mötəbər alıcılar üçün nəzərdə tutulsa da, qətiyyən darıxdırıcı deyil. “Swarovski” tərəfindən hazırlanan nəfis strazlar “B” loqotipini kolleksiyanın ayrılmaz hissəsinə çevrib.

Часы Blumarine

Saat kolleksiyasının yaradılmasında Yaponiya və İsveçrə mexanizmləri: “Citizen”, “Myota”, “Ronda”, mineral şüşə siferblatları üçün “Anti-Scratch” emalı istifadə olunur. Qolbaqlar təbii dəridən düzəldilir, örtüklər polad ilə cilalanır. Saatlar sukeçirməz sistem ilə təchiz olunub.

2006-ci ilin may ayında “Blumarine” markasının icraçı direktoru Jan-Paolo Tarabini Zimbabvedə safari zamanı faciəli şəkildə həlak olur. Ov həvəskarı kifayət qədər ehtiyatlı olmadığı üçün iki fil tərəfindən qətlə yetirilib. Jan-Paolo Tarabinin faciəvi ölümündən sonra holdinqin rəhbəri vəzifəsi onun oğlu Canqvidoya tapşırılır. Dizaynerin oğlu Canqvido hazırda brendin lisenziya məsələlərinə cavabdehlik daşıyır. O, şirkəti daha da genişləndirib alt paltarı kolleksiyasını, aksessuarlar və kosmetik vasitələri satışa buraxıb.

2014-ci il Milanda moda həftəsi çərçivəsində “Blumarine” payız-qış kolleksiyasını təqdim edib. Anna Molinarinin Asiya təbiətindən ruhlanaraq ərsəyə gətirdiyi kolleksiyası həmişə olduğu kimi, çox gözəl və zərif alınmışdı. Şərq motivləri biçimdə, naxışlarda, tikmə və Çin ipəyində öz əksini tapmışdı.

Hazırda brendin Avropada, Asiyada, eyni zamandan ABŞ və Rusiyanın bir çox şəhərlərində təxminən 1000-ə yaxın satış nöqtəsi var.

Рекламная кампания Blumarine весна-лето 2015

Anna Molinari: “Hesab edirəm ki, həyatın çox qısa olduğunu nəzərə alsaq, təmtəraq və dəbdəbə üçün həyatımızda həmişə yer qalmalıdır. Dəb dünyası - bu, tamamilə başqa məkandır. O bizə danışmaq və düşünmək imkanı verir. Orada zaman sizin saatınızın rəqəmləri ilə ölçülmür, onlar sizin nisbi, emosional və ya istənilən digər öz real tələbatlarınızla bağlı ola bilər.

Рекламная кампания Blumarine весна-лето 2015

Hər bir insanın həyatında uzunmüddətli məqsədi, öz həyatının layihəsi olmalıdır. Layihə ancaq bu günlə məhdudlaşmamalı, gələcək ən zəruri ehtiyacları ödəməlidir. Belə bir layihə xeyli cəsarət tələb edir, axı siz bu xüsusi seçiminizlə gələcək perspektivlərinizin əsasını qoymuş olursunuz. Ən əsası bu işdə daim çalışmalı, həyatınızı mənalı edən və əhəmiyyətli hadisələrlə dolduran yeni üfüqlərə və məqsədlərə can atmalısınız. Bu, həm insanlarla münasibətlərdə, həm də sizin işinizə aiddir”.

Mötəbər və konkret, inanılmaz dərəcə gözəl

Рекламная кампания Blumarine весна-лето 2015

“Blumarine” kolleksiyaları xətlərin, biçimlərin rəvanlığı, qadın həssaslığını vurğulayan və ətraflı düşünülmüş detalları sayəsində ideal qadın incəliyinin təccəssümü ola bilib. “Blumarine” artıq uzun illərdir ki, qızları cilvəli və nazlı göstərən geyimlərlə təmin edir. Brendin əsas auditoriyası dəbi və imici həyat tərzinin ayrılmaz hissəsinə çevirən qalmur gənclərdir. Özünü Barbi gəlinciyi kimi görmək istəyən hər bir modapərəst mütləq “Blumarine” mağazalarına üz tutur. Çünki bu cür dekorativliyə, kutyur yaradıcılığının təxəyyülünə və canlı qlamur obrazlara digər heç bir markanın kolleksiyalarında rast gəlinmir. Burada həmişə hər bir gənc qızın zövqünə xitab edən yumşaq ipək, güllü və bəbir naxışlı parçalar, dərini sığallayan kaşmir, xəzlər, əyinə kip oturan paltarlar, jaketlər və paltolar tapmaq olar.

Рекламная кампания Blumarine весна-лето 2015

Brendin yaradıcısı Anna novatorluğunu cəsarətli, cazibədar, dəbdəbəli və mürəkkəb fasonlarda nümayiş etdirir. Məsələn, su samurundan hazırlanmış xəz yaxalıqlı kardiqanlar (qalın və uzun toxunma jaket) ilə “Blumarine” moda evinin əsas vizit kartıdır. Şirkətin məhsulları ulduz simalar arasında populyarlıq qazanıb. Kardiqanlar Madonna, Şarliz Teron, Cennifer Lopes və başqa bu kimi dünya ulduzlarının sevimli üst geyiminə çevrilir.

Aytən

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR