Yaz-yay fəslinin eynək dəbi belə olacaq – FOTOLAR
Bizi izləyin

Layihə

Yaz-yay fəslinin eynək dəbi belə olacaq – FOTOLAR

Eynəklər yazın əsas aksessuarıdır. Günəş eynəklərinin stil ikonalarının sayəsində sevildiyini desək, yanılmarıq. Məsələn, Odri Hepber hər zaman böyük iri çərçivəli eynəklərdə gəzirdi. Günümüzdə isə Keyt Moss, Miranda Kerr və digərləri onu izləyən paparassilərin kameralarının işıqlarından qorunmaq üçün həmişə günəş eynəkləri taxırlar.

Publika.az-ın "Moda inqilabları" layihəsi çərçivəsində eynəklərin yaranma tarixi haqqında maraqlı məqamları və bu ilin eynək dəbi məlumat verəcəyik.

Eynəklər quruluşca sadə görünür, lakin onun indiki modeli illər ərzində formalaşaraq ərsəyə gəlib. Günəşdən qorumaq fikri Roma dövrünə qədər gedib çıxır. İmperator Neron gözü şüadan qorumaq və narahatedici işıqların qarşısını almaq məqsədi ilə ilk dəfə zümrüddən linza istifadə etdiyini deyirlər.

Gözlüyün əsas hissəsi olan optik şüşənin tarixi 4500 il əvvələ gedib çıxır. Qədimdə insanlar optik biliklərə malik idilər. Belə ki, onlar bəzi şüşələrin əşyaların böyütməsini bilirdilər. Buna ən böyük sübut isə Giritdəki qazıntılarda tapılan eramızdan əvvəl mininci illərə aid böyüdücü şüşələrdir.

Əldə olan məlumatlara görə, ilk eynək 1280-cı illərdə İtaliyada hazırlanıb. Başqa bir iddiaya görə, 1287-ci ildə Florensiyada Armati adlı bir rahib teleskop üçün eynək icad edib. Bu icaddan sonra Alessandro Della Spina adlı rahib tərəfindən eynək modelləri yaradılır. Lakin o, eynəklər indiki modellərdən tamamilə fərqli idi.

XIII əsrdə eynəklər ortaya çıxana qədər gözləri zəif olan insanlar iş görə bilmədiyi üçün hətta evdən bayıra çıxmırmışlar. Ona görə də ilk eynəklər uzaqgörməni yaxşılaşdırmaq məqsədi ilə düzəldilirdi. Tarixdən məlumdur ki, XIII-XV əsrlərdə İtaliyada şüşə istehsalı özünün ən yüksək zirvəsinə çatmışdı. İtalyan ustaları dünyada şüşəbişirən, ondan müxtəlif məmulat hazırlayan, onu cilalayan ən mahir sənətkarlar hesab olunurdular. Ustalar müxtəlif əyri səthi olan şüşələrlə işləyərkən onların optik xassələrini də aşkar etmişdilər.

İlk eynəklər dəstəksiz idi. Dəstəkli eynəklər isə, yalnız XV əsrdə ixtira olunub. İstər dəstəksiz, istərsə də dəstəkli eynəklər göz qabağında əl ilə tutulurdu. Hazırda istifadə etdiyimiz dəstəkli eynəklər XVIII əsrdə İngiltərədə meydana çıxıb. Eynək icad edildikdən yalnız 350 il sonra gözdən düşməyən eynəklər hazırlanıb. Əslində bu, eynək tarixində ən mühüm və son tapıntı idi. Edvard Skarlet 1730-cu ildə Londonda sabit, dəstəkli eynək icad etdi. Mətbəələrin meydana gəlməsi kitab və qəzetlərin sayının artması bu eynəklərə olan ehtiyacı daha da artırdı. XIX əsrin ikinci yarısında isə qulağa keçirilən eynəklər satışa çıxarılır.

1930-cu illərdə eynəklər pişik gözü formasında istehsal olunur. Pişik göz günəş eynəklər əslində bayquşun gözlərindən ruhlanaraq ərsəyə gəlib. Daha sonra marketinq texnikası inkişaf etdirilərək çərçivəsində dəyişikliklər aparılıb və pişik gözü eynəkləri adı ilə moda bazarında satışa çıxarılıb. O illərdə aktyorlar bu günəş eynəkləri ilə jurnallara pozalar verirdi.

II Dünya müharibəsində Hava və Dəniz Qüvvələrinin əsgərləri aynalı eynəklərdən istifadə edirdi. Müharibədən sonrakı illərdə qəhrəmanların taxdığı bu eynəklər olduqca populyarlaşır. Pilotlar uçarkən günəş şüalarından və soyuqdan qorunmaq üçün öz eynəklərinin altına ikinci baza – şüşə qoyurdular.

II Dünya müharibəsi illərində "Ray-Ban" markası tərəfindən istehsal edilən aynalı günəş eynəkləri ilk dəfə pilotları günəş şüalarından qorumaq üçün düzəldilmişdi. Pilotların rahatlığını təmin etmək məqsədilə düzəldilən aynalı eynəklər gözləri göstərmədiyi üçün sonralar polislər də taxmağa başlayır.

Pilot eynəklərə Bob Dilan və Lou Ridin tez-tez üstünlük verirdi. Bu eynəklər rok ulduzlarının əsas aksessuarı idi.

II Dünya müharibəsindən sonrada yaşanan iqtisadi böhran moda sektoruna pis təsir edir. Müharibədən sonra ortaya çıxan narahatlıqlar insanların aksessualara pul xərcləməməsinə səbəb olur və bu vəziyyət eynək sektoruna da təsirsiz ötüşmür.

Öz populyarlığını itirən eynəklər sənətkarların diqqətini çəkir. Onlar eynəkləri çiçəklər, daş-qaşlar, applikatorlarla bəzəyirdi. Bəzəkli, əyləncəli və olduqca cəlbedici güzgülü günəş eynəkləri bunun sayəsində bazara çıxdı və populyar olur.

1950-ci illərdə çıxan eynək dizaynı ilə 60-cı illərdə çıxan modellərdən kəskin şəkildə fərqlənir. Yaraşıqlı və bəzəkli çərçivələrin yerini böyük və sadə modellər tutur.

Qəşəng və estetik çərçivələr rəngli və əyləncəli şüşələrlə birləşdirilirdi. Pop tərzi ilə inteqrasiya olunan bu eynəkləri ən çox Sofi Loren sevirdi.

O cümlədən jalüz tipli eynək modelinin tarixi də 1950-ci illərə aiddir. Jalüzdən ruhlanaraq hazırlanmış bu günəş eynəyi hələ də bəzi yerlərdə istifadə edilir və populyarlığını itirməyib.

60-ci illərdə böyük çərçivəli eynək trendi aktuallığını itirir. Buna səbəb hippi tərzinin populyarlaşması idi. Lakin kiçik çərçivəli eynəklər populyarlığını çox tez itirir.

70-ci illərin sonlarında günəş eynəklərinin şüşələri bir az daha böyüdülür.

80-cı illərdə qəşəng və klassik, daha minimalist, kvadrat dizaynlı eynəklər bazara çıxarılır.

90-cı illərdə böyük çərçivəli, pişik gözlü, həmçinin aynalı eynəklər dəbə minir.

Yaz-yay fəslinin eynək dəbi

Bu ilə qədər ixtira olunan bütün eynək tərzləri dəbdə olacaq. Bu məsələdə dizaynerlər hər zövqə xitab etməyə çalışırlar. "Fendi", "Prada", "Сhanel", "Dolce& Gabbana", "Moschino", "Miu Miu", "Bvlgari", "Stella McCartney", "Erdem", "Ray-Ban", "Thierry Lasry", "Markus Lupfer", "Victoria Beckham", "Linda Farrow" kimi brendlər qadınların zövqünü oxşamaq üçün əlindən gələni ediblər.

1. Ağ çərçivəli eynəklər: Ötən mövsümdə tez-tez rast gəldiyimiz ağ çərçivəli günəş eynəkləri 2015 yaz-yay aylarında yenə də populyar olacaq modellər arasında yer alır.

2015_ilkbahar_yaz_güneş_gözlüğü_modelleri_beyaz_çerçeveler

2. Böyük çərçivəli eynəklər: Bu mövsüm böyük çərçivəli günəş eynəkləri də dəbdədir.

2015_ilkbahar_yaz_güneş_gözlüğü_modelleri_büyük_çerçeveler

3. Retro günəş eynəkləri: Retro stili özünü hər yerdə göstərir. Retro günəş eynəkləri keçmiş illəri yada salıb nostalji hisslər yaşadacaq.

2015_ilkbahar_yaz_güneş_gözlüğü_modelleri_retro_güneş_gözlükleri

4. Oval çərçivəli eynəklər: Oval çərçivəli eynəklər 2015 yaz-yay mövsümündə dəbdə olan modellər arasındadır. Kvadrat üz xətlərinə malik olan xanımlar bu modelləri rahatlıqla istifadə edə bilərlər.

2015_ilkbahar_yaz_güneş_gözlüğü_modelleri_oval_çerçeveli_gözlükler

5. Kvadrat çərçivəli eynəklər: Kvadrat çərçivəli eynəklər bu mövsüm xanımların favoritlərindən biridir. Böyük kvadrat çərçivələr olduqca iddialı görünür.

2015_ilkbahar_yaz_güneş_gözlüğü_modelleri_kare_çerçeveli_gözlükler

6. Girdə çərçivəli eynəklər: Girdə şüşəli günəş eynəklər ilk çıxdığından bu günə qədər günəş eynəyi sektorunda hər zaman populyarlığını qoruyub saxlaya bilir. Bu eynəklər vaz keçmədiyimiz modellərdən biridir. Girdə çərçivəli eynəklər hər növ üz quruluşuna uyğun gəlir. Üzün ölçüsü ilə çərçivənin böyüklüyünə də diqqət edilməlidir.

2015_ilkbahar_yaz_güneş_gözlüğü_modelleri_yuvarlak_çerçeveli_gözlükler

Günümüzdə kiçik, girdə şüşə və çərçivələr bir az da böyüyərək populyarlığını hələ də davam etdirir.

7. Yarımçərçivəli eynəklər: Bu günəş eynəkləri indidən populyar olmağa başlayıb. Yarımçərçivəli günəş eynəkləri modapərəst xanımların diqqətini çəkəcək.

2015_ilkbahar_yaz_güneş_gözlüğü_modelleri_yarım_çerçeveli_gözlükler

8. Ombre təsirli günəş eynəkləri: Saçlardakı, geyimlərdəki ombre dəbi yaz-yay mövsümünün eynək dizaynlarına da təsir edib.

2015_ilkbahar_yaz_güneş_gözlüğü_modelleri_ombre_etkili_güneş_gözlükleri

9. Rəngli çərçivələr: Bəzək-düzəyi, əlvan rəngləri sevən xanımlar üçün sevimli, şirin eynəklər təklif olunur. Bol parıltılı çərçivələr özünüzdən əmin xanım imici yaradır. Odur ki, bu eynəklərlə diqqət mərkəzində olmağa hazır olun.

2015_ilkbahar_yaz_güneş_gözlüğü_modelleri_ışıltılı_çerçeveler

10. Pişik eynəklər: Kəskin baxışların ən təsirli yolu pişik eynəklərdən keçir. Pişik gözlərini xatırladan bu modellərlə iddialı olmaq qaçılmazdır.

2015_ilkbahar_yaz_güneş_gözlüğü_modelleri_kedi_gözlükler

11. Pilot eynəklər: Pilot eynəklər klassik modeldir. Pilot eynəklər hər mövsüm bütün brendlərin kolleksiyalarında yer alır. Aynalı eynəklər insana sirli bir cazibə bəxş edir. Sirli cazibədən əlavə, özünə əminlik yaradır. Gözləri göstərmədiyi üçün yorğun günlərin xilaskardır.

2015_ilkbahar_yaz_güneş_gözlüğü_modelleri_aviator_gözlükler

Aynalı eynəklər məşhurluğunun zirvəsini 80-cı illərdə yaşayıb. Bu yay həmin məşhurluğunu geri qaytaracağına bənzəyir. Klassik pilot eynəkləri daha aktual olsa da, hər modelin aynalı formasını tapmaq olar. Bu il istənilən rəngdə aynalı eynək tapmaq mümkündür. Dəb ustaları, əsasən, mavi rəngin daha mükəmməl göründüyünü iddia edir. Lakin mavi rəngi xoşlamırsınızsa, dərd etməyin. Belə ki, rəng seçimi çoxdur. Gümüşü, qızılı, çəhrayı, sarı və yaşıl rəngləri seçmək şansınız var.

Dekora gəldikdə, müxtəlif forma və rənglərdə olan straz qaşlar, mozaikalar, gül motivləri yenə də dəbdədir. Vitrinlərdə daha sadə və az romantik bəzəkli eynəklərə də rast gəlinir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm