Moda inqilabı:Fəhlə geyimi dünya podiumuna necə transfer oldu? - Fotolar
Bizi izləyin

Layihə

Moda inqilabı:Fəhlə geyimi dünya podiumuna necə transfer oldu? - Fotolar

Dəbli xanıma yaraşan geyimlər - Fotolar

Bu yayın dəbinin ötən əsrin 80 və 90-cı illərin hücumuna məruz qaldığı heç kimə sirr deyil. O illərə aid olan bir çox geyimlər yenidən gündəmə gəlir. Bunlardan biri də kombinezonlardır. Cins parçadan tikilən kombinezonlar xüsusilə aktualdır. 90-cı illərin kombinezonları yeni formada işlənib təqdim olunur. Tabloid.az-ın "Moda inqilabları" layihəsi çərçivəsində bu həftə kombinezonun yaranma tarixi və onun düzgün geyinilmə qaydası haqqında bəhs edəcəyəm.

Kombinezonlar nə qədər müasir və qeyri-adi görünsə də, onların mənbəyi, kökü XVIII-XIX əsrə gedib çıxır. Kombinezonların tarixinə nəzər salsaq, onun əslində tarlada işləyən zəhmətkeşlərin özünü rahat hiss etməsi üçün tikildiyinin şahidi olarıq. Ümumiyyətlə, kombinezonların yaranma tarixi haqqında müxtəlif versiyalar var. Onlardan birində deyilir ki, uşaq kombinezonunu rus imperatriçası II Yekaterinanın 1780-1781-ci illərdə öz sevimli nəvəsi üçün icad edib.

Orta əsrlərdə kombinezonları Avropada hoqqabazlar və ya oyunbazların əynində görmək olardı. Belə rahat kostyum onlara mürəkkəb kələkləri və hərəkətləri yerinə yetirməyə imkan verirdi.

Ağır sənayenin, xüsusilə də qara metallurgiyanın inkişaf etdiyi ölkələrdən biri olan Amerikada xüsusi fəhlə geyimləri meydana gəlir. Bu geyim növünün adı kombinezon idi. 1856-cı ildə "Levi’s" brendinin yaradıcısı Levi Strauss ilk dəfə olaraq cins parçadan işçilər üçün nəzərdə tutulan kombinezonlar tikir. 1920-ci illərdə işçi qüvvəsi üçün nəzərdə tutulan kombinezonlar sonrakı illərdə onu geyinənlərin aşağı təbəqəyə aid olduğunu bildirirdi. Onlar əvvəlcə kişilər üçün tikilsə də, sonradan qadınlar tərəfindən də mənimsənilir. Xüsusən də I Dünya müharibəsində qadın işçilərin əsas geyim formasına çevrilir.

Комбинезоны в журналах мод 50-хх годовКомбинезон в журналах мод 60-хх годовКомбинезоны в журналах мод 40-хх годов

Kombinezon "kombinə" sözündən yaranmaqla pencəklə şalvar birləşdirildiyi anlamına gəlir. Sonralar bu geyim növü fabrik və zavodlardan bayıra çıxır. II Dünya müharibəsi dövründə kombinezonlar ən dəbli geyimə çevrilir. Onların müasir növləri meydana gəlir, ilk olaraq uşaq geyimləri arasında özünə yer tapır. Kombinezonlar o vaxtlar uşaq geyimi kimi daha çox populyar idi. Qadın qarderobuna daxil olması isə 1960-cı illərə təsadüf edir. 1990-cı illərdə isə artıq dəbin zirvəsinə yüksəlir. Cins parçaların peyda olması ilə kombinezonlar yüksəliş nöqtəsinə çatır. II Dünya müharibəsində bu tip geyimlər hərbiçilər üçün istifadə olunmağa başlanır. Belə kombinezonların əsas üstünlükləri müxtəlif ciblərin bolluğu ilə seçilirdi. Birləşdirilmiş pencək və şalvarların cibləri bir geyimdə toplanmışdı. Daha sonralar isə, ipək və atlaz kombinezonlar dəbə minir. Məşhur musiqiçilər BoneyM, Arabesque, Abba, Elvis Presli, həmçinin Devid Boui səhnə geyimlərində kombinezonlara üstünlük verirdirlər.

Группа АББА Сценический комбинезон Элвиса Пресли


Kombinezon sadə geyim növü deyil, amma düzgün geyinməklə onu ən sevimli yay geyiminizə çevirə bilərsiniz. Əvvəllər kombinezon deyəndə hamilələrin geyindiyi enli paltar nəzərdə tutulurdusa, son dövrlərdə dizaynerlərin təqdim etdiyi modellər həddindən artıq dəbdəbəli görünür. Bu geyim növünü istənilən bədən ölçüsünə malik qadın rahatlıqla geyinə bilər. Sadəcə, fasonu düzgün seçməlisiniz. Kombinezon bədənə ideal oturmalı, qüsurları örtməli, gözəlliyi isə vurğulamalıdır.

  • Kombinezon tipli geyimdən istifadə edənlərin incə zövqə malik olması gərəkdir. Şux qamətli xanımlara kombinezon çox yaraşır. Amma bu kombinezonlar yüngül parçalardan tikilməlidir.
  • Dolu bədənli xanımlar isə kətan və pambıq parçalı kombinezonlardan istifadə etsələr, yaxşıdır.
  • Kombinezon bəstəboylu xanımları qismən qamətli göstərə bilər. Amma xanımlara kombinezonun bir çatışmayan cəhətini də xatırlatmaq lazımdır. Belə geyimlər xanımlara əl-üz yuyan otaqlarda çətinlik yarada bilər. Ona görə kombinezonlardan çox ustalıqla istifadə etmək lazımdır.

Bu mövsümdə dar ətəkli kombinezonlar da çox dəbdədir. Amma onu hər yerə geyinib getmək olmaz.
Qısa kombinezonların müxtəlif aksessuarlara ehtiyacı olur. Belə kombinezonların üstündən kofta və pencəklər geyinmək olur. Belə kombinezonların rəngi tünd olsa, daha da yaraşıqlı görünə bilər. Ümumiyyətlə, kombinezonların rəngi cəlbedici və göz oxşayan olmalıdır. Platforma və hündürdaban ayaqqabılara üstünlük vermək lazımdır. Kombinezon hər bir dəbli xanıma yaraşa bilər. Hər bir hava şəraitindən sizi qoruya bilən və ətrafdakıların nəzərini cəlb etmək istəyirsinizsə, kombinezonlara üstünlük verin. Bu geyimi düzgün aksessuarlarla tamamlayaraq ideal obraz yarada bilərsiniz.

Uzun
Kombinezonlar uzun, qısa, bretelsiz, dar, enli, birçiyinli, işgüzar stildə, cins və başqa fasonlarda, alt hissəsi isə klassik, bir qədər qısa, şərq üslubunda olur. Bu geyim növünün bir üstünlüyü də ondan ibarətdir ki, istənilən fasonu ziyafət geyim variantına salmaq mümkündür. Əlbəttə ki, hər xanım ziyafətə kombinezon geyməyə cəsarət etmir. Kombinezonlarda gecənin ulduzu olmaq üçün uzun variantları seçmək olar. Sadə, qara və uzun kombninezonu rahatlıqla işə geyinmək olar. Belə kombinezonu həm qonaqlığa, həm gəzməyə, həm də dostlarla görüşə geyinmək mümkündür. Cins kombinezonda isə təbiətdə gözəl istirahət edə bilərsiniz.

Qısa
Belələri əsasən, yay üçün nəzərdə tutulub. Onları stiletto, klatç çanta, nazik plaşlar və bleyzer kimi geyimlərlə geyinə bilərsiniz. Kombinezonlar mövsümün digər trendi zolaqlı köynəklərlə əla qalır. Bu variant dostlarla istirahətə, mağazalara getmək və şənliklər üçün idealdır. Gündəlik variant üçün kombinezonla səndəl və ya baletka, iri bijuteriya taxın. Şənliyə gedəcəyiniz halda isə səndəli hündürdaban ayaqqabı, bijuteriyanı isə daha dəbdəbəlisi ilə əvəz edin.

Kombinezonu nə ilə uyğunlaşdırmalı?
Ayaqqabı: Uzun və qısa kombinezonlarla həm hündür, həm də alçaqdaban ayaqqabı gözəl görünür.
Kəmər: Kombinezona kəmər taxmaq dəbin pik nöqtəsidir. Amma kəmər yaraşmayan modellər də ola bilər. Diqqətli olun!
Kofta: Kombinezon üçün əla tamamlayıcı əşya ola bilər. Bəzi modellər uzunboğaz kofta ilə əla görünür.
Parça: Arıq xanımlar nazik parçalı modelləri, dolu xanımlar isə cins, pambıq və kobud parça olmasına fikir verməlidirlər. Qışda isə yun modellər aktual olacaq.
Rəng:Kombinezonlar həm tək rəng, həm də güllü parçalardan tikilir. Güllü parçada divar kağızına bürünmüş kimi görünməmək üçün ayaqqabı və çantanı sadə seçin.

Kombinezonlar moda dünyasına periodik olaraq gəlib-qayıdırlar. Dünyanın ən tanınmış dünya ulduzları, Rihanna, Selena Gomez, Cessika Alba və Aleksa Çang kimi stil sahibləri də bu modelə böyük üstünlük verirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm