“Gözələm, dolğun dodaqlarımı və qalın qaşlarımı çox bəyənirəm” - Fotolar
Bizi izləyin

Layihə

“Gözələm, dolğun dodaqlarımı və qalın qaşlarımı çox bəyənirəm” - Fotolar

“Gözələm, dolğun dodaqlarımı və qalın qaşlarımı çox bəyənirəm” - Fotolar

İrina Şeykin taxtını əlindən almağa iddialı olan Amina Gülşə kimdir?

Amina Gülşə "Miss Türkiyə" gözəllik yarışmasının qalibi olub. 21 yaşlı model qalib olandan sonra Türkiyəni "Dünya gözəli" yarışmasında təmsil etməyə iddialıdır. Kriştian Ronaldonun sevgilisi İrina Şeykə bənzədiyi üçün Türkiyə mətbuatına bomba kimi düşür. Ona İrina Şeyklə, Adriana Limanın qarışımı olduğu da deyirlər. Miss Türkiyə 2014-ün qalibi müəyyən olduqdan sonra şəkilləri sosial media gündəmini zəbt edir. Hamı bu qızın kimliyi ilə maraqlanır. Tabloid.az-ın "9 don" layihəsi çərçivəsində bu həftə "Miss Türkiyə" 2014-ün qalibi Amina Gülşə haqqında bəhs edəcəyəm.

Yarışmaya qatılması təsadüfdür. Amina anası ilə birlikdə İzmirə səyahətə gəlir. Yarışmanın reklamlarını görən qız anasına o həyəcanı yaşamaq istədiyini deyir. Anası isə bu yarışmada iştirak etməsində ona dəstək olur. Yarışmadan sonra Türkiyə gözəli sevincini bu şəkildə ifadə edir, "Mənə çox gözəlsən deyirdilər, əslində, məqsədim bunu sınaqdan keçirmək idi. İnandım ki, dedikləri qədər varam".

Türk əsilli Amina Gülşe 1993-cü ildə İsveçdə anadan olub. Özündən başqa bir qardaşı var. Uşaqlıq və gənclik illərini orada keçirsə də, ailəsi adət və ənənələrinə sadiq qalıb. Evdə də türk dilində danışıblar, hətta dilini unutmaması üçün qızcığazı hər il kursa yollayıblar. İsveçin İnternational High School Of The Gothenburg Region liseyini bitirib. Uşaqlıqda stüardessa olmağı istəsə də, füsünkar gözəlliyi ona daha parlaq gələcək vəd etdiyi üçün bu arzusundan imtina edir. Ali təhsil almağı düşünür, sadəcə hələ ki hansı ixtisası seçəcəyinə dəqiq qərar verməyib. Modelin boyu 178 sm, çəkisi isə 51 kq-dır. Kürəyində "Nə mutlu türküm" yazılan döyməsi var.

Uşaqlıqda çox şirin, iri gözləri olub. Amina o qədər gözəl uşaq olub ki, hətta anası yoldan keçənlərin ona göstərdiyi diqqətdən və "Nə gözəl qızdır" deməsindən bezirmiş. Yeniyetməlik yaşlarında başqalarından seçildiyini və gözəlliyinin fərqində varınca sinif yoldaşları ilə münasibətləri korlanır. Yaşıdları ondan mənasız yerə küsürdü. Bəzilər isə qrup halında ona düşmən kəsilirdi. Amma bütün bunlar Aminanı ruhdan salmır. Əksinə, gözəlliyini qiymətləndirmək üçün ona qüvvət verir.

"Gözəl olduğumu bilirəm, özümə güvənim sonsuzdur... Çox inadçıyam. Dünya birincisi olacağıma çox inanıram. Bilirəm ki, gənc qızlar örnək alıb, özlərini mənə bənzədəcəklər. Üzümdə bəyənmədiyim yer yoxdur, özümü və bədənimi sevən insanam. Gözəlliyimi ortaya çıxaran qalın qaşlarımı, dişlərimi və gülüşümü çox bəyənirəm. Məni Adriana Lima və İrina Şeykə bənzətmələri çox xoşdur. Amma türk qadınlarının onlardan qat-qat gözəl və təbii olduğunu düşünürəm. Türk qadınları həm də çox güclüdür. Məncə, istədikdən sonra əldə edə bilməyəcəkləri heç nə yoxdur. Azra Akın bunu edə bildisə, mən də edə bilərəm!"

Dərslərə və idmana daha çox vaxt ayırdığı üçün ilk eşqini 17 yaşında yaşayıb. Türkiyədə tanış olduğu sevgilisi ilə münasibəti 3 ildən çox davam edib. Sevgilisi modelin gözəlliyini nümayiş etdirməsini həzm edə bilmədiyi üçün cütlük ayrılıb. Hazırda Amina Gülşenin həyatında heç kəs yoxdur. Öz dili ifadə etsək, onun qəlbini fəth etmək çətindir. Qarşısındakı insanın gözəlliyinə deyil, ruhuna və qəlbinin gözəlliyinə daha çox önəm verir. "Mən ayaqlarım üzərində dayanmağı bacaran güclü qadınam. Sevgimi qazana bilmək üçün qarşı tərəf də güclü və məğlubedilməz kişi olmalıdır.

Bu gün Türkiyənin ən məşhur aktrisaları gözəllik yarışmalarının ilk üçlüyündə yer alanlardır. Onların əsrarəngiz gözəlliyi rejissorları da cəlb edib. Amina Gülşə də yarışmanın qalibi olan kimi film təkliflərinin ardı-arası kəsilmir. Şirkətlər reklamlarında onu görmək istəyir, fantastik qonarar təklif edirlər. Amina isə hələlik aktrisalıq etmək fikrində deyil.

2014-cü ilin Türkiyə gözəli Amina Gülşə "Çalıquşu" serialında Kamran rolunu canlandıran yaraşıqlı aktyor Burak Özçivitin çəkildiyi eyniadlı filmdə baş rolda oynamaq təklifini qəbul etməyib. Qeyd edək ki, Özçivitin Amina Gülşəyə rol təklif etməsi sevgilisi Ceylandan ayrıldığı xəbərləri ilə eyni vaxta təsadüf etmişdi.

Gülşə Burak Özçivit və sevgilisi Ceylan Çapanın ayrılmağına səbəb kimi göstərilməkdən narahat olub. Özçivitin təklifindən imtina edən Türkiyə gözəli "əvvəlcə təhsil almalıyam" deyib.

Amina Gülşə ideal bədən ölçülərini idman sayəsində qoruyur. Uşaqlıqdan mütəmadi olaraq idman edir.

Dərisinin gözəlliyini isə sağlam qidalanmaqla qoruyur.

Makiyajda isə sadəliyə və təbiiliyə üstünlük verir. Qələm və göz kölgələrini sevməsə də, mavi gözlərini tuşla vurğulayır. Kirpiklərini burmağı xoşlayır.

Qısa geyinməyi, şortları və ətəkləri çox sevir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm