• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Yunan ilahələrinin aktuallığını itirməyən geyim tərzi - Fotolar

  • Layihə
  • 11 Oktyabr 2014 11:22
  • 3 393 Baxış
Yunan ilahələrinin aktuallığını itirməyən geyim tərzi  - Fotolar

Yunan ilahələrinin geyindiyi paltarların tarixi ölkənin tarixi qədər qədimdir. Buna baxmayaraq, bu geyimlər öz aktuallığını itirmir. Dizaynerlər yenidən və yenidən bu ölməz klassikaya qayıtmağa məcbur olurlar. Yunan tərzində tikilən donlar beynimizdə istər-istəməz yunanların antik heykəl və mif qəhrəmanlarını - nimfaların və ilahələrin obrazlarını canlandırır.

Tabloid.az "Moda inqilabları" layihəsi çərçivəsində bu həftə yunan üslubunun yarandığı vaxtdan etibarən bu günə qədər hansı dəyişikliklərə məruz qaldığı haqqında danışacağam.

Qədim Yunanıstanda modapərəstlər ekstravaqant fasonlar və parlaq printlərə üstünlük verirdilər. Bu paltarlar antik yunan məbəd geyimlərinə çox bənzəyirdi. Geyimlər adətən açıq yumşaq tonlardan, çoxlu şaquli qatlardan ibarət idi. Fasonlar vizual olaraq silueti uzun göstərirdi.

Yunan və roma modapərəstləri arasında müxtəlif qumaşlar olduqca dəbdə idi. Yunan qızları ətəyin üzərinə qumaşlar əlavə edərdilər. Əvvəllər yüksək təbəqənin xanımları öz paltarlarını qumaşla bəzəməyi çox sevirdilər. Bu tərzə yunan ilahələrinin heykəllərində indi də rast gəlmək olar.

Джессика АльбаЛюпита Нионго

Yunan stilində paltarların belə populyarlığa malik olması da təsadüfi deyil. Uçuşan və sürüşən paltarlar çox qəşəng və incə görünürlər. Qırmızı xalıda da dünya ulduzları hər dəfə yunan stilinə müraciət edirlər. Dəbdəbəli yunan üslubu sizə gözəllik ilahələri hesab olunan Afina və Afroditanın zərifliyi ilə rəqabət aparmaq üçün bütün şanslar təklif edir.

Müasir dizaynerlər ənənəvi antik yunan geyimlərinə dair yeni nələr təklif edirlər?

Müasir dizaynerlər yunan obrazını daha maraqlı və orijinal formalarda təqdim edirlər. Ənənəvi yunan dəstlərini - parlaq rəng qamması, yeni detallar, simmetrik elementlər bəzəyir. Paltarları isə yalnız təbii kətan və ipəkdən tikmirlər, dizaynerlər yunan stilində süni ipək, atlas, çit, satin və bir çox digər materiallara da yer verirlər. Amma material mütləq zərif və havada uçuşan parçadan olmalıdır. Bu material yunan üslubunun fərqləndirici xüsusiyyəti hesab olunur. Axı məhz bu cür materiallar sizi sanki yer üzündə hərəkət etmədiyiniz və Olimp ilahəsi kimi səmada uçduğunuz təəssüratı yaradır.

Мишель РодригесНиколь Шерзингер

Оливия Уайлд Миша Бартон

Смотрите графии модных платьев в греческом стиле года… Божественная линия снова в моде: греческий стиль 2013 — фото 8

Dizaynerlər paltarların və tuniklərin bir çox hisslərinə toxunublar. Uzun qollar açıq çiyinlərlə əvəz olunub. Müxtəlif dərin yarıqlar, çiyin bağları da nəzərdən qaçmır. Ziyafət libaslarına isə muncuqlar, svarovski qaşları, mirvarilər və qızılı iplər bəzək vurur.

Yunan geyim üslubu üçün səciyyəvi olan cəhətlər:

Bu yeniliklərə baxmayaraq, dizaynerlər ötən dövrün ənənələrini yad edərək əsas elementlərə və tərtibata sadiq qalırlar.

Diqqəti sinəyə cəlb edən hündür bel yunan geyimlərinin səciyyəvi cəhətidir. Sinə hissədə isə adətən V şəklində dərin dekolte olur.

Çoxsaylı qatlar, plisselər və qadın bədən xətlərini büruzə verən fasonlar yunan üslubunun xarakterik tərzidir.

Yüngül və uçuşan materiallar - təbii kətan, ipək, şifon da bu siyahıya daxildir.

Mövcud uyğunsuzluq: Yunan geyimlərini ətəyindən ayıran qısa hissəni "yunan breteli" adlandırırlar. Müxtəlif formalar ətək üçün də keçərlidir.

Bədəndəki nöqsanları örtən sadə və azad siluetlər yunan geyim üslubunu xanımlara sevdirən xüsusiyyətdir.

Bu sadə gözəlliyi vurğulamaq üçün qızıl və digər aksessuarlardan istifadə etmək şərtdir.

Paltarın ətəyi döşəməyə qədər uzun olmalıdır.

Geyimlərinin tərtibatında iki rəngin harmoniyası nəzərə alınmalıdır. Klassik yunan stilində bir qayda olaraq, zərif rənglər - sarı, qəhvəyi, mavi və ağın müxtəlif çalarından istifadə olunur.

Bəzən yunan üslubunda parçanın üzərinə güllər əlavə olunaraq qaydalar tez-tez pozulur, ona görə də siz parlaq və tünd rənglərdə də belə paltar seçə bilərsiniz.

See By Chloe Topshop

Aqua Calypso St. Barth

CoastPaisie

Yunan stili hansı bədən quruluşları üçün uyğundur?

Yunan stili təsdiq edir ki, çirkin qadın olmur, bütün qızlar - ilahə ola bilər. Çünki bu paltar bütün bədən tiplərinə yaraşır. Sizə yalnız gözəlliyinizi layiqli şəkildə vurğulayan və ona uyğun model tapmaq qalır. Uzun əlavələr və birbaşa fason boyu vizual olaraq uzadır, artıq çəkini isə məharətlə gizlədir. Yunan tərzi ideal siluet xəttinin formalaşmasına kömək edir.

Yubkalara əlavə olunmuş çoxtəbəqəli volanlar lazım olan yerlərə həcm qazandırır. Əgər bədən quruluşunuzu bəlli etmək istəyirsinizsə, çoxtəbəqəli modellərə yönəlin.

Hündür bel və çarpaz çiyin bağları kiçik sinəni gözəl vurğulayır, V formasında kəsik isə böyük sinəni təmtəraqlı şəkildə nümayiş etdirir.

Bu möcüzəli xüsusiyyətlərinə görə, yunan paltarı bir çox qızlar tərəfindən sevilir, həyatın bütün hallarında lazım olur və onlara xidmət edir. Yunan paltarları əsasən təntənəli günlər üçün yaradılıb. Onu istər toy, istər nişan, istərsə də ad günlərində geyinsəniz, gecənin ulduzu olacağından şübhə etməyə bilərsiniz. Yayda isə az qala hər gün geyindiyimiz üçün yunan stili gündəlik həyatın bir hissəsinə çevrilir.

Yunan üslubunda toy paltarları

Əgər siz həyatınızın ən romantik bayramında həqiqətən də ilahə olmaq və qüsursuz görünmək istəyirsinizsə, gəlinliyi yunan stilində seçin. Yunan ilahələrinin paltarları qabarıq tort- gəlinliklərlə uğurla rəqabət aparır. Əlbəttə ki, bu rəqabətdə yunan stili qalib gəlir. Təmtəraqlı gəlinliklərdən fərqli olaraq yunan stilində olan gəlinliklər daha rahat və yüngüldür. Bütün günü onu geyinməkdən və istidən əzab çəkməyəcəksiniz.

Axan parçalar fiquradakı çatışmazlıqları gizlətməyə kömək edir, həmçinin geniş ombalara malik olan qızlara və hamilə gəlinlərə tövsiyə etmək olar. Yunan paltarları diqqəti dəbdəbəli sinə dekoltesinə yönəldərək, qarın və buddan diqqəti yayındırmağa imkan verəcək.

Yunan stilində olan ayaqqabı və aksessuarlar

Paltarınızı yunan üslubunda seçmisinizsə, bu xeyirxah üslubu ayaqqabı və aksessuarlar seçimində də gözləmək lazımdır. Yunan üslubunda aksessuarlarda sadəlik və yığcamlıq gözlənilməlidir. Bu stil bahalı materiallara, qızıl zərgərlik işlərinə xüsusi rəğbət göstərir.

Qızılı detallarla işlənmiş ayaqqabılar paltarın ilahi gözəlliyini vurğulamağa kömək edir.

Yunan stilində geyimi yastı daban, altı düz, üstü isə nazik qayışlardan ibarət olan səndəllərlə də geyinmək olar. Bu, hündürboylu xanımlara əla yaraşır.

Üstü açıq, incə dabanlı ayaqqabılar da ola bilər. Ayaqqabının kənarı qayışlarla dizayn edilə bilər. Rəng çeşid isə olduqca müxtəlifdir.

Qolları iri metal bilərziklər, qulaqları üstündə qiymətli daşlar olmayan qızılı sırğalarla vurğulamaq olar. Kiçik əl çantası və ya zəncirli klatçlar isə obrazı başa çatdıran detallardır. Aksessuarlar çox olsa da, görüntüyə xələl verməməli, ümumi fonda zəngin görünməlidir. Paltar seçərkən aksessuarlar irihəcmli olsa da, sayı az olmalıdır.

Обувь в греческом стиле

Украшения и аксессуары в греческом стиле

Saç və makiyaj

Yunan stili üçün ən yaxşı variant qıvırcıq saçlardır. Əgər təbiət sizi buruq saçlarla mükafatlandırıbsa, yunan obrazını başa çatdırmaq üçün qıvırcıq telləri müxtəlif materialdan hazırlanmış sancaqlar, yaxud millərlə bərkitmək qalır. Çələnglər və saç lentləri də yunan obrazını tamamlamağa kömək edən aksessuarlardır.

Hörülmüş saçlar, sünbül yığımını unutmaq böyük ayıb olardı. Bu saç modelləri yunan üslubunu müəyyənləşdirən yığımlardır.

Toyda isə saçları güllərlə bəzəmək olar.

Gianfranco Ferré Божественная линия снова в моде: греческий стиль 2013 — фото 25

Свадебные платья в греческом стиле

MarchesaBadgley Mischka

Makiyaj obrazın harmoniyasını və təbii gözəlliyini qoruyub saxlamalıdır. Maksimum dərəcədə təbii olmalı, aksent güclə seziləcək dərəcədə gözlərə verilməlidir. Dumanlı göz makiyajı bu obraz üçün ideal hesab olunur. Almacıq sümüklərini tunc ənliklə vurğulamaq, dodaqlarda zərif-çəhrayı pomadandan istifadə etmək olar.

Греческий стиль в одежде и прическах

Прическа в греческом стиле

Макияж в греческом стиле

Yunan tərzində gündəlik yay sarafanları

Yayda onsuz hara gedə bilərik ki?! Bu, yay paltar şkafdan ən birinci asılmalı olan geyimdir. Paltar istənilən uzunluqda və rahat hərəkət edə biləcəyiniz biçimdə olmalıdır. Uzunluq müxtəlif ola bilər. Sadəcə paltarın yuxarı hissəsinin səciyyəvi tərtibatı qorunub saxlanılır.

Yay sarafanlarını cins pencəklə, gecə libaslarını isə uzun palto və ya dəri kurtka ilə tamamlamaq təklif olunur. Bəzi yay sarafanları var ki, onlar həm gündəlik həyatda, həm də təntənəli məclislər üçün nəzərdə tutulur.

Paltar tək rəngdə, həmçinin printli də ola bilər. Rəng seçimini öz dəri rənginizi alaraq seçmək məsləhət görülür. Parlaq və güllü variantlar açıq dərisi olan xanımların xeyrinə işləyir, əsmər və qarasaç xanımlar isə ağ və daha soyuq rənglərin üzərində dayana bilərlər.

Греческий стиль в одежде и прическах

Xəbər lenti

DAHA ÇOX XƏBƏR