“Bu, mənim üçün narkotik kimidir” - Fotolar
Bizi izləyin

Layihə

“Bu, mənim üçün narkotik kimidir” - Fotolar

nun yaratdığı moda evinin geyimlərinin təsir dairəsini bir çümlə ilə ifadə etmək mümkündür: Qadınları gözəl, zərif və eyni zamanda müəmmalı, sirrli göstərmək.

Bu modelyer moda aləmini boz çalarlardan xilas edənlərdən biridir. Onun yaratdığı moda evinin geyimlərinin təsirini bir çümlə ilə ifadə etmək mümkündür: Qadınları gözəl, zərif və eyni zamanda müəmmalı, sirrli göstərmək. Bəli, söhbət Pyer Kardendən gedir.

Bu dizaynerin istedadı hələ Sovet filmlərindən hamımıza məlumdur. "İşdə məhəbbət romanı" filmindən Veranın məşhur "Deyirlər ki, Kardendəndir" kəlamı hələ də modapərəst xanımların yaddaşından silinməyib.

Tabloid.az "Brendlərin tarixi" layihəsi çərçivəsində Avropa və Asiyada sevilən Pyer Karden markasından söhbət açacağıq.

Yaratdıqları ilə yaşamaq az insana qismət olur. Pyer Karden belə xoşbəxtlərdəndir. O, hələ sağlığında yaratdığı “Pierre Cardin” brendi ilə imzasını dünyaya tanıtdırıb.

Deyilənlərə görə, falçı Pyer Kardenin parlaq karyerası haqqında ona məlumat veribmiş. 1922-ci ildə Venesiyada doğulan Pyer ailəsi ilə birlikdə Fransanın kiçik şəhəri Vişiyə köçüb. Ailənin 6-cı uşağı olan Pyer atasının şərabçılıq işini davam etdirməli idi. Lakin onun teatr və kuklalar cəlb edirdi. Pyer kuklaların libaslarını dəyişdirməyi xoşlayırdı…

Ailəsi onun iş sahib olmasını istəyirdi. 14 yaşında dərzinin yanında çalışır. 9 il təcrübə toplayandan sonra Pyer Parisi fəth etmək üçün Vişini tərk edir. Ağıllı və gənc dərzi anlayırdı ki, bu böyük şəhərdə əlaqələr, tanışlıqlar olmadan heç nəyə nail ola bilməyəcək. Məşhur şair də dramaturq Jan Kokto ilə tanışlıqdan sonra o, Paris elitasına daxil ola bilir. Tezliklə onun səyləri nəticəsiz qalmır. Pyer “Cristian Dior” moda evində işə başlayır.

Gənc Karden o qədər uğurla çalışır ki, artıq 5 ildən sonra öz moda evini açır. Bu münasibətlə Dior öz tələbəsinə 170 qızılgül göndərir. Məlum olur ki, Pyer nəinki istedadlı modelyerdir, o həmçinin bacarıqlı biznesmendir. 4 il sonra o, moda evinin mağazasını açır, tezliklə mağazaların sayı artır, 2, 3, 4…

Çox keçmir, Pyer Karden moda sindikatının üzvü olur və 120 modeldən ibarət tam kolleksiyasını təqdim edir.

1957-ci ildə Kardin 120 libasdan ibarət kolleksiyasını təqdim edir. Paris heyrət içində idi. Keyfiyyət, zəriflik və orijinallıq Pyer Kardeni fərqləndirən əlamətlər idi.

Onun cəmi 35 yaşı var idi. Ancaq onun müştəriləri stil ikonaları idilər: Eva Peron, Sofi Loren, Jaklin Kennedi, “Btliz” qrupu. Öz zəkası, qabiliyyəti və işgüzarlığı sayəsində Karden moda imperiyası yaratmağa nail oldu.

Müsahibələrinin birində dizayner "Mən hər gün geyim dizaynı ilə məşğul oluram. Bu, mənim üçün narkotik kimidir. Dəbə pərəstiş edirəm". Bu sözlərdə öz işinə saf məhəbbət, hətta fanatizmi var.

Ötən əsrin 50-ci illərində Pyer Karden moda aləmində inqilaba imza atır. O, moda kolleksiyalarını nüfuzlu salonlarda qurulan podiumlarda deyil, univermaqda edir. Həmin univermaqda geyimlə yanaşı yemək-içmək satılırdı. Bu hərəkətinə görə onu ali “Sindikat” moda təşkilatının üzvlüyündən çıxardırlar. Amma bu, onu ruhdan salmır. Dizayner Yaponiyada, Çində və hətta keçmiş SSRİ-də öz mağazalarını açır. O, yeganə Avropa dizayneridir ki, sovet moda bazarına daxil ola bilmişdi.

Karden qısa ətəyi, qara kalqotkanı və uzunboğaz çəkməni təşviq edirdi. O uniseksin tərəfdarı deyildi, və öz geyimlərini “sabahın dizaynları” hesab edirdi. O, “torba-libasların”, “zanbaq ətəklərin”, trikotaj, applikasiyalı, naxışlı libasların müəllifidir.

Karden yaradıcılığını “həndəsi üslub” adlandırmaq olar. Dizaynerin üslubu ilə tanış olanda hiss edirsən ki, dairələrə, kvadratlara və başqa həndəsi fiqurlara vurğundur. Onun modellərində əsas yeri parça tutur. İpəyə olan meyilinə görə tənqidçilər Pyeri “ipək baronu” adlandırırlar.

50 ildən artıqdır o, moda aləmində öz üslubunu diktə edir. Bu müddət ərzində Pyer stilist, dizayner və dərzilərin çalışdığı böyük bir imperiya yaradıb. Firma hər il 20 min modeldə paltar, ayaqqabı və aksessuarlarını alıcılarına təqdim edir. Dünyada “Pierre Cardin” markalı məhsulların istehsalında 200 minə qədər insan çalışır. Hazırda firmanın illik gəliri təxminən, 12 mlrd. dollar təşkil edir. Bundan əlavə, Pyerin təsisçisi və rəhbəri olduğu teatr kollektivi də fəaliyyət göstərir.

“Time” jurnalı onu, adını demək olar ki, hər şeyin üstünə yazmağı bacaran “hiyləgər fanatik” adlandırırdı. Çünki Pyer özünün “Pierre Cardin” brendini müvəffəqiyyətlə satmağı bacarırdı. Keyfiyyətin təminatı olaraq 800 müxtəlif məmulat, 8 min mağaza, 2 teatr, restoran, saat, ətir, siqaret, çətir, kəmər, çanta və s. onun adını daşıyır. 160 mln. insan “Pierre Cardin” markasının alıcısıdır.

1985-ci ildə Pyer Karden Fransanın İncəsənət Akademiyasına üzv seçilir və Akademiyanın üzvlərinin dili ilə desək, “ölməz” qalır. O, beynəlxalq və Fransa səviyyəsində 24 nüfuzlu mükafatın sahibidir. 1988-ci ildə İtaliyanın “Xidmətə görə” ordeni və Vatikanın yüksək mükafatı “Müqəddəs xəzinə” ilə təltif olunub.

1991-ci ildə fəaliyyətinin 40 illiyi ilə əlaqədar Moskvada Qızıl Meydanda 200 minlik tamaşaçı qarşısında Pyer Kardenin 50 modelinin möhtəşəm təqdimatı keçirilir. Modelyerin etirafına görə, bu, onun həyatında ən həyəcanlı və əlamətdar hadisə olmuşdu.

2008-ci ilin əvvəlində Parisin moda muzeyi “Galliera”da Pyer Kardenin 60 illik çalışmasının nəticəsi olan 10000 məmulatdan ibarət sərgi keçirilib. O, heç vaxt satışa can atmayıb. 3500 kv.metrlik şəxsi muzeyindəki paltar kolleksiyaları və mebellər buna sübutdur.

Dizaynerin yaşadığı ev də diqqət mərkəzindədir. Onun evinin küncü yoxdur! Evin layihələndirməsində dizayner şəxsən iştirak edib.

O, həddindən ziyadə işgüzar insandır. İşinə böyük sevgi ilə bağlanıb. Amma gəncliyində şəxsi həyatını da unutmayıb. Homoseksual olsa da, iddia edirdi ki, həm qadınlarla, həm də kişilərlə cinsi əlaqədə olub. Doğurdan da o, 4 il böyük aktrisa Janna Mora ilə birlikdə yaşayıb.

Aktrisa onun ömürlük sevgisi olub: bir gün Jannaya paltar lazım olur. Modelyeri Koko Şanel istirahətdə olduğundan, Jannaya gənc Pyeri məsləhət görür. Beləliklə də ilk baxışdan, daha dəqiq desək, ilk paltardan məhəbbət başlanır. “Mən Pyerə hələ əl işləri ilə tanış olanda vurulmuşdum. Özünü görəndə isə ilk baxışdan sevdim”.

Pyer ilk dəfə olaraq aktrisaya qadın kimi pərəstiş etdi:

“Mən homoseksual idim və qadınlarla heç vaxt fiziki yaxınlığım olmamışdı. Amma Janna məni həyəcanlandırdı. O, heyrətamiz qadındır. Yalnız o, mənim ürəyimi fəth edə bildi. Heç kim Moro ilə mənim birliyimə inanmırdı”.

Soruşanlara isə Janna belə cavab verirdi: “O, necə varsa, mən onu elə də sevirəm. Mən onu istəyirdim, mənim də oldu”.

“Təki Janna Moronun izlədiyi kişi olasan! Onun qarşısında heç kim dayana bilməz. Hətta mən də bacarmadım...”

Cütlüyün yaşadığı ehtiraslı məhəbbət hekayəsi dörd il davam edib. Onlar uşaq istəyirdilər. Jannanınsa səhhətində problem var idi. O, ana ola bilməzdi. Ayrıldılar. Amma uzun çəkmədi. Dost kimi yenidən birləşdilər.

Пьер Карден с женой, актрисой Жанной Моро

Pyer Karden və Janna Moro

Onları Koko Şanel tanış etmişdi. Karden Mora üçün libas tikmişdi, aktrisa isə həm geyimə, həm də onun müəllifinə aşiq olmuşdu. Aktirsa Kardenin homoseksual olduğunu bilsə də, buna əhəmiyyət vermirdi. Onların münasibətlərinin inkişaf etməsində Moranın böyük əməyi oldu. Onlar ayrılsalar da, dost qalmağı bacardılar.

Pyer həyatda istəklərinə nail olub: modelyer, milyoner, nüfuzlu mükafatların, teatrın, muzeyin, qonaq evlərinin, restoranların, ən əsası “Pierre Cardin” imperiyasının sahibidir. O, qadın üçün kolqotkidən tutmuş mebel istehsal edən böyük fabriklərə sahibdir. Lakin bir şeydən nigarandır: imperiyasının varisi yoxdur. Moro ilə övladı olmadı, amma hələ də fikirləşir ki, ondan gözəl ata ola bilərdi. 90 yaşlı Karden varisi olmadığına görə böyük peşmançılıq hissi yaşadığını etiraf edir.

Ömrünün 60 ilini moda aləminə həsr edən əfsanəvi fransız modelyeri Pyer Karden modanın onun üçün əvvəlki tək narkotik olduğunu etiraf edir. “Mən heç nəyə görə təəssüflənmirəm. Əgər karyeramı 20 yaşımda olduğu kimi yenidən başlamaq lazım gəlsəydi, məmnuniyyətlə bu yolu həmin şərəflə təkrar edərdim”.

Artıq bir neçə ildir Pyer Karden öz imperiyasının alıcısını axtarır. Səbəbini açıqlamasa da, yəqin ki, əziyyətlə qurduğu imperiyanın gələcək sahibinin kim olacağını sağlığında görmək istəyir. Amma tələsmir, daha “maraqlı və sərfəli” alıcını gözləyir. “Mən işimi davam etdirəcəyəm, onu ehtirasla sevəcəyəm və ondan zövq alacağam. Mən hələ bezməmişəm. Çünki işimdən ruhən qidalanıram”.

Moda evinin qiyməti 1 milyard avro dəyərindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm