Cazibədar teleaparıcı qarderob layihəsində - Fotolar
Bizi izləyin

Layihə

Cazibədar teleaparıcı qarderob layihəsində - Fotolar

Cazibədar teleaparıcı qarderob layihəsində

Cazibədar və çılğın aparıcı Kəmalə Piriyeva stilinə xüsusi önəm verən məşhurlar sırasına daxildir. Aparıcının geyindiyi geyimlər onun bədən quruluşunu yaxşı tanımasından və zövqündən xəbər verir. Tabloid.az-ın "Qarderob" layihəsində bu həftə Kəmalə Piriyevanın geyim stilini təhlil edəcəyəm.

Hər gün efirdə olan insan istəsə də, istəməsə də, geyimi üzərində çox düşünməli və daha çox pul xərcləməli olur. Uzun müddət efirdə olan teleaparıcı isə bu illər ərzində düzgün və zövqlə geyinməyi necə lazımdırsa, mənimsəyib. Onun "instagram" səhifəsinə nəzər salanda geyimlərinə xərclədiyi pulların hədər getmədiyini əminliklə söyləyə bilərəm. Aparıcı bir geyimi bir neçə müxtəlif aksessuarla kombinə edərək tamamilə fərqli obrazlar yaradır və onu nə vaxtsa geyindiyini xatırlamaq olmur.

Dəblə ayaqlaşan, heç biri trendi nəzərdən qaçırmayan Kəmalə Piriyeva müsahibələrində qeyd edir ki, sərbəst geyinməyi, geyimlərdə rahatlığı çox sevir. Ən əsası heç kim onun geyiminə müdaxilə etmir.

Geyindiyi hər paltarı özünə yaraşdırmağı bacaran ulduzun cazibədar bədən quruluşu da onun zövqlü görünməsinə kömək edir. Klassik və idman tərzini bir-biri ilə ustalıqla uyğunlaşdırır.

Müxtəlif printlər, parlaq rənglər və maraqlı kombinlərlə arası yaxşı olan aparıcı cəsarət tələb edən geyimləri seçməkdən çəkinmir. Qarderobunda həddindən artıq qısa donlar, şortlara rast gəlmək olar. Lakin aparıcı qısa şortlarını və ətəklərini uzun qollu köynəklərlə kombinə etdiyi üçün vülqar görünmür. Yəni, dekoltenin şitini çıxartmır.

Həmişə öz geyim tərzini bildiyini iddia edən Kəmalə Piriyeva modanı addım-addım izləyir. O, trendləri öz tərzinə uyğunlaşdırmaqda da peşəkardır. Ona görə də sosial şəbəkədə paylaşdığı hər şəkli və stili maraq doğurur. Onun stilləri bir çox xanımlara cəsarət və ilham verir. Çoxlarının geyinmək istəyib də, geyinməyə çəkindiyi libasları, şortları rahatlıqla daşıyır.

Aparıcının maksi və midi stilləri də qısa paltar stilindən geri qalmır. Belə ki, son illərdə odluqca aktual olan 60-70-ci illərin retro və midi tərzini layiqli şəkildə vurğulayır.

Gündəlik həyatda adətən cırıq cins, sadə don, bluz, dəri gödəkcə kimi geyimlərə üstünlük verən aparıcı bu geyimlərin necə kombinə ediləcəyi mövzusunda sanki dərs keçir. Çünki çox adi paltarları belə müasir dəbin tendensiyalarına tam cavab verir.

Rahatlıq dəlisi olan Kəmalə Priyeva ayaqqabı mövsuzunda çox həssasdır. Belə ki, stilotto aşiqi olan aparıcıda bu ayaqqabının hər rəngi var. Yeri gəlmişkən qeyd edim ki, klassikanın nümayəndəsi hesab olunan bej və qara rəngli stillettolar hər bir qadının qarderobunda olmaldır. Çünki bu modellər və rənglər istənilən geyimlə dostluq etməyi bacarır.

Adətən "casual" tərzində geyinən aparıcı uzun ziyafət libaslarında çox seksual görünür.

Dəbin arxasınca gedən aparıcı aksessuar seçimində də öz başını və sağlam düşüncəsini heç zaman itirmir. Aparıcı demək olar ki, şərfləri, eynəkləri və papaqları dünyanın ən tanınmış stil ikonaları kimi qəşəng yaraşdırır. Razılaşaq ki, papaqlar hər qadına yaraşan aksessuar deyil, onu yaraşdırmaq çox çətindir. Ancaq Kəmalə bu işin öhdəsindən asanlıqla gəlir. Saçlarının gözəlliyi də ona bu işdə kömək edir. Aparıcı diqqətçəkən və fərqli dizayna malik papaqları, şlyapaları geyinməkdən çəkinmir.

Saçlara gəldikdə isə aparıcıya retro və Hollivud sayağı dalğalar çox yaraşır. Geyimdə sadəliyi sevən aparıcı makiyaja gəldikdə bu qaydadan kənara çıxır. İlin trendi olan zoğalı tonlardan istifadə edərək dodaqlarının daha dolğun görünməsinə nail olur.

Gəlin onun stillərinə birlikdə nəzər salaq...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm