• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Yataqda 10 fərqli kişi tipi var

  • Layihə
  • 21 Aprel 2015 01:08
  • 1 731 Baxış
Yataqda 10 fərqli kişi tipi var

Uzun illər davam edən araşdırmalar bir həqiqəti üzə çıxarıb. Seksopatoloqlar yataqda 10 fərqli kişi tipi olduğu fikrində ortaq qərara gəliblər. Dünyanın ən tanınmış seks mütəxəssisləri bildirirlər ki, hər kişinin sevişmə taktikası fərqlidir. Yəni, bir kişinin seks performansını pis və yaxşı olaraq qiymətləndirmədən öncə onun yataqda hansı tipə aid olduğunu bilmək lazımdır. Demək olar ki, kişilərin seks zövqü illər ərzində dəyişmədən sabit qalır. Ona görə də partnyorunuzun nə vaxtsa dəyişib ist’diyiniz kimi sevişəcəyini düşünmək xəyal qırıqlığından başqa heç nə gətirməz.

Bəs kişilər yataq performasına görə, hansı tiplərə bölünürlər?

“Ailə dostu” layihəsi çərçivəsində bu dəfə kişiləri fərqli bir aspektdən dəyərləndirməyi öyrənəcəksiniz.

1.Narsist

Narsizm özünə aludəçilik, özünə vurğun olmaq deməkdir. Özünü həddən çox sevən və olduğundan yüksək qiymətləndirən insanlara narsist deyilir. Bəzi kişilər yataqda əsl narsistə çevrilirlər. Onlar yataq otağında çoxlu güzgü olmasını xoşlayırlar. Beləliklə, möhtəşəm bədənlərini izləmələrinə imkan yaranır.

Narsist kişi heyran olduğu qarın əzələlərini nümayiş etdirməyi xoşlayır və o əzələlərə sizin də vurğun olmağınızı istəyir.

Onlar mükəmməl olduqlarını sübut etmək üçün yataqda min oyundan çıxır, ən qeyri-adi pozaları sınaqdan keçirməyi xoşlayırlar.

Bir narsistlə birlikdə olmağın 2 üstünlüyü var:

1.Ön sevişməyə əhəmiyyət verirlər. Hətta 1 saat ön sevişmə ilə məşğul ola bilərlər. Bu sizin ona nə qədər tərif yağdırmağınızdan asılıdır.

2. Normal seks zamanı insanlar 200 kalori xərcləyirlər. Ancaq narsistlə sevişərkən çox hərəkət etməli olduğunuz üçün 1000 kalori xərcləyəcəksiniz. Bu isə ideal kiloda qalmaq üçün əla fürsətdir.

Onu da qeyd edək ki, əgər seks zamanı yorulduğunuzu hiss edir və artıq bitməsini istəyirsinizsə, ona "həyatımda gördüyüm ən yaraşıqlı kişi sənsən” deyin. Bu cümlə onun orqazm olması üçün kifayətdir.

2. Tənbəl

Onların həyatdakı şüarı “əlindən gəldiyi qədər az enerji sərf et”dir.

Sevişərkən minimum dərəcədə az hərəkət edərlər. Hətta koftasını və corablarını belə sizin çıxarmağınızı gözləyərlər.

Qısacası onlar keçmiş arvadına aliment verərkən az ziyanla xilas olmağa çalışan kişilər kimidirlər. Az enerjiylə maksimum həzz verib, həzz almağa çalışırlar. Ancaq buna nə dərəcədə müvəffəq olduqlarını demək çətindir.

Axı hansı qadın sevişməyə tənbəllik edən bir kişiylə birlikdə olmaq istəyər?

Belə kişilərin tək bir üstünlüyü var. O da bəzi qadınların xoşladığı pozaya meyilli olmalarıdır. Onlar o qədər tənbəldirlər ki, qadının üstdə olmasını istəyirlər.

3. Neandertal

Onlar sanki minlərlə il əvvəldən müasir dövrə şüalanıblar. Yataqda əsl vəhşiyə, bir heyvana çevrilirlər. Siz gecə üçün xüsusi hazırlaşıb ən bahalı, seksual alt paltarlarınızı geyinsəniz də, bir müddət sonra bütün bunların əbəs olduğunu anlayacaqsınız. Çünki sevişməyə başladığınız ilk dəqiqələrdən etibarən paltarlarınızı cıracaq və istifadəyə yararsız hala salacaq. Belə partnyorlar ancaq çox ehtiraslı xanımları razı sala bilirlər. Ön sevişməyi xoşlamadıqları üçün bir çox qadın neandertallardan uzaq dururlar.

4. Romantik

Onlar çox film seyr edirlər. Həm də seks səhnələriylə bol filmləri deyil, əsl romantik ab-havaya malik filmləri. Evi şamlarla, mumlarla bəzəyirlər. "Gözlərini öpə bilərəmmi", deməkdən bezmirlər. Siz hər ehtimala qarşı üçüncü dəfə eyni cümləni eşidəndə "Bəsdir artıq, əllərindən istifadə etməyi öyrən” deməyə hazır olun.

Əks halda evliliyinizdən 3 il keçməsinə rəğmən hələ də gözlərinizdən öpmək üçün icazə istəyə bilər.

Romantiklə birlikdə olmağın ən böyük üstünlüyü hər kəsin sizə həsəd aparması olacaq. Çünki bu tip kişi qadını seksə hazırlamaq üçün hər cür lüksə pul xərcləyir. Yataq otağını güllərlə bəzəmək, çiyələk və bahalı şokoladlar, şampanlar başınızdan aşağı töküləcək.

Ancaq özləri kimi romantikliyi xoşlayan qadın tapa bilməsələr, çətin ki, münasibətləri uzun müddətli olsun.

5. Sürətli

“İşıqdan daha sürətli ol” onun şüarıdır. Onun performansı üç dəqiqə 30 saniyədən artıq davam etmir. Sizin bu performansdan razı qalmamağınız onun ağlının ucundan belə keçməz. Hətta seksdən sonra “çox yaxşıydım elə deyil?” deyə sual verə bilər.

Bu tip kişilərin heç bir üstünlüyü yoxdur. Əgər sizin üçün seks o qədər önəmli deyilsə, sürətli kişiylə münasibətinizə davam edə bilərsiniz. Əks halda ən qısa zamanda ayrılmaq üçün bəhanə tapın.

6. Yaradıcı

Onlar bütün yaradıcılıqlarını seksə həsr edirlər. “Sex shop”larda satılan hər cür oyuncağa sahibdirlər. Üstəlik, sevişərkən şəkil və video çəkməyə meyillidirlər. Seks haqqında danışmaqdan çəkinmirlər. Əgər utancaq bir qadınsınızsa, bu tiplərdən uzaq durun.

7. Metodik

Yataqda, seksdə qadını dəliyə döndərməyin üsullarından qadın orqazmının sirlərinə qədər hər şeyin ən incə detalları haqqında məlumatlıdırlar.

Ancaq təəssüf ki, bu məlumatları seks performanslarına əks etdirə bilmirlər. Onunla sevişmək 2 saat belə çəksə, heç nə hiss edə bilməyəcəksiniz. Beynini lazımsız məlumatlarla doldurduğu üçün seks üçün lazım olan həyəcan və ehtirası yaşaya və sizə yaşada bilməyəcək.

Bu kişilər ehtiraslı qadınlar üçün əsl kabusa çevrilə bilərlər.

8. Özünə inamı olmayan

Onların performansı digər kişilərdən pis olmasa belə əsla özlərindən əmin olmazlar. Sevişdikdən sonra mütləq bu sualları verərlər:

"Xoşuna gəldi? “, “Səni incitmədim ki”, “Xoşuna gəlməyən nəsə oldu?”.

Bu tip kişilər seks performanslarına görə deyil, məhz verdikləri bu mənasız suallara görə tərk edilməyə layiqdirlər.

9. Yeniyetmələr

Bu tip kişilər çox təhlükəsiz görünürlər və qadınlar onlarla birlikdə olmağa can atırlar. Buna səbəb onların çox gənc olmalarıdır. Amma qadınlar nəzərə almırlar ki, onların seks performansları bərbaddır. Təcrübələri az olduğu üçün nə edəcəklərini bilməzlər. Çox vaxt futbol izləməyi seksdən üstün tutarlar. Üstəlik sadiq deyillər və tez-tez partnyor dəyişdirməyə meyillidirlər.

10. Həyəcanlı

Onlar 20 illik bir evlilik həyatından sonra belə həyat yoldaşını sanki ilk dəfə öpürmüş kimi həyəcanlana bilərlər. Onlar üçün sevişmək sadəcə bədənlərin qovuşması deyil. Hisslərə və duyğulara çox önəm verirlər. Bütün bu üstün cəhətlərinə baxmayaraq çoxunun seks performansı zəif olur.

Günay Əzizbəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR