• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Gənc sevgilisi və qısa ətəyi ilə gündəmdən düşməyən model - FOTOLAR

  • Layihə
  • 17 May 2015 10:30
  • 4 284 Baxış
Gənc sevgilisi və qısa ətəyi ilə gündəmdən düşməyən model - FOTOLAR

Hollivud gözəllərinin gənc və gözəl qalmasına həmişə həsədlə baxırıq. Halbuki, bizdə də şou nümayəndələri arasında baxımlı və olduğundan xeyli gənc görünən məşhurlar az deyil. Bu yazımızı yaşından xeyli gənc görürən azərbaycanlı model Validə Abbasovaya həsr etmişik. Publika.az-ın “9 Don” layihəsinin bu həftəki sayında Valida Abbasovadan, onun geyim stilindən, çoxlarını maraqlandıran gözəllik sirlərindən danışacağıq.

Bir müddət əvvəl azərbaycanlı model Validə Abbasova daha çox qalmaqalları, şou nümayəndələri ilə aralarında olan dava-dalaşla tanınır, əsas da sərxoş şəkilləri ilə gündəmə gəlirdi. Lakin İsveçrəyə köçdükdən sonra bu xanım özü haqqında yaratdığı fikirləri bir qədər dağıtdı. Modellik karyerasından uzaqlaşan Validə Abbasova hazırda İsveçrədə ona heyran olan gənc sevgisi ilə həyatının ən xoşbəxt günlərini yaşayır. “Miss Millenium” gözəli Validə Abbasova vətəndaş nikahında yaşadığı gənc və əcnəbi sevgilisi sayəsində maqazin səhifələrindən düşmür.

Validə Abbasova şou gündəminə həm də açıq-saçıq fotosessiyaları ilə gəlir. Ehtiraslı fotosessiyalar etdirməkdən çəkinmədiyi üçün model seks simvol adını qazanıb. O, bikinili fotolarının mətbuata çıxmasından qətiyyən narahat deyil, əksinə cəlbedici bədənini hər kəsə sevə-sevə nümayiş etdirir. Hesab edir ki, əsl model dünyada qəbul olunmuş qaydalara qarşı çıxmalı deyil. Onun fikrincə, əgər model səhnədə bikini geyinib ictimaiyyət arasında özünü normal aparırsa, burada həqiqətən də böyük qəbahət yoxdur. O, sənəti və davranışları ilə digər insanlara örnək olmalıdır. Hər şey insanın cəmiyyətdə özünü əsl şəxsiyyət kimi təqdim etməsindən asılıdır.

Seksual, şıltaq, çılğın və nazlı-qəmzəli bu xanım nəinki kişiləri, eləcə də qadınları özünə heyran qoyur. “İnstagram” boluqunda paylaşdığı fotolara gələn “like”-ları nəzərə alsaq, bu xanımın xeyli pərəstişkarı olduğunu deyə bilərik. Tanınmış modelin kifayət qədər yaşı olmasına baxmayaraq, çox gənc və çəkici qalıb. Buna görə ona paxıllıq edən, həsəd aparan gənc qızların sayı az deyil. Yeri gəlmişkən, Validə Abbasovanın 20 yaşlarında Kamilla adlı bir qızı var. Modelin yeganə rəqibi də qızıdır.

Ehtiraslı gözəlin geyim stili

Validə Abbasova hələ tələbəlik illərindən geyinib-kecinməyi, bəzək-düzəyi sevən xanım olub. O, böyük gözləri, həcmli dodaqları sayəsində hər kəsdə heyranlıq yarada bilir. Azərbaycanda bir çox stil ikonası var, ancaq bu ulduz onların hamısından fərqlənir. Çünki Validə Azərbaycanda bir çox xanımın geyinməyə cəsarət etmədiyi geyimlərə üstünlük verir. Əslində, gözəl modelin qarderobu demək olar ki, qısa ətəklərdən, donlardan və şortiklərdən ibarətdir. Hətta qarlı günlərdə də onlardan imtina edə bilmir. Hər fürsətdə bədəninin gözəlliyini dekoltelər sayəsində vurğulayır. Qısa və dar kəsimlər onun siluetini inanılmaz şəkildə gözəl vurğulamağa xidmət edir. Çılğın, şıltaq modelin üz və bədən quruluşu ona hər geyimi sınaqdan keçirməsinə imkan verir. Uzun libaslar seçdikdə isə mütləq sinə dekoltesinin olmasına fikir verir. Validə Abbasova qeyri-adi geyinməsindən asılı olmayaraq, daim cazibədar və seksual görünməyi bacarır. Onu da qeyd edək ki, “Miss Millenium” gözəlinin stilinin əsasında seksuallıq dayanır. Lakin həddindən artıq mini ətəklər, sinə dekoltesi və dikdaban ayaqqabılar modeli gözəl deyil, bəzən itələyəci göstərir. Gözəl görünmək üçün soyunmağa gərək yoxdur. Dekoltesiz paltarla da gözəl və çəkici görünməyin mümkün olduğunu sübut edən onlarla stil ikonası var.

Modelin qarderobunda şalvarlar az olsa da, kəskin çiyinli pencəklərin altına dar cins şalvarlar, mayka və düyməli köynəkləri çox yaxşı yaraşdırır.

Azərbaycanlı model sosial şəbəkələrdə həm də bahalı brendlərə olan sevgisi ilə məşhurdur. “Chanel”, “Christian Dior”, “Fendi”, “Hermes”, “Prada” və bir çox dünyaca tanınmış brendlərdən aldığı geyimləri şəxsi “İnstagram” bloqunda paylaşır. Abbasova da bir çox xanım kimi “Chanel” vurğunudur. Bu brendin çantaları əlindən heç zaman düşmür. Aksessuarlara gəldikdə model adətən retro stilində eynəklər və şlyapalar seçir.

Modelin qarabuğdayı dəri rəngi ona istənilən rəngləri sınaqdan keçirməyə icazə verir. Buna görə də, ona hansısa rəngin yaraşmadığını konkret olaraq deyə bilmərik. Şir bürcündən olan modelin rəng seçimləri də müxtəlifdir. Sevimli rəngi isə mavi, ağ və şəhvətli qırmızıdır. Qırmızı cazibəsini vurğulamaq üçün ideal seçimdir.

Model saç stilini dəyişdirməyi sevmir. Məşhurlaşdığı illərdən bu vaxta qədər eyni saç stilində gəzir, qara və düz saç stilinə sadiq qalır. Bir vaxtlar sarışın olsa da, sarı rəngin ona yaraşmadığını hiss etdiyi üçün saçını yenidən qara rəngə boyatdırmışdı.

O, gözəlliyə təbiilik sayəsində nail olmağa üstünlük verir. Ona görə də makiyajdan çox az istifadə edir. Yanaqlarına ənlik çəkməklə kifayətlənir. Göz makiyajında da sadəliyə üstünlük verir. Lakin seksual qadın obrazını tamamlayan qırmızı dodaq boyasından heç zaman vaz keçmir.

Validə Abbasovanın gözəllik ritualları

O, gözəl bədən quruluşuna sahibdir. Lakin bu, onun ləzzətli yeməklərə qarşı laqeyd olmasından qaynaqlanmır. Çünki cazibədar model sosial şəbəkələrdə mütəmadi olaraq, olduğu restoranlardan ən yaxşı aşpazların hazırlaqdıqları təamların fotolarını paylaşır. Təkcə paylaşmaqla qalmır, həm də onların dadına baxır. O, dadlı yeməklərdən, sağlam qidalardan, müxtəlif ölkələrin mətbəxindən zövq almağı sevdiyini tez-tez dilə gətirir.

Dadlı yeməkləri sevən model gözəl bədən quruluşunu nə pəhrizə, nə də idmana borcludur. Bu gözəllik ona genlərindən miras qalıb. Heç vaxt pəhriz saxlamayan model meyvə və tərəvəzlərin kökəlməsinin qarşınısı aldığını söyləyir. Gecə klublarından çıxmayan model incəliyini həm də rəqsə borcludur. Belə ki, o, klublarda gecədən səhərədə qədər saatlarla dayanmadan rəqs edir.

Dərisinə hər zaman xüsusi qulluq edir, masaj sayəsində gəncliyini qoruyur.

Modelin ən çox yadda qalan geyimlərini təqdim edirik:

Fidan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR