Pyer Dükan yayda sürətlə arıqlamağın reseptini verdi - MÜSAHİBƏ/FOTOLAR
Bizi izləyin

Xüsusi

Pyer Dükan yayda sürətlə arıqlamağın reseptini verdi - MÜSAHİBƏ/FOTOLAR

Məşhur diyetoloq Pyer Dükan Rusiya mətbuatına müsahibəsində şəxsi menyusu, qidalanma rejimi və yayda arıqlamaq haqqında faydalı məlumatlar verib.

Pyer Dükan məşhur fransız diyetoloqudur. O, “Mən arıqlaya bilmirəm” kitabının müəllifidir. Onun sözügedən kitabı bu mövzuda yazılmış ən mükəmməl vəsait hesab olunur. Müəllif bu kitabı yazarkən ondan əvvəl tətbiq edilmiş bütün pəhriz metodlarının mənfi və müsbət cəhətlərini nəzərə alıb, yanlışlıqları rədd, doğruları qəbul edib. Bütün əxz etdiklərini, məlumat və nəzəri biliklərini təcrübədə tətbiq edən və uğurlu nəticələr qazanan həkim Dükan bu kitabda artıq çəkidən əziyyət çəkən insanlar üçün ən uğurlu, ən ideal pəhriz üsulunu təklif edir. Onun yalnız bir şərti var – təklif olunan rejimə yüzdəyüz dəqiqliklə riayət etmək. Həm də bu tələblər sadədir, həyata keçirilməsi çətin deyil. Dükan hansı ərzaq məhsullarını necə və nə vaxt, hansı kombinasiyalarda qəbul etməyin sistemini qurub. Onun tətbiq etdiyi pəhriz sayəsində bir sıra dünya şöhrətli adamlar – Karl Laqerfeld, Cenifer Lopes, Penelopa Kruz, Jizel Bundhen kimi ünlü şəxslər və bütün dünya üzrə 15 milyon insan artıq çəkidən xilas olub.

Publika.az-ın “Kokteyl” layihəsi çərçivəsində diyetoloqun Rusiya mətbuatına verdiyi müsahibəni təqdim edirik.

Пьер Дюкан фото

- Moskvada siz tez-tez olursunuz, bunun səbəbi nədir? Sizcə, burda kök qızlar daha çoxdur, nəinki Fransada?

- Yox! Mən Moskvada fransız qadınları ilə rus qadınları arasında ciddi fərq görmürəm. Amma mənə elə gəlir ki, burada kişilər qızlardan daha kökdür. Kişilər özlərinə yaxşı baxmırlar. Məndə belə təəssürat yarandı ki, kişilər qadınları ovsunlamaq, onların xoşuna gəlmək üçün çox çalışmırlar. Fransada kişilər bunun üçün daha çox səy göstərirlər.

- Sizcə, niyə?

- Səbənini bilmirəm. (Gülür) Bir də ruslar öz qadınlarını gözəl görünməyə həvəsləndirmirlər. Adətən o, ancaq özü üçün bəzənir, baxımlı olur, necə deyərlər, öz gözəlliyi üçün özü təşəbbüs göstərir. Çox bayağı səslənsə də, rus qızları doğrudan da çox gözəldir. Arıqlayanda isə bu, əsl Hollivud gözəlidir. Mən görürəm ki, kim ki, qəfildən 10, 15, 20 kq. arıqlayır, o tamamamilə başqalaşır. Mən bu effektə pərəstiş edirəm, çünki nəticə məni həqiqətən də ruhlandırır və nəyə görə lazım olduğumu hiss edirəm. Əldə olunan nəticə ruhi baxımdan məni qidalandırır.

- Yəqin ki, sizi ilk növbədə qadının bədən quruluşu cəlb edir?

- Birinci, onun gözləri. İkincisini isə, düz tapdınız (gülür). Gözlərdə onun həyəcanı intuitiv şəkildə hiss olunur. Qadınlar var ki, onların siması elə də gözəl deyil, üz cizgiləri adidir. Amma üzündə əks olunan emosiyalarla çox cəlbedici görünürlər. Bu, gözəllikdən də üstündür, burda qadının mənəvi, daxili dünyası danışır. Sonra əlbəttə ki, zəriflik gəlir, bu, çox vacibdir! Hə, geyim tərzi, çəkisi və özünü necə aparması da mühüm rol oynayır. Ümumiyyətlə, deyəsən, mən burada öz peşə çərçivəmdən artıq kənara çıxıram.

- Siz özünüz nə vaxtsa kök olmusunuz?

- Yox, amma etiraf etməliyəm ki, uşaqlıqda şirniyyat dəlisi olmuşam. 18 yaşımda 71 kq. çəkidə idim (iyulda Pyer Dükanın 75 yaşı tamam olacaq), indi isə çəkim 75 kq-dır. Hər halda, mən sağlam qidalanma üzrə mütəxəssisəm və hesab edirəm ki, məsləhət verdiyin insanlara hörmət etmək lazımdır. Kök diyetoloq?! Bu qeyri-ciddidir. (gülür).

рыба

- Çəkinin tez-tez dəyişməsi nəticəsində ən çox dəri zərər görür. Dəri gözəlliyini qoruyub saxlamaq üçün siz nə məsləhət verərdiniz?

- Yeganə sirr dəyişməzdir! Dərinin gözəl və parıltılı olması üçün gecə yaxşı yatmaq laızmdır. Bundan başqa, siz dəri gözəlliyi üçün öz qida rasionunuza kətan toxumu yağı, çia çəyirdəyinin yağını (onu tərkibi çoxlu doymamış yağ turşuları – omeqa 3-lə zəngindir), yağlı balıq, habelə tərkibində karotin olan məhsullar (məsələn, kök karotinlə zəngindir) daxil edə bilərsiniz. Kiyafət qədər ağartı məhsulları və zülal istifadə etmək lazımdır. Dəri bu maddələrdən inşa edilir. Əgər siz bu üç elementi həftə ərzində bir dəfə deyil, öz qida rasionunuzda mütəmadi olaraq istifadə etsəniz, əlbəttə ki, hər şey əla olacaq! Mən həmişə xatırladıram ki, həyatımız qəbul etdiyimiz qidalardan asılıdır. Əgər siz pəhrizin əksinə olaraq zərərli bir şey yesəniz, onda bu, müvafiq nəticə verməyəcək. Amma müəyyən məqamda siz səhv etdiyinizi başa düşmüsünüzsə, o halda sadəcə, strategiyanı dəyişin. Ziyanın yarısında da qayıtmaq xeyirdir.

- Yağ insan orqanizmi üçün lazımdır. Amma sizin pəhrizdə, xüsusən də “hücüm” mərhələsi çox sərtdir.

- Mənim pəhrizim müharibə kimidir. Döyüş, 1-2 ay davam edir. Əgər siz düzgün qidalanmağa başlasanız, kökəlmirsiniz, amma arıqlamırsınız da. 20 kq. çəkini birdən-birə atmaq mümkün deyil. Bu çəkidən xilas olmaq üçün mübarizə aparmalısınız. Bir insan 15-20 kiloqram arıqlmalıdırsa, ona balanslaşdırılmış qidalanma pəhrizinin incəliklərini izah etməyə ehtiyac yoxdur. İnsan suda batanda ona heç kim üzməyi öyrətmir, onu sadəcə, xilas etmək lazımdır! Artıq bir neçə ay keçəndən sonra onunla bütün vacib detallar barədə danışmaq olar.

Adi rejimdə gündəlik qidalanmada yağ çox tələb olunmur, bir xörək qaşığı yağ kifayətdir. Üstəgəl, bir tikə somqa (alabalıq) balığı və kifayət qədər zülal qəbul etdikdə nəticə mükəmməl olacaq. Hətta mənim pəhrizimdə birinci yerdə zülallar gəlir, yağlı balıq - alabalıq yemək olar, bütün bunlar dərinin sağlamlığı üçün faydalıdır. Meyvələrə gəldikdə özünüzü saxlamalı olacaqsınız, lakin siz yerkökü yeyə bilərsiniz. Yuxarıda qeyd etdiyim kimi, onda dəri gözəlliyi üçün lazım olan karotin var. Orqanizm ütün bu inqrediyentləri qəbul etdikdə arıqlama prosesində dəri zərər görməyəcək.

Əgər sizin 20 kq. əlavə çəkiniz varsa, beliniz 20 sm arılayacaq. Bu halda dərinin sallanması qaçılmazdır. Burada yaşınız və genetika da vacibdir: qalın dəri erkən qocalmaya və qırışların yaranmasına daha az meyllidir. Arıqladıqdan sonra təxminən yarım il gözləmək lazımdır. Piylərlə mübarizə apardıqda onlar çox tez əriyir, dərinin bərpası isə çox yavaş gedir. Liflərin elastini azalır, amma bu, tədricən baş verir.

Пьер Дюкан фото 2

- Dükan pəhrizi ilə arıqlama metodu rəsmən 2000-ci ildə yaranıb. O ildən bu tərəfə siz onu təkmilləşdirirsiniz. Son kəşflərinizi bizimlə paylaşardınız?

- Mənim son kəşfimi "qida pilləkəni" və ya "layt" (yüngül) metodu adlandırıram. Daha çox çəki itirmək üçün müəyyən daxili inam, qətiyyət və cürət lazımdır. Mənim bəzi xəstələrim onlara "güclü" və səmərəli metodu məsləhət görməyimi xahiş edirlər, çünki hiss edirlər ki, onların bu pəhrizi saxlamağa uzun müddət cəsarəti çatmaz.

Mənim kitabımın oxucuları arasında motivasiyası güclü olmayanlar da var. Çünki onların arıqlamağa elə də çox ehtiyacı yoxdur, 10 kq-dan da az. “Layt” metodu təcili tibbi müdaxiləyə ehtiyacı olmayanlar, yüksək səviyyəli xolesterin və diabet, ürək-damar problem olmayanlar üçün nəzərədə tutulub. Bundan başqa, elə insanlar var ki, onlar geniş sosial, kübar həyatı yaşayır, yaxud onlar üçün sağalm həyat tərzi sadəcə müqəddəsdir. Bax, belə adamlar üçün mən "layt" metodu işləyib hazırlayıram. Bu metodda pəhrizin əsas prinsipləri saxlanılır. "Hücum", "Kruiz", "Möhkəmlənmə", "Stabillik" - bu dörd mərhələnin hamısı “Hard” metoda aiddir.

“Layt" metodu isə belədir:

+ Bazar ertəsi: yalnız zülal məhsulları - "hücum";

+ Çərşənbə axşamı: zülallar və tərəvəz;

+ Çərşənbə: zülallar, tərəvəz, meyvə;

+ Cümə axşamı: zülallar, tərəvəz, meyvə, kəpəkli çörək;

+ Cümə: zülallar, tərəvəz, meyvə, kəpəkli çörək, bir dilim pendir;

+ Şənbə: zülallar, tərəvəz, meyvə, kəpəkli çörək, pendir, bir porsiya vermişel, kartof və paxlalı bitkilər;

+ Bazar günü: "bayram" qida qəbulu. Yəni, siz istədiyiniz şeyləri yeyirsiniz;

Burada qidalar mərhələli şəkildə verildiyi üçün mən bu metodu “qida pilləkəni”adlandırıram. Bu metodda həftənin günlərinə görə, pilləli şəkildə hərəkət edirsiniz. Əvvəlcə bazar ertəsindən başlayırsınız. Beləliklə, siz ilk həftədə 1200 qram itirirsiniz; ikincidə 1100 qram, üçüncüdə 1 kq. arıqlayırsınız. Dördüncü 900 qram, beşinci və sonra həftələrdə 800 qram itirisiniz. Yəni, siz pəhrizin ilk ayında 4200, ikinci ayda 3200 qram itirirsiniz. Qısaca, iki ay ərzində 7400 qram itirə bilərsiniz. Bu isə ümumi 2 ayın yekununda pis göstərici deyil.

- Əgər yay aylarında arıqlamaq istəyiriksə, onda bu prosesi necə sürətlndirmək olar? May ayı sona çatmaq üzrədir.

- Hər şey sizin çəkinizdən asılıdır. Məsələn, 10 kq. arıqlamaq istəyirsinizsə, onda birinci “hücüm” mərhələsi 4 gün davam edəcək. Həmişə çəkiyə uyğun hərəkət etmək tələb olunur. Pəhrizə başlayanda çəki və hansı məqəsədə doğru getdiyiniz də nəzərə alınmalıdır. 15 kq. arıqlamaq istəyirsinizsə, "hücum" mərhələsi 5 gün davam edəcək. 20 kq-da 6 gün, 25 kq. olduqda isə 1 həftə davam etməlidir. Bu, maksimumdur.

овощи

- Yəni, "layt" metodu çox güman ki, 5-7 kq-dan qurtulmaq istəyənlər üçündür.

- Tamamilə doğrudur. Mənim müşahidələrimə görə, oxucularımın 60 faizi “hard” metodunu seçir, 40 faizi isə "layt" sistemini seçirlər.

- Sevdiyiniz yay xörəyi var?

- Bəli, var. Onu mən özüm tapmışam, hətta ailəm üçün də hazırlayıram. Bu, mənim gizli reseptimdir! Bunun üçün metal və ya şüşə qazan alın. İlk qatına dilimlənmiş badımcan düzün. İkinci qat üçün mal ətindən qiymə düzün. Üçüncü qata dilimlənmiş şirin soğan düzün. Dördüncü qata yenə qiymə düzün. Üstündən isə xırda-xırda doğranmış təzə pomidor düzün. Sonra bir qədər kəpək və yulaf tökmək lazımdır, iştaha açmaq üçün bir az ovulmuş parmezan əlavə edin. Yeməyi sobaya qoyun və lazanya kimi bişməsini gözləyin. Hazır yeməyi soyuq və ya isti halda kəsib yemək olar. Bu, çox asandır! Biz bu yeməyi qayıqla piknikə çıxanda özümüzlə aparırıq, uşaqlar da bu yeməyi çox bəyənirlər. Amma bu, atanın hazırladığı yeganə yeməkdir (gülür).

- Ümumiyyətlə, sizin ən sevimli məhsullarınız hansılardır?

- Əlbəttə ki, yulaf. Mən həmişə hamıya yulaf tövsiyə edirəm. Sonra Yaponiyanın qəribə şritaki pastası, çia (chia) toxumları və əsl kakao tozu! Şokoladı çox sevsəm də, plitka şokoladın tərkibinə kakaola birlikdə 40% yağ və 40% şəkər qatılır. Mən indi Rusiyada istehsalçıları yeni məhsul, tərkibində zərərli inqrediyentlər olmayan təmiz kakao tozu buraxmağı inandırmağa çalışıram. Siz ondan, hətta pəhrizin "hücum" mərhələsində yoqurta qataraq istifadə edə bilərsiniz. Qara şokoladı xüsusilə stressli olduğum vaxtlarda yeyirəm. Mən də hamı kimi bəzən axmaqlıqara yol verirəm. Ümumiyyətlə, mən çox tərəvəz yeyirəm, onlar mütləq əla keyfiyyətli olmalıdır. Bundan başqa, çoxlu balıq, az yağlı, əsl fransız pendiri də çox xoşlayıram. Moskvada isə adətən qara çörək və hisə verilmiş balıq yeyirəm, onun əla dadı var. Əti çox yemirəm.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm