Yuxu cinsi həyata necə təsir edir?
Bizi izləyin

Layihə

Yuxu cinsi həyata necə təsir edir?

Yetkin bir insan gündə ən az 7 saat yuxuya ehtiyac duyur. Tədqiqatların nəticələri isə göstərir ki, hər 4 nəfərdən biri 7 saatdan az yatır. Yuxusuzluq bir çox problemlərə səbəb olmaqla yanaşı cinsi həyata da mənfi təsir edir.

Seksopatoloq Tomas Eduard yuxu rejiminə əməl etməməyin seks həyatına təsirlərindən danışıb.

Həddindən az və ya çox yatmağın hansı cinsi problemlərə səbəb olduğunu öyrənmək istəyirsinizsə, gözünüz “Ailə dostu”nda olsun!

Tomas Eduardın sözlərinə görə, sadəcə yuxu rejiminə əməl edərək seksdən daha çox həzz almaq mümkündür. Bunu elmi araşdırmalar da təsdiq edir.

Belə ki, son aparılan araşdırmalar vərdiş etdiyindən 1 saat artıq yuxulayan qadınların seks istəyinin 14 faiz artdığını üzə çıxarıb. Gündə 7 saatdan çox yatmaq daha xoşbəxt seks həyatının açarıdır. Gündə təxminən, 7-8 saat yatan insanların 78 faizi seks həyatlarından məmnun olduqlarını dilə gətirirlər.

Münasibətlərin davamlı olması üçün yuxu çox önəmlidir. Çünki yuxudan doymayan insan gün boyu, passiv və yorğun olur, hətta yataq otağına keçdikdə yorğunluğu əsas gətirərək yatmaq istəyir. Bu isə əlbəttə ki, seks həyatına mənfi təsir edir.

Araşdırmalar göstərir ki, qadınların 33 faizi gecələr sekslə məşğul ola bilməyəcək qədər yorğun olurlar. Qadınların 12 faizi isə partnyor ilə münasibətlərinin pisləşməsinə məhz yuxu rejiminə əməl etməməyin təsir etdiyini bildirirlər. Yuxusuzluq problemi ilə üzləşənlərdə və ya müəyyən səbəblərdən 7 saatdan az yatanlarda cinsi istəksizlik müşahidə edilir.

Bunun səbəbi yuxusuzluğun orqanizmdə bir sıra hormonların funksiyasını pozması və qan dövranına mənfi təsir etməsidir.

7 saatdan az yatanların qanında oksigen səviyyəsi azalır. Qandakı oksigen səviyyəsinin aşağı olması bədənin cinsi funksiyaları yerinə yetirə bilməməsinin əsas səbəblərdən biridir. Bu həmin şəxsin bədənində yağ səviyyəsinin artmasına və kökəlməyə də səbəb olur.

Bütün bu səbəblər həm qadınlarda, həm də kişilərdə cinsi istəksizliyə, kişilərdə erreksiya problemlərinə gətirib çıxara bilər.

Halsızlıq, diqqətsizlik, yorğunluq kimi halların da əsas səbəbi yuxusuzluqdur. Bu problemlərdən əziyyət çəkən insan axşam evə gəldikdə seks haqqında deyil, yuxu haqqında düşünəcək. Bu da partnyorla problemlərin yaranması, hətta ayrılıqla nəticələnə bilər.

Yuxusuzluğun insan sağlamlığına və cinsi həyata vurduğu zərbələr bununla da bitmir. 7 saatdan az yatan insanlarda seks hormonu testosteronun da miqdarı da azalır.

Yuxu rejiminə əməl etməyən insanlarda stress hormonu adlandırılan kortizol isə həddindən artıq ifraz edilir. Bu cinsi istəksizliyə səbəb olan ən önəmli səbəblərdən biri hesab edilir.

Yuxusuzluq həm qadına, həm də kişiyə pis təsir edir. Ancaq ən çox kişilərin cinsi həyatına zərbə vurur. Çünki qadınlar cinsi istəksizlik yaşasalar belə, partnyoru razı salmaq üçün sekslə məşğul ola bilirlər. Kişilərdə isə erreksiya baş vermədiyi üçün cinsi əlaqə mümkünsüz hal alır.

Gənc yaşlarda yuxusuzluğun həm sağlamlığa, həm də seks həyatına mənfi təsirlərini hiss etməyə bilərsiniz. Ancaq yaş artdıqca gənclikdə etdiyiniz səhvlərin əvəzini ödəməli olacaqsınız. Belə ki, gənc yaşlarda yuxu rejiminə diqqət etməyən insanların cinsi problemlər yaşamaq riski 30 yaşdan sonra artır. Üstəlik, sağlam həyat tərzinə keçsələr belə, gənclikdə 8 saat yatan insanlar qədər sağlam ola bilmirlər.

Yaş artdıqda insan daha az hərəkət edir, şəkər xəstəliyi, təzyiq, xolesterin problemləri baş qaldırır. Bütün bunlar cinsi həyatı təhlükə altında qoyur.

9-10 saat yatanlar sevinməsinlər. Çünki az yuxu kimi, həddən artıq yatmaq da cinsi performansa mənfi təsir edir. Çünki çox yatan insanlarda da stress hormonu kortizol həddən artıq istehsal olunur. Bu da insanın tənbəlləşməsinə, hərəkətsiz həyat tərzinə üstünlük verməsinə və nəticədə seks zamanı aktiv ola bilməməsinə gətirib çıxarır.

Yuxu rejiminə əməl etməyən qadınlara və kişilərə seks mütəxəssislərinin bir neçə məsləhəti var.

Kişilərə məsləhətlər:

*7 saatdan az yatmayın.

* Eyni saatda yatıb, eyni saatda qalxın.

*Yataq otağında kitab oxumayın, televizora baxmayın, yemək yeməyin.

Qadınlar üçün məsləhətlər:

*Gündəlik olaraq qəbul etdiyiniz kofein miqdarını azaldın. Çay, qəhvə kimi kofeinlə zəngin içkiləri yatmazdan 4 saat öncə içə bilərsiniz.

*Yataq otağına getməyə iki saat qalmış yemək yeməkdən imtina edin.

*Yatağa girmədən öncədən planşetinizi və telefonunuzu bir kənara qoyun. Ertəsi gün nə ilə məşğul olacağınızı düşünmək sizi stressə sala bilər.

*Həyat yoldaşınız xoruldayırsa, onun bu problemini aradan qaldırmaq üçün tədbirlər görün.

*Otağınız kifayət qədər qaranlıq deyilsə, mütləq göz maskası taxın.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm