Qadınlarda ehtirası artımağın yolları
Bizi izləyin

Layihə

Qadınlarda ehtirası artımağın yolları

Bu günə kimi elm adamları daha çox kişilərin cinsi həyatına müsbət təsir edən qidaları araşdırıblar. Hətta xalq təbabətində belə, cinsi güc bəxş edən qidalar kişilər üçün nəzərdə tutulub. Halbuki, seks bir nəfərin ehtiraslanması ilə baş tutan proses deyil. Hər iki tərəfin cinsi həyatındakı problemlər aradan qaldırılmalıdır. Əks təqdirdə partnyorlar seksdən həzz ala bilməyəcəklər.

Türkiyəli məşhur seksopatoloq Cem Keçə bütün bunları nəzərə alaraq bu dəfə məhz qadınların cinsi istəyini artıran, onlara enerji verən qidaları araşdırıb.

Publika.az-ın “Ailə dostu”nda Cem Keçənin maraqlı məlumatlarını əldə edəcəksiniz.

Kişilərin seks gücünü artırmaq üçün daha nələr edilməyib. Yüzlərlə seksopatoloq, elm adamı, psixoloq kişilərin cinsi həyatdan daha çox zövq ala bilməsi üçün müəyyən dərmanlar, preparatlar hazırlamaq üçün gecə-gündüz işləyirlər. Çünki belə preparatlara böyük rəğbət var. Kişilərin eqosu o qədər yüksəkdir ki, onlar kiçik həzz üçün nəsli tükənən heyvanları öldürürlər. Kərgədanı buynuzuna, aslanı və ya ayını penisinə, köpəkbalığını üzgəcinə, maralı buynuzuna görə öldürürlər. Bu heyvanlardan əldə edilən buynuz, ət və ya qanın kişilərin cinsi istəyini artırdığına inanılır.

Bunun bir adı var: vəhşilik.

Sadəcə sağlam qidalanaraq və demək olar ki, hər kəsin mətbəxində tapılan meyvə-tərəvəzləri yeyərək cinsi gücü artırmaq olar.

Elə qadınlar üçün təqdim edəcəyim afrodizyaklar da marketlərdə satılan, hamımıza tanış olan meyvə-tərəvəzlər və digər qidalardır. Bəli, bu dəfə ənənələri dağıdacaq və qadınların ehtirasını artıran qidalardan bəhs edəcəyəm.

Şokolad: Bu qida kişilər üçün də güclü afrodizyakdır. Ancaq qadınlara daha çox təsir edir. Xüsusilə də, tünd şokolad inanılmaz effekt verir.

Vəzəri: Bu göyərtinin qadınların ehtirasını artırdığı hələ e.ə. 1000-ci ildə bilinirdi. Vəzəri balığa ləzzət verir. Balıq yeməkləri ilə birlikdə yeyə bilərsiniz.

Bal: Əsl güc və enerji mənbəyidir. Hər iki cinsin də ehtirasını artırır.

Banan: Tərkibindəki kalium və B qrupu vitaminlər sayəsində qadınların cinsi istəyini artırır. Üstəlik, daha rahat orqazm olmağa şərait yaradır.

Fıstıq: Bu çərəzin tərkibində bol miqdarda sink var. Sink qadınların cinsi istəyini artıran ən güclü elementlərdən biridir. Bəlkə də, qadınlar məhz buna görə, fıstıqlı paxlavanı çox sevirlər.

Kök: Bir sıra vitaminlər və beta-karoten maddəsi ehtiva edir. Qadınlarda seks hormonlarının səviyyəsini yüksəldir.

Xardal: Seks hormonlarının səviyyəsini yüksəldir. Temperaturu artırır.

Badam: Qədim zamanlardan bəri bu çərəzin qadınlara faydalı olduğu bilinirdi. Badam sadəcə cinsi istəyi artırmır, həm də qadının hamilə qalmaq şansını yüksəldir.

Ananas: Bu meyvənin şirəsi daha təsirlidir. Cinsi istəyin azlığından əziyyət çəkən qadınlar gündə 1 stəkan ananas şirəsi içə bilərlər.

Zəncəfil: Qan dövranını sürətləndirir. Bu ədviyyat qanın cinsi orqana getməsinə və daha güclü orqazmın yaşanmasına kömək edir.

Avokado: Ta qədim zamanlarda, astek qadınları cinsi istəyi artırmaq üçün bu meyvədən faydalanıblar. Bir sözlə, avokado astekli qadınların “viaqra”sı olub. Avokado ləzzətli bir meyvə deyil. Ona görə də, asteklər onu müxtəlif tərəvəzlərlə qarışdıraraq dadlandırıblar. Asteklərin çox sevdikləri və “Guacamole” adlandırdıqları məzə hazırda meksikalıların baş tacıdır. Meksikada insanlar səhər, günorta, axşam olmasından asılı olmayaraq, hər öyündə xörəklərin yanında bu məzədən yeyirlər.

Siz də evdə özünüz üçün “Guacamole” hazırlaya bilərsiniz. Avokadonu çəngəllə əzin üzərinə xırda doğranmış pomidoru, kökü, bibəri (zövqə görə, sarımsaq və soğan da əlavə etmək olar) töküb qarışdırın. Cəfəri səpin, limon suyu, duz və istiot əlavə edib təkrar qarışdırın. Çörəyin üzərinə çəkib yeyin.

Razyana toxumu: Ədviyyat kimi istifadə edilən razyana toxumu Qədim Yunanıstan və Romada qadınlar tərəfindən geniş şəkildə istifadə edilib.

Kofein: Qan dövranını sürətləndirir. Həmçinin, qanın cinsi orqana hücum etməsinə səbəb olur. Bu da cinsi istəyin artması ilə nəticələnir.

Sarımsaq: Tərkibindəki antioksidantlar sayəsində yorğunluğun qarşısını alır. İnsana enerji və güc verir.

Midye: Həm qadınlar, həm də kişilər üçün əsl afrodizyakdır.

Yataqda performansın yaxşı olması başqa qaydalara da əməl etmək lazımdır.

Məsələn, məşhur mütəxəssis Emi Reli yatağa getməzdən öncə yağlı qidalardan uzaq durmağı məsləhət görür.

Onun fikrincə, yağ seks performansına mənfi təsir edir. Emi Reli cinsi istəyi artıran bir neçə qidadan eyni vaxtda istifadə etməyin daha yaxşı nəticə verdiyinə inanır.

Məsələn, vəzəri, kök və razyana toxumu əlavə etdiyiniz salat əla seçimdir. Bunu yataq otağına keçməzdən 2-3 saat öncə yeyə bilərsiniz.

İstəsəniz, salata zəncəfil də səpə bilərsiniz.

Seks hormonlarını hərəkətə keçirmək üçün mütləq yediklərinizin tərkibinə fikir verməlisiniz. Bunu etsəniz, adi makaronu belə afrodizyaka çevirə bilərsiniz.

Fıstıq, sarımsaq və reyhanı blendrdan keçirərək sous hazırlayın. Onu 7-8 dəqiqə bişirdiyiniz makaronun üzərinə töküb yeyin. Makaronun tərkibindəki karbohidrat sizə inanılmaz dərəcədə enerji verəcək.

Ürəyiniz şirniyyat istəyəndə də afrodizyak qidalara müraciət edin. Çiyələyi, əncir qurusunu, əriyi, qaysını, ananası və ya bananı əridilmiş şokolada batırıb yeyin.

Qadınların cinsi istəyini artıran qidaları sizinlə paylaşdım. Ancaq elə qidalar da var ki, qadınlar onlardan uzaq durmalıdırlar. Yoxsa, cinsi həvəs sönər və seks onlar üçün əzablı bir prosesə çevrilər.

Qadınlar bunları menyudan çıxarmalıdırlar:

Kola tipli qazlı içkilər

Kartof cipsi

Təbii olmayan pendirlər

Nanə

Mixək

Partladılmış qarğıdalı

Pizza

Yağda qızardılmış hər şey

Şəkər tozu

Soya lobyası

Əla növ undan bişirilmiş çörək və şirniyyatlar

Tərkibində 10 faizdən çox spirt olan içkilər

Günay Əzizbəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm