Sevil və Sevinc bacıları ilə Səidə Sultan arasında “müharibə” başladı
Bizi izləyin

Magazin1

Sevil və Sevinc bacıları ilə Səidə Sultan arasında “müharibə” başladı

Müğənnilər Sevil və Sevinc əkiz bacıları sosial şəbəkə vasitəsilə ünvanlı ismarış göndəriblər.

“Bir şeyi başa düşdük. Heç kəsi özünüzə yaxın buraxmayın. Nə qədər can yandıracaqsız, o qədər dəyərsiz olacaqsınız! Allah hər birimizi ikiüzlü, paxıl insanlardan qorusun! Tanıdığıma peşman olduğum insanlar var. Sadəcə bir söz deyim. Allah ürəyinizə görə versin”.

Müğənnilər ad çəkməsələr də, əkizlərin fanatları söhbətin Səidə Sultandan getdiyini bildiriblər.

Xatırladaq ki, müğənni Səidə Sultanın aparıcısı olduğu “Əsl şou” verilişinin efirində işlətdiyi “səni cıraram” sözünə görə MTRŞ tərəfindən “Space” telekanalına xəbərdarlıq edildikdən sonra, kanal rəhbərliyi müğənnini verilişdən uzaqlaşdırıb. Daha sonra isə Səidə həmkarları Sevil və Sevinc əkiz bacılarının efirdə pul cırmalarını xatırladaraq, onların niyə efirdən uzaqlaşdırılmaması məsələsini gündəmə gətirib.

Abbas

Oxumağa davam et
Reklam
Reklam

Gündəm