Əməkdar artist: “Sən kimsən axı, mənim şəxsi həyatıma burun soxursan?”
Bizi izləyin

Magazin1

Əməkdar artist: “Sən kimsən axı, mənim şəxsi həyatıma burun soxursan?”

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Hicran Nəsirova əsəbiləşib. Aktrisanın qəzəbinə səbəb aparıcıların efirdə özlərini apara bilməməsidir.

Publika.az-a açıqlama verən aktrisa giley-güzarını bizimlə bölüşüb:

“Baxırsan aparıcılarda nə intellekt var, nə səviyyə. Elə onu bilirlər ki, atlanıb-düşməklə verilişi yola versinlər. Neçə dəfə sualdan əsəbiləşib, içimdə qırıla-qırıla qalmışam. Amma canlı yayım olduğuna görə durub gedə bilməmişəm. Tamaşaçıya hörmət etmişəm. Son vaxtlar baxırsan ki, sənətkarları verilişə çağırmırlar. Çünki aparıcı o səviyyədə deyil axı ona hansı sualları vermək lazım olduğunu bilsin. Elə buna görə də şou adamlarını efirə yığıb, şəxsi həyatları ilə bağlı biabırçı suallar verib, verilişi yola verirlər. Mənə də bir-iki dəfə belə sual vermişdilər. Adama deyərlər sən kimsən axı, mənim şəxsi həyatıma burun soxursan?”

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm