Xatirənin sevgilisi olduğu deyilən Rüfətdən Vüsaləyə sevgi etirafı
Bizi izləyin

Magazin1

Xatirənin sevgilisi olduğu deyilən Rüfətdən Vüsaləyə sevgi etirafı

Müğənni Rüfət Axundov bu gün qonağı olduğu “Günaydın” verilişinin aparıcısını kompliment atəşinə tutub. Publika.az xəbər verir ki, adı müğənni Xatirə İslamla hallandırılan Rüfət Axundovun məhz bu səbəbdən Xatirə ilə arası dəyən aparıcı Vüsalə Kərimovaya az qala sevgi etirafı etməsi birmənalı qarşılanmayıb:

“İnanırsan, hər dəfə sənə baxıram. Səndən çox xoşum gəlir. Çox gözəl də veriliş aparırsan. Gözəl və kübar bir xanımsan. Ürəyimdə olanları deməliyəm. Hər günorta sənin verilişinə mütləq baxıram”.

Aparıcı Vüsalə Kərimova isə diqqəti müğənninin sözlərindən yayındırmağa çalışıb:

“Sənin başqa şansın yoxdur. Çünki sənin anan məni izləyir. Buradan ona da salamlarımı çatdırıram. Əllərindən öpürəm”.

Xatırladaq ki, Rüfət Axundovun adının müğənni Xatirə İslamla hallandırılması və bununla bağlı söz-söhbət ilk dəfə məhz Vüsalə Kərimovanın təqdimatında efirə çıxan “Günaydın” verilişində ictimailəşdirilmişdi. Xatirə İslam isə bu mövzu açılanda kəskin reaksiya verərək qalmaqal yaratmışdı. Həmin vaxtdan bəri verilişdə studiyanı tərk edən Xatirə İslamla aparıcı arasında soyuq küləklər əsir.

Qeyd edək ki, “Günaydın” verilişi həftəiçi 5 gün saat 14:20-də teleaparıcı Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.

Abbas

Oxumağa davam et
Reklam
Reklam

Gündəm