• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Əməkdar artist: “Azərbaycanın ən varlı aktyoru sayılmalıyam”

  • Magazin1
  • 10 İyul 2015 17:30
  • 785 Baxış
Əməkdar artist: “Azərbaycanın ən varlı aktyoru sayılmalıyam”

Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktyoru Azad Şükürov indiyə qədər aldığı ən yüksək qonorardan danışıb.

Ancaq Publika.az-a açıqlamasında məbləği açıqlamayıb:

“Sözün düzü, Azərbaycanda çəkildiyim filmlərdə yüksək qonorar almamışam. Amma bir neçə il bundan qabaq Türkiyədə bir televiziya proqramına dəvət edilmişdim. Getdim, çıxış etdim. Orda aldığım qonorar məni təəccübləndirdi. Fikirləşdim ki, bu qonorara görə mən Azərbaycanın ən varlı aktyoru sayılmalıyam. Bir də İranla Azərbaycanın istehsalı olan müştərək filmdə çəkilmişdim. Orda da mənə yaxşı qonorar vermişdilər. Aktyor üçün yüksək qonorar həm də yüksək əhval-ruhiyyə deməkdir”.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR