• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Evimi qonşularım tikib”

  • Magazin1
  • 10 İyul 2015 17:45
  • 875 Baxış
“Evimi qonşularım tikib”

Xalq artisti, aktyor Əjdər Həmidov qonşu sarıdan bəxtinin gətirdiyini bildirib. Bu gün “Günaydın” verilişinin qonağı olan xalq artisti hətta evinin tikilməsində qonşularına borclu olduğunu deyib:

“Mən İncəsənət İnstitutunu oxuyanda tələbə yataqxanasında qalırdım. Sonradan borc-xərc edib Bayılda birotaqlı ev aldım. Ev də demək olmaz. Koma idi. Gördüm ki, bu ev ilə ailə qurmaq mümkün deyil. Başladım evimi tikməyə. Başlamağa da risk etmirdim. Qonşularım dedi ki, qorxma. Nə lazımdırsa, biz kömək edəcəyik. Sənin evini də biz tikəcəyik. Sən işə başla. Doğrudan da, evimin yarısını qonşularım tikib. Sağolsun, yaxşı qonşular”.

Əjdər Həmidov başına gələn bədbəxt hadisələrdən də onu xilas edən məhz qonşuları olduğunu vurğulayıb:

“Çəkilişdə gözlərimi projektorun işığı yandırmışdı. O vaxt projektorların işığı çox güclü idi. Gecə saat 3-də gözümdən elə ağrı tutdu ki, gözlərimi yerindən çıxartmaq istəyirdim. Gözümdən su leysan kimi axırdı. Ağrıdan gözlərimi aça da bilmirdim. İşıq düşəndə daha çox ağrıyırdı. Dərd məni götürmüşdü ki,necə maşın sürüb həkimə gedəcəyəm. Qonşum gəldi. Sağolsun, o, məni xəstəxanaya apardı. Qohumlarım, qardaşım çatana qədər qonşum məni xilas etdi”.

Qeyd edək ki, “Günaydın” verilişi həftəiçi 5 gün saat 14:20-də teleaparıcı Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR