Muğam ifaçısı: “Buna görə atam mənə qadağa qoydu”
Bizi izləyin

Magazin1

Muğam ifaçısı: “Buna görə atam mənə qadağa qoydu”

Muğam ifaçısı, əməkdar artist Bəsdi Sevdiyeva uşaqlıq hobbisindən danışıb. Hər zaman idmana böyük maraq göstərdiyini deyən sənətçi idmana hobbi kimi baxdığını dilə gətirib:

Publika.az-a danışan müğənni orta məktəb illərində yüngül atletika ilə məşğul olduğunu bildirib: “İdmanı həmişə sevmişəm. Baxmayaraq ki, indi işlərimin çoxluğu idmanla məşğul olmağıma imkan vermir. Amma orta məktəb illərində yüngül atletika ilə məşğul olmuşam. Onda indiki kimi deyildim, arıq, uzun qız idim. Hətta məktəblərarası yarışlarda da həmişə qalib olurdum. Bir dəfə ayağımdan zədə aldım. Buna görə atam mənə qadağa qoydu və bir də idmanla məşğul olmadım”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm