“Chat Box” 2 yaşını qeyd etdi - FOTOLAR
Bizi izləyin

Magazin1

“Chat Box” 2 yaşını qeyd etdi - FOTOLAR

Azərbaycan teleməkanının ən gənc telekanallarından olan “Chat Box”un 2 yaşı tamam olub. Telekanal ad gününü dəniz kənarında əyləncə məkanlarından birində təmtəraqlı şəkildə qeyd edib.

Tədbirin aparıcılığını telekanalın əsas siması olan Seyran Babayev edib.

Telekanalı təbrik etməyə gələn məşhurların ardı-arası kəsilmirdi. Gecənin şou hissəsi bitdikdən sonra, ölkənin ən məşhur DJ-ləri Kənan və Çina gecəni coşdurmağı bacarıb.

Telekanalın əsas izləyiciləri gənclər olduğundan, təbrik etməyə gələnlərin də böyük əksəriyyətini də gənclər təşkil edirdi.

Tədbirin aparıcısı Seyran Babayev publika.az-a açıqlamasında yeni mövsümdən tamaşaçıların marağına səbəb olacaq yeni verilişlərlə efirə çıxacaqlarını da bildirib.

Publika.az gecədən fotoları təqdim edir.

İsa Şükürov

Fotoqraf Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm