Təranə Nazəninə: “Yanındakının gözü mənə baxanda qamaşırsa, deməli...”
Bizi izləyin

Magazin1

Təranə Nazəninə: “Yanındakının gözü mənə baxanda qamaşırsa, deməli...”

Müğənni Nazənin və Təranə Qumral arasında məhkəmə yekunlaşsa da, tərəflər arasında “müharibə” bitmək bilmir.

Məhkəmə Musa Musayevin həyat yoldaşı Təranə Qumralın Nazəninin həyat yoldaşına ismarışlar yazdığını sübut etdi. Nazənin qələbəsini qeyd etsə də, Təranə Qumral sakitləşmək bilmir, əksinə, həmkarını sosial şəbəkədə alçaltmaqda davam edir. Bu azmış kimi etdiyi əmələ don da geyindirir.

“Hər zaman dəyərliyəm, qürurluyam, sevilirəm, seçilirəm. Mən nə edə bilərəm ki, yanındakı üçün sənin dəyərin yoxdur. Özünü alçaltdıqca alçalırsan. Sənin yanındakının gözü mənə baxanda qamaşırsa, deməli, sən pas atmısan, ay yazıq. Sənə gülürəm. Sən yandıqca mən həzz alıram. Səni yandıra bilmişəmsə, çox xoşbəxtəm. Atalar gözəl deyib, özgə atına minən tez düşər”.

Müğənni Nazənin isə həmkarının sosial şəbəkədə atdığı bu atmacalara qətiyyən cavab vermir.

Abbas

Oxumağa davam et
Reklam
Reklam

Gündəm