Yaşar: “Evlənmirəm, nə istəyirsiniz?”
Bizi izləyin

Magazin1

Yaşar: “Evlənmirəm, nə istəyirsiniz?”

Gənc müğənni Yaşar Cəlilovun adı sevgi qalmaqalında hallansa da, o, nəinki sevmədiyini, heç sevgiyə inanmadığını iddia edir.

“Səmimi deyim ki, mən sevgiyə inanmıram. Amma mənim üçün də müəyyən hisslər var. Bu hisslərə isə ad qoya bilmirəm. “Sevirəm” dediyim çox insanlar olub. Deyirəm ki, mən bu qızı o biri qızdan çox sevirəm axı. Geniş ürəyim var mənim”.

Müğənnini evlənməməyə səsləyən isə onun ən yaxın dostlarıdır.

“Məndən olsa, 2 ay ərzində evlənərəm. Sadəcə, bir-iki problemim var. Evdə təmir işləri gedir. Məni görən hər kəs soruşur ki, niyə evlənmirsən? Evlənmirəm, nə istəyirsiniz? “Evlənmə” deyənlər isə oğlan dostlarımdır. Deyirlər ki, basın xarabdır, niyə evlənirsən? Gecə saat 1 oldu evdən çıxa bilmirsən. Onların da hamısı evli adamlardır”.

İfaçı ATV-yə açıqlmasında onu gözü götürməyən xanım həmkarından da danışıb.

“Mən onun daha çox mənfi cəhətlərini bilirəm. Məni biabır etməyə çalışıb, amma bunu bacarmayıb. Onun adını çəkə bilmərəm. Çünki özü hələ gəlib mənə bir söz deməyib. Sənət adamıdır. Hətta bayramlaşırıq, ad günlərdə iştirak edirik. Ondan zərbə almışam. Kişi olsaydı, onu özüm parçalayardım”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm