Ərəb şeyxi ilə görüşən Aytacın “səhv”i - AUDİO
Bizi izləyin

Magazin1

Ərəb şeyxi ilə görüşən Aytacın “səhv”i - AUDİO

Gənc müğənni Aytac Vidadiqızı “Error”, dilimizə tərcümədə "səhv" mənasını verən yeni mahnısını izləyicilərinin ixtiyarına verib. Repertuarında daha çox lirik mahnılara üstünlük verən ifaçı, bu dəfə ritmik janrda özünü sınayıb.

Aytac Vidadiqızı Publika.az-a açıqlamasında ritmik mahnıya soyuq münasibətini onun xarakterinə yad olmasıyla izah edib:

“Ritmik mahnılara qarşı çox kaprizliyəm. Ən yaxşısını istəyirəm. Bundan da yaxşı mahnılar axtarışındayam. İnanıram ki, lirik mahnılarım kimi, ritmik mahnılarım da hit olacaq. Mahnı əsl yay əhval-ruhiyyəlidir. Həm yay olduğu üçün, həm də repertuarımın zənginliyi baxımından bu mahnıya müraciət etdim. Hesab edirəm ki, xarakterimə uyğun olmasa da, reperturımda həm lirik, həm də ritmik mahnılar olmalıdır”.

Maraqlıdır ki, müğənni mahnının klipini çəkməyə tələsmir:

“Yay aylarıdır. Əksəriyyət xaricdə, bağda istirahət edir. Çox az kütlə televiziya qarşısında oturur. Klipləri təqdim edə biləcəyimiz ayrıca musiqi kanalımız yoxdur. Yerli telekanallarımızda da klip saatları olmur. Ən əsası isə, özüm də istirahətə yollanıram. Klip çəkilişlərinə başlamaq isə uzun-uzadı vaxt aparır. Paltarların hazırlanması, məkanın seçilməsi, komandanın yiğılması, montaj və s… Bu istilərdə buna səbrim çatmaz. Yay ayları bitsin, sentyabrdan klip çəkilişləri də olacaq, yeni mahnılar da”.

Qeyd edək ki, “Error” mahnısının musiqisi Fərid Kərimliyə, sözləri isə Arzu Yəhyayevə aiddir. Mahnıda müğənnini Türkiyənin ən məşhur musiqiçiləri müşaiyyət edib.

Publika.az Aytac Vidadiqızının “Error” adlı yeni mahnısını təqdim edir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm