Röyadan növbəti tərbiyəsizlik və hədə - Jurnalisti təhdid etdi - FOTO
Bizi izləyin

Magazin1

Röyadan növbəti tərbiyəsizlik və hədə - Jurnalisti təhdid etdi - FOTO

Müğənni Röya Ayxan hədə-qorxu xarakterli status paylaşıb. Davakar, qalmaqallı müğənninin budəfəki hədəfi isə Publika.az olub.

Belə ki, Publika.az-da “Dilini dinc qoymayan Röya yenə də Aygün Kazımovaya sataşdı” başlıqlı yazıdan qəzəblənərək özünün “İnstagram” səhifəsində özünəməxsus formada təhqiramiz status yazıb. Həmin statusda həm sayt, həm də müxbir təhdid olunub:

“Bu məqaləni yazan siçovul, sənə səslənirəm. Röya sataşmır, tutur və üzünə tüpürür. Necə ki, sənə tüpürəcəm. Mən dilimi dinc qoysam, sənin acından dişin tökülər, ay kenqurular, yazanda bilin nə yazırsınız. Camaat oxuyur və elə bilir işimiz-gücümüz yoxdur, elə bir-birimizə baxırıq.

Bunu yazan soxulcan, işinə baxacağam, Publika.az ağıllı ol!”

Bununla ürəyi soyumayan müğənni başqa bir müxbirimizi də təhqir edən ikinci status yazıb. Yazılanlar etik çərçivəni aşdığından Publika.az həmin statusu yayımlamır.

Bu, müğənni Röyanın ilk belə qalmaqalı deyil. Məsləhət görərdik ki, artıq müğənnilik çərçivəsini aşan, özünü "qanuni oğru" statusundakı şəxs kimi aparan Röya Ayxan öncə Azərbaycan dilinin qrammatikasını öyrənsin, sonra onun "ulduza" çevrilməsində müstəsna xidməti olan davranışlarını nəzərdən keçirsin və nəhayət, hədə dolu statusunun hansı hüquqi məsuliyyət yarada biləcəyi üzərində düşünsün.

Başqa sözlə, görünən dağa bələdçi lazımdırmı?

Oxumağa davam et
Reklam
Reklam

Gündəm