İlhamə-Brilliant davasında sillə ANS-in aparıcısına dəydi - QARŞIDURMA
Bizi izləyin

Magazin1

İlhamə-Brilliant davasında sillə ANS-in aparıcısına dəydi - QARŞIDURMA

Xalq artisti Brilliant Dadaşovanın ANS-in “Səhərin keyfi” verilişində primadonna İlhamə Quliyevanın qadağasını pozaraq “Neyləmişəm” mahnısını oxuması aparıcını da zərbə altında qoyub.

Bu hadisədən sonra proqramın aparıcısı Sərxan Kərəmoğlu primadonnanın qara siyahısına düşüb.

Sərxan Kərəmoğlunun sosial şəbəkədə paylaşdığı status da bundan xəbər verir:

“Hər səhər ANS televiziyasında yayımlanan “Səhərin keyfi” verilişində gözəl sənətkarımız Brilliant Dadaşova nə oxuyub özü bilər. Mənim bir aparıcı olaraq haqqım yoxdur ki, repertuar seçim. Bir də ki, dünyanın malı dünyada qalacaq. İndi baxır mal nə maldır da…”

Deyəsən, hazırda Avropada istirahətdə olan İlhamə Quliyeva Azərbaycana qayıdandan sonra “məhkəmə” quracaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm