Magazin1
Prodüserin vurduğu maşının xərcini kim ödəyəcək?
Prodüser Sevinc Hüseynova avtomobil qəzası törədib. Hadisə Neftçilər prospektində baş verib. Qəza zamanı prodüserin idarə etdiyi “Nissan Murano” markalı avtomobil “Hyundai” markalı avtomobil ilə toqquşub.
Hadisə zamanı heç kəs xəsarət almayıb.
Publika.az-a açıqlama verən prodüser deyib ki,
əslində, xəbərin yayılmasını istəmirmiş: “Çünki mən belə şeylərlə
gündəmə gəlməyi sevən insan deyiləm. Sosial şəbəkədə olan jurnalist
dostlarım xəbəri ictimailəşdirdilər. Narahat olan tanışlarıma demək
istəyirəm ki, şükür Allaha, salamatam və xəsarət alan yoxdur. Təki
gələn canımıza deyil, malımıza gəlsin”.
Prodüser həmçinin idarə etdiyi avtomobilin sığortalı olduğunu,
dəymiş zərərin sığorta şirkəti tərəfindən ödəniləcəyini də
bildirdi.
“Avtomobilimi isə aldığım gündən sığortalatdırmışam. Həm mənim, həm
də toqquşduğum avtomobilin zərərini siğorta şirkəti ödəyəcək.
Əslində, heç avtomobillərə də böyük zərər dəyməyib”.
Xatırladaq ki, Sevinc Hüseynova bir neçə il Günay İbrahimli ilə
çalışıb. Daha sonra Rəqsanə ilə də çalışan prodüser hazırda müğənni
Gülay Zeynalova ilə işləyir.
İsa Şükürov
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...