Günaya elçi düşən Xəyyam “toy”dan danışdı – FOTO
Bizi izləyin

Magazin1

Günaya elçi düşən Xəyyam “toy”dan danışdı – FOTO

Müğənni Xəyyam Nisanov sosial şəbəkədə marağa səbəb olacaq şəkil paylaşıb. Şəkildə “Скоро свадьба”, dilimizə tərcümədə “tezliklə toy” yazısı əks olunub. Əksəriyyət onun toya hazırlaşdığını düşünüb.


Bir qədər sonra ifaçı elə sosial şəbəkədə məsələyə aydınlıq gətirib.

“Dostlar, tezliklə yeni "Свадьба" adlı mahnını təqdim edəcəyəm. Bu, sadəcə, mahnının adıdır. Toy olanda anonsa ehtiyac olmayacaq. Şəxsi həyatda isə hələ də axtarışlar davam edir. Sənət dostlarımızla, efirdə, verilişdə, kliplərdə olan "sevgi" sadəcə olaraq bir obrazdır... Ciddi qəbul etməyin..”

Xatırladaq ki, ötən həftə ANS telekanalında yayımlanan verilişdə müğənni Günay İbrahimli Xəyyamın ona elçi düşməsi haqda məlumat vermişdi. Xəyyam da xəbəri təsdiqləyib. Xeyir işin baş tutmamasına səbəb isə Xəyyamın Günaydan müğənnilikdən imtina etməsini istəməyi olub.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm