Xalq artisti türk aktrisaları ilə eyni filmdə: “Bomba baba” gəlir
Bizi izləyin

Magazin1

Xalq artisti türk aktrisaları ilə eyni filmdə: “Bomba baba” gəlir

Xalq artisti, tanınmış aktyor Yasin Qarayev türk aktrisaları ilə eyni filmdə çəkiləcək.

Publika.az-a açıqlama verən xalq artisti yeni rolundan məmnun qaldığını deyib: “Rusiyada yaşayan azərbaycanlı soydaşımız olan bir rejissorun filminə dəvət almışam. “Bomba baba” adlanan film komediya janrındadır. Qeyd edim ki, rejissor filmə Azərbaycan teatrlarında fəaliyyət göstərən tanınmış aktyor və aktrisaları dəvət edib. Eyni zamanda, filmdə bizimlə iki məşhur türk aktrisası da çəkiləcək”.

Aktyorun alacağı qonorarla da maraqlandıq, aldığımız cavab belə oldu:

“Heç vaxt alacağım qonorarla maraqlanmamışam. O demək deyil ki, imkanım çox yaxşıdır. Yox, sadəcə olaraq, mənim ən böyük arzum filmlərə çəkilməkdir. Nə versələr, min bərəkət”.

Aktyorun yerli komediya filmlərində çəkilməməsinə gəlincə, öyrəndik ki, bunu özü istəmir:

“Mənim üçün keyfiyyət çox önəmlidir. Kommersiya filmlərinə dəvət edirlər, amma çəkilmək istəmirəm. Ötən il dövlət sifarişi ilə istehsal olunan “Axırıncı dayanacaq” adlı bir filmə çəkildim. Dövlət sifarişi ilə çəkilən filmlərə dəvət alsam, imtina etmərəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm