Elza Seyidcahan “kəpənək” oldu - FOTOLAR
Bizi izləyin

Magazin1

Elza Seyidcahan “kəpənək” oldu - FOTOLAR

“Azərbaycanın səsi” musiqi yarışmasının münsiflər heyətində oturan əməkdar artist Elza Seyidcahanın geyimi bu dəfə də müzakirəyə çıxdı. İfaçı açıq-bənövşəyi, muncuqlarla bəzədilmiş paltarı ilə diqqət çəkib. Publika.az-a açıqlama verən ifaçı kəpənək obrazını canlandırdığını bildirib.


“Bu geyimim ilə kəpənəyi yaratmağa çalışmışam. İdeya müəllifi özüməm. Paltar isə Leyla Əhmədovaya məxsusdur. Hər zaman geyimlərim müzakirə olunur. İstər başımda məşəl olsun, istər də qeyri-adi əlbisələr geyinim. Tamaşaçılar Elza fərqliliyinə alışmalıdır. Mən də hamı kimi olsam, Elza Seyidcahan olmaram ki...”

Publika.az ifaçının “kəpənək” obrazında fotolarını təqdim edir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm