Müğənni Nazim “Yağış”a düşdü
Bizi izləyin

Magazin1

Müğənni Nazim “Yağış”a düşdü

Müğənni Nazim Eyyub Yaqubovun repertuarından olan “Yağış” mahnısını oxuyub. Sənətçi buna görə Eyyubdan yox, mahnının bəstəkarı Aygün Səmədzadədən icazə alıb.

Yaradıcılığındakı yeniliklərlə bağlı Publika.az-a açıqlama verən Nazim solo-konsert arzusundan da danışıb:

“Yeni mahnılar yazdırmışam, onlardan biri də Eyyubun ifasında eşitdiyiniz “Yağış”dır. Aygün Səmədzadənin xeyir-duası ilə bu mahnını oxudum, özünün də çox xoşuna gəldi. Yeni aranjemanda oxuduğum bu mahnıya klip də çəkdirmək fikrindəyəm. Çox istərdim ki, solo-konsert də verim, çünki sevənlərimin qarşısında hesabat vermək arzusundayam. Amma bunun üçün sponsor lazımdır. Qismət olsa, Muğam Teatrında solo konsert verəcəyəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm