Şəkilləri yayılan Nisə Qasımova: “Əməliyyat, botoks etdirməmişəm, gel vurdurmamışam”
Bizi izləyin

Magazin1

Şəkilləri yayılan Nisə Qasımova: “Əməliyyat, botoks etdirməmişəm, gel vurdurmamışam”

Xalq artisti, sevilən müğənni Nisə Qasımovanın qara parikdə efirə çıxması heç də birmənalı qarşılanmayıb. Hər zaman sarışın görməyə alışdığımız sənətkarın yeni imici mətbuatda birmənalı qarşılanmayıb.

Publika.az xəbər verir ki, müğənni cavab olaraq özünün “İnstaqram” bloqunda yeni fotosunu paylaşıb və bu sözləri yazıb:

“Mənim əzizlərim, bu, mənim iki gün öncə ofisdə çəkdirdiyim şəkildir. Mən heç bir əməliyyat, botoks etdirməmişəm, gel vurdurmamışam.

"Azərbaycanın səsi" müsabiqəsindəki qara parik və parikə uyğun makiyaj mənim sadəcə bir günlük kaprizim idi.

Və düşünürəm ki, Puqaçovanın repertuarından oxuduğum mahnını öz dolğun sarı saçlarımla oxusaydım, onda ona başqa rəy verərdiniz. Təəssüf ki…”

Asya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm