• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Qəza törədən Nigar Camalın rəfiqəsi od püskürdü

  • Magazin1
  • 16 İyul 2015 10:30
  • 5 677 Baxış
Qəza törədən Nigar Camalın rəfiqəsi od püskürdü

Müğənni Nigar Camalın iki rəfiqəsi ilə birlikdə Bakı-Quba yolunda avtomobil qəzasına düşməsi ötən günün ən çox müzakirə olunan xəbərlərindən biri oldu. Əvvəlcə xəbərin həqiqətə uyğun olması şübhə yaratsa da, daha sonra ifaçının anası Nigar Camalın qəzaya düşməsini təsdiqlədi. İfaçının özü isə mətbuata açıqlmasında qəza zamanı xəsarət alanların olmadığını bildirdi.

Bu məsələnin müzakirələrə səbəb olmasına isə qəza zamanı avtomobili idarə edən Şəmsin sözləri olub.

Belə ki, qəza baş verməzdən əvvəl Nigarın rəfiqəsi hicablı Şəms avtomobildə musiqiyə qulaq asıb, rəqs edən iki rəfiqəsinə “Cəhənnəmdə yanacaqlar” sözlərini demişdi. Əksəriyyət ona hicab bağlayıb, mahnıya qulaq asmasını, guya dodaqlarının silikon, qaşlarının isə tatuaj olduğunu irad tutub.

Hicablı xanım sosial şəbəkədə üzü tam görünən formada şəkil paylaşaraq, iddiaların əsassız olduğunu sübut edib. Ardınca isə hər kəsə cavab verəcək açıqlama yazıb.

Publika.az həmin yazını olduğu kimi təqdim edir.

“Mənə bir şey maraqlıdır. Bu qədər kin insanlarda haradandır? Hər şeydən əvvəl bir candan söhbət gedir. İnsan “Allah kömək olsun” deyər. Hərə bu məsələyə bir cür baxdı: kimisi dedi Allah cəzalandırıb, bizi şəxsən tanıyanlar “elədiyin yaxşı əməllər, olunan dualar saxlayıb səni” dedi. Dindən, hicabdan, imandan danışan insanlar! Kimdə nə yoxdur, ondan danışır. Birini sevməyə bilərsən, amma ən azından ona hörmət qoymağa məcbursan. Dindən danışırsan, amma mənim haqqıma girirsən: dodaq silikon, qaş tatu. Musiqi haramdır deyənlərin 80%-nin telefonu mahnı ilə doludur. Məni, əxlaqımı, hicabımı müzakirə etmək heç kimə düşməz. İstər bu dünyada, istərsə də o biri dünyada hamısına görə özüm cavab verəcəyəm. Hicabdan dərs keçən əziz qardaşım, bacım, təbliğə öz evindən başla. Əvvəlcə ağzını təmizlə, “Allah” deyən ağzına söyüş gətirmə. Mənim heç kimlə işim yoxdur. Hər kəsin bir seçimi var. Mən sənin üçün bağlanmamışam ki, məni mühakimə eləyəsən. Sən kimsən? Müqəddəs, səhvsiz birisən? Məni cəhənnəmlik eləyən musiqiyə qulaq asıb, oynamaqdır? Oğurluq etmirəm, haram yemirəm, zina eləmirəm, insanların ailəsini dağıtmıram, insanları it kimi tutmuram, vicdanım rahat yatıb-dururam. Allaha şükür edirəm ki, elə bir qəzadan məni sağ çıxartdı”.

Şəms onu da qeyd edib ki, qəza onun diqqətsizliyi ucbatından baş verib. Belə ki, o, ara məsafəni düzgün seçməyib: "Qarşıdakı avtomobil qəfildən əyləci basdı, mən də idarəetməni itirdim. Sürət çox olduğundan saxlaya bilmədim. İndi maşın yox vəziyyətindədir. O biri avtomobilə heç nə olmadı. Qəza hər birimizin başına gələ bilər. “Əcəb oldu” deyən sabah nə olacaq bilmir hələ. O qədər bədbəxtsən, qəlbin kinlə dolub ki, 3 gəncin faciəsinə “əcəb oldu” deyirsən. Mən özümə haqq qazandırmıram, ancaq sən də özünü insan kimi mühakimə elə. Mənim qarğışla işim olmaz, Allaha tapşırıram”.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR